Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Salmas (və ya Səlmas) şəhristanı — İranın Qərbi Azərbaycan ostanının (vilayətinin) 14 şəhristanından biri.

Salmas şəhristanı

  • Ana Səhifə
  • Vikipediya
  • Salmas şəhristanı

Salmas (və ya Səlmas) şəhristanı — İranın Qərbi Azərbaycan ostanının (vilayətinin) 14 şəhristanından biri.

Salmas şəhristanı
fars. شهرستان سلماس‎

38°11′ şm. e. 44°44′ ş. u.HGYO


Ölkə İran
Daxildir Qərbi Azərbaycan ostanı
İnzibati mərkəz Salmas
Ən böyük şəhərləri Salmas
Tarixi və coğrafiyası
Sahəsi 2 544 km²
Saat qurşağı UTC+3.30, yayda UTC+4.30
Əhalisi
Əhalisi
  • 196.546 nəf. (2016)
Rəsmi sayt
Salmas şəhristanı xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhristanın inzibati mərkəzi Salmas / Səlmas şəhəridir.

Türkiyə Cümhuriyyətinin Van eli ilə həmsərhəddir.

2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə şəhristanın əhalisi 180,708 nəfər (kişilər: 91,796 nəfər — qadınlar: 88,912 nəfər) olmuşdur.

Salmas şəhristanında əsasən azərbaycan türkləri və qismən kürdlər yaşayırlar.

Əhali
Bəxşlər 2006 s.a. Milli çoxluq Azlıq
Cəmi180 708azərbaycanlıkürd
Mərkəz (Salmas)150 256azərbaycanlı…
Kuhsər30 452azərbaycanlıkürd
  • Çəhriq kəndistanı: İranica ensiklopediyasına əsasən: Kuhsər bəxşinin Çəhriq kəndistanında 35 kənd yerləşir, bu kəndlərin əhalisi elliklə etnik kürdlərdən ibarətdir. Bu insanlar kürd dilinin kurmanci ləhçəsinin şəqqaq şivəsində danışırlar. Belə ki, kəndlərin əhalisi şəqqaq tayfasının avdoyi qəbiləsinə mənsubdurlar. Dinləri islam, təriqətləri sünnilikdir (şafi qolu). 1966-cı il siayahıya alınmasına əsasən dehistanda 5,348 nəfər əhali yaşamışdır. Dehistanın əsas kəndi və inzibati mərkəzi adını daşıdığı Çəhriq kəndidir. Çəhriq kəndi Salmas şəhərindən 20 km cənub-qərbdə yerləşir. 1956-cı il siyahıya alınmasına əsasən kənddə 185 nəfər əhali yaşamışdır.
  • Kürəsünni kəndləri: Şəkəryazı, İstisu, Kaniyan, Vərdan, Alasürmə, Şirəki, Silav, Hödər, Hakveran(Haqveran), Çiçək və Mafkəndi, Rikava, Sərəmerih, Şeydan, Gulan, Yengicə, Ağziyarət ve Şurik .

Mündəricat

Görməli Yerlər

Qarnıyarıq dağı və qalası
Zolaçayı
Həftvan kilsəsi
      • Xantaxtı kitabəsi(daş yazıtları)
      • Mirə türbəsi
      • köhnəşəhər gölü
      • Qarnı Yarıq qalası
      • Zincirqala
      • Hödər qalası
      • Çəhriq qalası
      • Derik qalası
      • Kafərqala
      • Qarçıbəy qalası
      • Koroğlu qalası
      • Derik və Çobanlı mağaraları
      • Həftvan və Dirişk təpələri
      • Kültəpə
      • Qolbaq türbəsi
      • Gözlü dərə
      • Xorxora şəlaləsi
      • Köhnəşəhər və Bərgüşad kəndində imamzadə türbələri
      • Eyvandaşı kitabəsi
      • Çiçəkgölü
      • Ağziyarətgölü
      • Şıx hamamı
      • Əhrəncan təpəsi
      • İstisu bulağı
      • Axtaxana, Həftvan, Sarna, Savra, Yaqub və Xosrova kilsələri

