Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şamil Qiyas oğlu Vəliyev (fevral 1960, Yuxarı Körpülü, Noyemberyan rayonu – 18 yanvar 2024, Bakı) — professor, filologiya elmləri doktoru, əməkdar jurnalist, Ju

Şamil Vəliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Şamil Vəliyev

Şamil Qiyas oğlu Vəliyev (fevral 1960, Yuxarı Körpülü, Noyemberyan rayonu – 18 yanvar 2024, Bakı) — professor, filologiya elmləri doktoru, əməkdar jurnalist, Jurnalistika fakültəsinin dekanı.

Şamil Vəliyev
Doğum tarixi fevral 1960(1960-02)
Doğum yeri
  • Yuxarı Körpülü, Noyemberyan rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 18 yanvar 2024(2024-01-18) (63 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Elmi dərəcəsi
  • filologiya elmləri doktoru
Elmi adı
  • professor
İş yerləri
  • Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
  • Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Mükafatları "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı
Azərbaycan Respublikasının əməkdar jurnalisti

Mündəricat

Həyatı

Vəliyev Şamil Qiyas oğlu 1960-cı ilin fevralında Loru mahalının Körpülü kəndində anadan olub. 1977–1981-ci illərdə ADPU Filologiya fakültəsində təhsil alıb.

1983–1985-ci illərdə Səməd Vurğun adına ev-muzeyinin əməkdaşı olmuş, burada elmi işçi vəzifəsində çalışmışdır.

1989-cu ildə "XX əsr Azərbaycan ədəbi tənqidində poeziya problemləri" mövzusunda filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün namizədlik dissertasiyası müdafiə edib. 2003-cü ildə "Füyuzat" ədəbi məktəbi" mövzusunda filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün doktorluq dissertasiyası müdafiə edib.

1985–2008-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb.

2005-ci ildən BDU Jurnalistika fakültəsi, Mətbuat tarixi kafedrasının müdiri vəzifəsində çalışır. 2007-ci ildən Mətbuat tarixi kafedrasının professorudur.

20 aprel 2012-ci ildən Jurnalistika fakültəsinin dekanıdır.

Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə əlaqədar, ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Şamil Vəliyev milli mətbuatın inkişafında göstərdiyi xidmətlərə görə əməkdar jurnalist fəxri adına layiq görülüb.

BDU-nun Jurnalistika fakültəsi Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şamil Vəliyev İyulun 10-da Təhsil Nazirliyində Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli 1205 saylı sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–1920)" yubiley medalı ilə təltif edilmişdir.

2024-cü il yanvar ayının 18-də vəfat edib.

Seçilmiş əsərləri

  • "Ə. Hüseynzadənin "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar". Azərb. SSR EA gənc alimlərinin "Böyük Oktyabr və müasirlik: ictimai elmlərin aktual problemləri" mövzusunda elmi konfransının materialları. B., 1987
  • "Yaşıl qələm unudulmadı". Azərbaycan jurnalı. B.,1991, № 5
  • "Əlibəy Hüseynzadənin dinə münasibəti". Cahan jurnalı. B,1997, № 2
  • "Naməlum məktublar". Azərbaycan jurnalı. B, 1993, № 1–2

Kitabları

  • "Füyuzat" ədəbi məktəbi. B.,1999
  • "XX əsr Azərbaycan ədəbi tənqidində poeziya problemləri (1895–1917)". B., 2004

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şamil vəliyev sözünün mənası, şamil vəliyev haqqında məlumat. şamil vəliyev nədir? şamil vəliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Şəmkir döyüşü

  • Fevral 27, 2026

    Qazan xanlığı

  • Fevral 27, 2026

    Amon

  • Mart 06, 2026

    İrina Skobseva

  • Mart 01, 2026

    İlham Məmmədzadə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst