Ander Herrera (14 avqust 1989[…], Bilbao, Basklar ölkəsi) İngiltərənin Mançester Yunayted klubunda və İspaniya milli yığmasında çıxış edən ispan yarımmüdafiəçidir.
| Ander Herrera | ||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| isp. Ander Herrera | ||||||||||||||||||||||||||||||||||||||||
![]() Ander Herrera Mançester Yunayted forması ilə 2014-cü ildə | ||||||||||||||||||||||||||||||||||||||||
| Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||
| Tam adı | Ander Herrera Aqüera | |||||||||||||||||||||||||||||||||||||||
| Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||
| Doğum yeri | Bilbao, İspaniya | |||||||||||||||||||||||||||||||||||||||
| Vətəndaşlığı | | |||||||||||||||||||||||||||||||||||||||
| Boyu | 182 | |||||||||||||||||||||||||||||||||||||||
| Çəkisi | 73 kq | |||||||||||||||||||||||||||||||||||||||
| Mövqeyi | Yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||
| Əsas ayağı | Sağ | |||||||||||||||||||||||||||||||||||||||
| Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||
| Klub | Mançester Yunayted | |||||||||||||||||||||||||||||||||||||||
| Nömrəsi | 21 | |||||||||||||||||||||||||||||||||||||||
| Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||
O, peşəkar futbolçu karyerasına İspaniyanın Real Zaraqoza klubunda başlamış, 2011-ci ildə Atletik Bilbao klubuna və sonradan 2014-cü ildə isə 36 milyon avro qarşılığında Mançester Yunayted klubuna transfer olmuşdur. Ander Herrera 2016-17 sezonunda möhtəşəm çıxışına görə Mançester Yunayted klubunda ilin futbolçusu mükafatına layiq görülmüşdür.
O, İspaniya milli yığmasının aşağı yaş qruplarında bir sıra müsabiqələrdə qalib olmuş və Londonda keçirilən 2012-ci il Yay Olimpiya Oyunlarında ölkəsini təmsil etmişdir. Milli yığmada isə ilk oyununa 2016-cı ilin noyabr ayında Uembli Stadionunda İngiltərə millisinə qarşı çıxmışdır.
Şəxsi həyatı
Ander Herreranın atası Pedro Maria da futbolda yarımmüdafiəçi mövqeyində çıxış etmişdir. O, Real Zaraqoza və Selta Viqo klublarında çıxış etmiş, futbolçu karyerasını bitirdikdən sonra isə hər iki klubda da baş menecer vəzifəsində xidmət etmişdir.
Uğurları
Klub
Mançester Yunayted
- FA Kuboku: 2015-16
- İngiltərə Liqa Kuboku: 2016-17
- İngiltərə Super kuboku: 2016
- UEFA Avropa Liqası: 2016-17
Beynəlxalq
İspaniya U-20
- Aralıq dənizi Oyunları: 2009
İspaniya U-21
- UEFA Avropa U-21 çempionatı: 2011
Fərdi
- UEFA Avropa U-21 çempionatı turnirin heyəti: 2011
- Ser Mett Basbi ilin oyunçusu: 2016-17
- UEFA Avropa Liqası (final matçının ən yaxşısı): 2017
- UEFA Avropa Liqası (sezonun heyəti): 2016-17
Həmçinin bax
- Mançester Yunayted
- Atletik Bilbao
- İspaniya milli yığması
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ander herrera sözünün mənası, ander herrera haqqında məlumat. ander herrera nədir? ander herrera nə deməkdir?
