Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bexerovka (çex. Becherovka, [ˈbɛxɛˌrofka]), ilk adı Karlsbader Becherbitter — 38 %-li möhkəm Çexiya ferneti (liköru). İçki əvvəllər mədə ağrıları üçün bir vasit

Bexerovka

  • Ana Səhifə
  • Vikipediya
  • Bexerovka

Bexerovka (çex. Becherovka, [ˈbɛxɛˌrofka]), ilk adı Karlsbader Becherbitter — 38 %-li möhkəm Çexiya ferneti (liköru). İçki əvvəllər mədə ağrıları üçün bir vasitə kimi istifadə edilirdi.

Bexerovka
Loqonun şəkli
Növü bitter
Alkoqol 38 % (V/V)
İstehsalçı Becherovka A.S.
Mənşəsi
  •  Çexiya
Yaradıldığı il 1807
becherovka.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Likörun tarixi

Bexerovka Karlovar əczaçısı, alman əsilli Yozef Vitius Bexerin (çex. Josef Vitius Becher) adı ilə bağlıdır. O, bu içkini 1807-ci ildən satmağa başlamışdı. 1841-ci ildə onun oğlu Yohann Bexer artıq sənaye miqyasında içkini istehsal etməyə başlamışdı. Biznes çiçəklənir və ailəvi "Üç torağay" (çex. U třech skřivánek) apteki artıq saysız-hesabsız insan axınını gəbul edə bilmir və buna görə də Yan Karlsbad ətrafında yerləşən Steinberky adlı yerdə yeni fabrik açmağa qərar verir. 1890-cı ildə Yoxanın oğlu Qustav Bexer atasının şərəfinə «Yohann Bexer» adlı ticarət nişanını qeydə almışdı.

Sovet ordusunun 1945-ci ildə Çexoslovakiya ərazisini alman işğalçılarından azad etməsindən sonra, milliləşdirmə kampaniyası çərçivəsində Bexerlər ailəsi ölkədən sürgün edilmişdi. Firma milliləşdirilildikdən sonra, «Yohann Bexer» adı «Yan Bexer» ilə əvəz edilmişdi

Öz tarixi boyunca, Bexerovka Paris, Vyana və digər şəhərlərdə düzənlənən sərgilərdə dəfələrlə çoxsaylı mükafat və medallar qazanmışdı.

İstehsal

Becherovka A.S. şirkəti hazırda Becherovka likörunun digər növlərinin itehsalı ilə məşğuldur. Likörun fərqli çeşidləri var., məsələn:

  • Becherovka Original — 1807-ci ildən bəri dəyişməz resepti olan klassik çex liköru. Alkoqolu - 38 %.
  • Becherovka Cordial — cökə ağac çiçəklərinin çalarları ilə hazırlanmış likör. Alkoqolu - 35 %.
  • Becherovka KV 15 — qırmızı şərab əlavəli likör. Alkoqolu - 40 % (artıq istehsal edilmir).
  • Becherovka Lemond — sitrus meyvələrin ətri və dadı ilə hazırlanmış likör. Alkoqolu - 20 %.
  • Becherovka KV 14 — qırmızı aperitiv. Alkoqolu - 40 %.

Eyni zamanda likör toniklə də servis olunur, alınan mikstura "beton" (BEcherovka+TONic) adı ilə tanınır. Tonikın acımtıl dadı Bexerovkanın çiçək və otlardan ibarət aromatını xüsusilə vurğulayır. Beton mükəmməl sərinləşdirici hesab olunur.

  • Becherovka Original
    Becherovka Original
  • Becherovka Lemond
    Becherovka Lemond
  • Yan Bexer muzeyi
    Yan Bexer muzeyi

Müalicəvi xassələri

İddiaya əsasən, Bexerovka həzm sistemi üzərində müsbət təsir göstərir (baxmayaraq ki, içkinin bəzi müalicəvi xüsusiyyətləri şübhə altındadır).

İçkinin qəbulu

Bexerovkanı kiçik qədəhlərə tökürlər və adətən nahardan əvvəl və ya axşam saatlarında qəbul edirlər. Onu təmiz şəkildə və ya çay və qəhvəyə əlavə kimi içmək olar. Bexerovka bir çox kokteylin əsasını təşkil edir (qarağat nektarı və tonik qarışığında). Bir çox insanlar liköru pivə ilə parallel içməyi sevirlər. İçkini soyuq halda içmək məsləhət görülür.

Məşhur istehlakçılar

Karlovar spirtli içkisinin ən məşhur pərəstişkarı Çexiya prezidenti Miloş Zemandır. Onun sözlərinə görə, Bexerovka "səhər saat 10-da və axşam vaxtlarında insana əsl zövq verir".

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bexerovka sözünün mənası, bexerovka haqqında məlumat. bexerovka nədir? bexerovka nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Salmas şəhristanı

  • Mart 01, 2026

    E-kitab

  • Mart 01, 2026

    Nijni Tagil

  • Fevral 27, 2026

    Servi Tulli

  • Mart 01, 2026

    Beynəlxalq Əfv

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst