Sitar — hind klassik musiqisini ifa etmək üçün istifadə olunan çoxsimli musiqi aləti. Simli-mizrablı çalğı alətləri qrupuna daxildir. Lyutnyaya bənzəyir. Hindistan yarımadası onun vətəni hesab olunur. Alət XVIII əsrdə icad edilmiş və indiki formasına XIX əsrdə Hindistanda çatmışdır. XVIII əsr Böyük Moğol imperiyası dövründə yaşayan Xosrov Xan müasir elm tərəfindən sitarın ixtiraçısı kimi müəyyən edilmişdir. Əksər tarixçilərə görə, o, sitarı Abbasilər xilafəti və ya Səfəvilər imperiyası mənşəli İran aləti olan setarı əsas götürərək yaratmışdır.
| Sitar | |
|---|---|
| |
| Hornbostel–Zaks təsnifatı | 321.321-6 |
| Əlaqəli alətlər | setar |
| Mənşə ölkəsi | |
Quruluşu
Sitarın əsas 7 simi var (5 melodik və 2 burdon). Bundan əlavə , sitarda hələ 9-13 rezonans edən simlər də var ki , onların ümumi adı "tərəf" , yəni orkestrdir.Həmin simlər əsas simlərin səsinə rezonansla cavab verməklə sitarı digər alətlərdən fərqləndirən həmin unikal səslənməni yaradır. Simlərdən səsləri ifaçının adsız barmağına taxılan mizrabla çıxarırlar. Sitarın iki balqabaq çanaqlı rezonatoru var : içi boş gövdəli qrifin aşağısı və yuxarısında.Alətin dekası palisandr və fil sümüyü ilə bəzədilir.Metal pərdələr qövsvaridir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sitar sözünün mənası, sitar haqqında məlumat. sitar nədir? sitar nə deməkdir?