Salmas şəhristanının şəhərləri

  • Salmas / Səlmas
  • Təzəşəhr

Salmas şəhristanının inzibati bölgüsü

  • Mərkəzi bəxşi
  • İnzibati mərkəzi: Salmas / Səlmas; digər şəhəri: Təzəşəhr
    • DEHİSTANLARI:
      • Kənarporuc dehistanı
        • KƏNDLƏRİ: Abgərm / İstisu / Dərmanabad, Axyan, Ağziyarət, Kanisəfid, Xantaxtı, Minas, Moğul, Qabaqtəpə, Şurgəl, Tamar, Tezxarab, Zindəşt
      • Kürəsünni dehistanı
        • KƏNDLƏRİ: Ayan, Çaharsütun, Çiçək, Deyr Əli, Gavlan, Gübə, Hədər, Kaniyan, Ləşgiran, Mafikəndi, Pikəçik, İstgah-i Rah Ahən-i Səlmas / Ğaretəppe [Salmas / Qaratəpə dəmiryolu stansiyası] (Salmas / Qareh Tappeh Railway Station) , Rigabad, Saray-i Məlik, Şəkəryazı, Şeydan, Şirəki, Şurik, Silab, Ürəban, Vərdan, Yengicə
      • Ləkistan dehistanı
        • KƏNDLƏRİ: Axtaxana, Bəxşkəndi, Bərgüşad, Çobanlı-i Ülya, Çobanlı-i Süfla, Həbəşi, Həmzəkəndi, Kəngərli, Xanədam, Qaraqışlaq, Qızılca, Sədəqiyan, Sultanəhməd, Yalqızağac, Yovşanlı
      • Zolaçay dehistanı
        • KƏNDLƏRİ: Abdulabad, Ağaismayıl, Bağçacıq, Dərzəkonan, Dərişk, Gavlan, Gülizan, Həftvan, Kələşan, Xanəgah, Xosrovabad, Küçəmişk, Məlhəm, Məzrayə-i Hisar, Muğancıq, Ovlaq, Pətəvir, Pikəcik, Qalasər, Sarnaq, Sürə, Zivəcik
  • Kuhsər bəxşi
  • Şəhərləri yoxdur
    • DEHİSTANLARI:
      • Çəhriq dehistanı
        • KƏNDLƏRİ: Acvac, Aslanik, Baharabad, Bahik, Balqazan, Bərəzi, Çəhriq-i Ülya, Çəhriq-i Süfla, Dərab, Dərmandek, İlyasi, Gələşin, Gərdiyan, Gərmaviç, Haqverən, Hasbaşa, Hümmətabad, Camalabad, Cəng-i Sər, Kəhriz, Kalran, Katban, Ləkabad-i Ülya, Lilus, Lüləkabad-i Ülya, Lüləkabad-i Süfla, Matəxarpə, Məzrayə-i Şinətal-i Süfla, Mirabad, Qəsrik, Qəzrabad, Şinətal-i Ülya, Şirani, Siyavan, Susanabad, Tamrabad, Varik, Yoncalıq, Zənqu, Zərrindərə, Zula
      • Şinətal dehistanı
        • KƏNDLƏRİ: Ağbərzə, Əlibulağı, Əşnək, Berüşkvaran, Dərgah, Derik, Deşvan, Gəbrabad, Gülədam, Güzik, Hacıcafan, Haplaran, Candar, Kapik, Keşkavıc, Kesis, Xorxora, Kum, Kuzərəş, Nəzərabad, Pirmənd, Qəsrik-i Süfla, Qızılkənd, Sənci, Şəmrin, Şivə, Sufiabad-i Süfla
      • Şəpiran dehistanı
        • KƏNDLƏRİ: Baləkan, Deləzi, Dustan, Güzik, Hərəkiyan, Həştərak, Kəlik, Karikan, Kələrəş-i Bala, Kələrəş-i Pain, Xinəvin, Üstunrəş, Üsturə, Qəsrik-i Ülya, Şirvani, Sivədar, Ortanis

Həmçinin bax

  • Cənubi Azərbaycan
  • Azərbaycanlılar
  • İranın ostanları
  • İranın şəhristanları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Salmas şəhristanı haqqında məlumat. Salmas şəhristanı nədir? Salmas şəhristanı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Həbəş əyaləti

  • Fevral 27, 2026

    Pavel Nedved

  • Fevral 27, 2026

    Koreya müharibəsi

  • Fevral 27, 2026

    Sertifikat

  • Fevral 27, 2026

    Lankaşir

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst