Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Matua (yap. 松輪島) — Kuril adaları Böyük Kuril cərgəsi mərkəz qrupuna daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir.

Matua adası

  • Ana Səhifə
  • Vikipediya
  • Matua adası

Matua (yap. 松輪島) — Kuril adaları Böyük Kuril cərgəsi mərkəz qrupuna daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir. Adada yaşayış yoxdur.

Matua adası
rus. Матуа
Ümumi məlumatlar
Sahəsi 52 km²
Hündür nöqtəsi 1446 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
48°05′ şm. e. 153°13′ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
  • Saxalin vilayəti
Arxipelaq
  • Kuril adaları
Akvatoriya
  • Sakit okean
  • Oxot dənizi
Matua adası xəritədə
Matua adası
Matua adası
Matua adası xəritədə
Matua adası
Matua adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adanın sahəsi 53 km² təşkil edir. Ununluğu şimal-qərbdən cənub-şərqə 11 km, eni isə 6,4 km təkil edir. Adada yaşayışı olmayan Sarıçevo və Qubanovka yaşayış məntəqələrinin qalıqlsrı günümüzdə belə qalır. Adadan 1,3 km şərqdə Toprkovı adası yerləşir. Adanın sahəsi 1 km², hündürlüyü isə 70 metrdir. Ada ərazisində fəaliyyətdə olan Sarıçev vulkanı mövcuddur. Onun hündürlüyü 1446 metr təşkil edir. Kiçik Xesupo çayı içməli suya malikdir. Dvoynaya buxtası yaxtaların sərbəst yan almasına imkan verir. Ada kollarla örtülüdür. Burada qızılağac bitkisi sız kolluqlar əmələ gətirir. Ərazisində tülkülər və kiçik gəmiricilərə rast gəlmək mümkündür. Sahillərində dəniz şirlərinin cəmləşdiyi ərazilər vardır. Sahil sularında isə halqaşəkilli suitiləri görmək mümkündür. Qıvrımdimdik, qarabatdaq və qağayıları müşahidə etmək mümkündür.

Qolovnin boğazı ilə Raykoke adası (18 km şimalda), İnam boğazı ilə isə Rasşua adasından (28 km cənub-qərb) ayrılır.

Mündəricat

Tarixi

Yaponların XIX əsrə qədər adaya gəlişinə qədər bölgədə aynular yaşayırdılar. Onların ümumi sayı 200 nəfər olmuşdur. İkinci Dünya müharibəsi öncəsi yaponlar adanı güclü müdafiə istehkamına çevirmişdilər. 194-cü ildə adada 7 min əsgər yerləşdirilmişdi. 1945-ci ilin avqustunda isə bu say 4 minə enmişdi. Uçuş zolağının uzunluğu 1200 metrə çatırdı. Zolaq qış ayları termal sularla qızdırıldığından il boyu enişə imkan verirdi. 2016-cı ilə olan məlumata görə zolan uçuşları qəbul etmək üçün tam yararlıdır.

Harri Trumen ABŞ-yə məxsus bazalardan birinin Kuril adalarına yerləşdirilməsi təklifi ilə İosif Stalinə müraciət etdiyi ada məhz Matua olmuşdur. Əvəzində isə Aleut adalarında Sovetlərə məxsus bir bazanın yerləşdirilməsi cavabı aldıqda bu təklifdən birdəfəlik əl çəkmişdir.

İkinci Dünya müharibəsi zamanı yaponlara məxsus İsiqaki gəmisi Amerikaya məxsus olan USS S-44 (SS-155) gəmisini batırmışdır. USS Herring (SS-233) su altıqayığı Xibuki Maru, İvaki Maru və İsiqaki gəmilərini adadan 70 km qərbdə batırmışdır.

Adada yerləşən yapon qarnizonu, 41-ci quru qoşunları alayından ibarət idi. Onlara polkovnik Ueda rəhbərlik edirdi. Qoşun 302-ci moto atıcı alayının önündə yerləşdirilmişdi. 2000-ci ilə qədər adada sərhəd zastavası olmuşdur. Severo-Kurilsk sunamisi zamanı 16 hərbici həlak olmuşdur. Bu faciə ilə bağlı abidə quraşdırılmışdır. 2009-cu ilin iyununda adada yerləşən vulkan püskürmüşdür. 7 mat 2016-cı ilə Vladivostokdan olan 6 gəmi vitse-admira Akeksandr Ryabuxinin rəhbərliyi ilə adaya ekspedisiyaya çıxmışlar. 200 nəfərin iştirak etdiyi ekspedisiyada təkcə sahil və düzən ərazilərdə 97 tarixi obyekt aşkarkanmışdır. 2016-cı ilin iyununda Rusiya Müdafiə Nazirliyi və Rus Coğrafiya Cəmiyyətinin birgə təşkil etdiyi ekdpedisiya zamanı 1942-ci ildə istehsal edilən yükgül tipli yapon qırıcı təyyarəsi aşkarlanmışdır.

İqlimi

  • Havanın orta illik temperaturu — 2,6 °C
  • Havada olan rütübət — 84,2 %
  • Küləyin temperaturu — 5,7 m/s

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, matua adası sözünün mənası, matua adası haqqında məlumat. matua adası nədir? matua adası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sovet Azərbaycanı

  • Mart 01, 2026

    Soundgarden

  • Mart 06, 2026

    Öküz soliteri

  • Mart 06, 2026

    S:Şikayətnamə

  • Fevral 27, 2026

    Vanil (ədviyyə)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst