Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çad Meredit Harli (ing. Chad Meredith Hurley; 24 yanvar 1977, Ridinq, Pensilvaniya) — ABŞ veb ustası və iş adamı, "YouTube"un qurucularından biri. O, "YouTube"u

Çad Harli

  • Ana Səhifə
  • Vikipediya
  • Çad Harli

Çad Meredit Harli (ing. Chad Meredith Hurley; 24 yanvar 1977, Ridinq, Pensilvaniya) — ABŞ veb ustası və iş adamı, "YouTube"un qurucularından biri. O, "YouTube"un keçmiş CEO-su və cari məsləhətçisidir. O, həmçinin "MixBit"[ing.] video platformasının yaradıcılarından biridir. Stiv Çen 2006-cı ilin oktyabrında "YouTube"u "Google"a 1,65 milyard dollara satmışdır. Harli digər qurucu ortaqları Stiv Çen[ing.] və Caved Kərim ilə birlikdə "YouTube" platformasını qurmamışdan əvvəl "eBay"ın "PayPal" bölümündə çalışmış, vəzifələrindən biri də "PayPal" loqosunu tərtib etmək olmuşdur. Harli ilk növbədə "YouTube"un etiketləmə və video paylaşma aspektlərinə cavabdeh idi.

Çad Harli
ing. Chad Meredith Hurley
Harli Dünya İqtisadi Forumunda (2009).
Harli Dünya İqtisadi Forumunda (2009).
Doğum tarixi 24 yanvar 1977(1977-01-24) (49 yaş)
Doğum yeri Ridinq, Pensilvaniya, ABŞ
Təhsili İndiana Pensilvaniya Universiteti
Fəaliyyəti sahibkar, iş adamı
Tanınır "YouTube" platformasının qurucu ortaqlarından biri olması ilə
chadhurley.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Erkən həyatı və təhsili

Don və Coan Hurli cütlüyünün ikinci övladı olaraq Pensilvaniya ştatının Ridinq şəhərində doğulub və Birdsboro yaxınlarında böyüyüb. Onun Heder adlı özündən böyük bir bacısı və Brent adlı özündən kiçik bir qardaşı var.

Karyerası

2005-ci ildə Stiv Çen və Caved Kərimlə birlikdə "YouTube"u qurdular. 2006-cı ildə "YouTube"u 1,65 milyard dollara "Google"a satdılar. Platformanı satdıqdan sonra da "YouTube"da CEO kimi çalışmış və bu vəzifədən 2010-cu ilin oktyabrında istefa vermişdir. Salar Kaminqar yeni CEO təyin olunmuş, Harli isə şirkətdə məsləhətçi kimi vəzifəsinə davam etmişdir.

Şəxsi həyatı

Çarli daha əvvəl Silikon vadisi sahibkarı Ceyms H. Klarkın[ing.] qızı Keti Klarkla evlənmişdir. Onlar 2012-ci ildə boşanmışdır. Harli 2020-ci ildə Elis Valden ilə evlənmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çad Harli haqqında məlumat. Çad Harli nədir? Çad Harli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    SSRİ konstitusiyası

  • Fevral 25, 2026

    Yarımada

  • Fevral 24, 2026

    İbn Miskəveyh

  • Fevral 15, 2026

    1 (ədəd)

  • Fevral 25, 2026

    Zurna

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst