Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sariya Əhmədovna Lakoba (anadan olanda Cihoğlu; 1904, Batum, Batum vilayəti, Rusiya imperiyası – 16 may 1939, Tbilisi, SSRİ) — NKVD həbsxanasında dözümlülüyü, m

Sariya Lakoba

  • Ana Səhifə
  • Vikipediya
  • Sariya Lakoba

Sariya Əhmədovna Lakoba (anadan olanda Cihoğlu; 1904, Batum, Batum vilayəti, Rusiya imperiyası – 16 may 1939, Tbilisi, SSRİ) — NKVD həbsxanasında dözümlülüyü, mərdliyi ilə seçilən ərinə qarşı ifadəyə məcbur edilsə də, bunu etməyən Sovet Abxaziyasının dövlət xadimi "xalq düşməni" Nestor Lakobanın həyat yoldaşı.

Sariya Əhmədovna Lakoba-Cihoğlu
Digər adı Sariya Əhmədovna Cihoğlu
Doğum tarixi 1904 (121–122 yaş)
Doğum yeri
  • Batum, Batum vilayəti, Rusiya imperiyası
Vəfat tarixi 16 may 1939(1939-05-16) (34–35 yaşında)
Vəfat yeri
  • Tbilisi, SSRİ
Həyat yoldaşı
  • Nestor Lakoba
Uşağı oğlu Rauf(1922-1941)
Atası Məhəmməd — Əhməd Cihoğlu
Anası Mələk Patladze
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiya

Sariya və Nestor, 1930-cu illər

Sariya Əhmədovna Cihoğlu Batumi şəhərində varlı acar ailəsində anadan olmuşdur . Atası Əhməd-Məmməd Cihoğlu bir çörək, bir neçə kiçik dükan, habelə çimərlik sahilində icarəyə verilən üç evə sahib idi. Anası Mələk Patladze, əslən Oçamçiradan olan müsəlman gürcülərdən idi. O, Əhməd Cihoğlu ilə 7 övlad böyüdürdü.

1920-ci ildə Nestor Lakoba İngilis işğalçılarından onun valideynlərinin evində gizlənirdi. 1921-ci ildə onlar nigaha daxil oldular. Onlar ailə quranda Sariya hələ məktəbi bitirməmişdi, bu səbəbdən Nestor Lakoba Suxumda onun üçün repititor tutmuşdu. Sariya ekstern şəkildə imtahan verdikdən sonra yetkinlik atestatı aldı, sonra isə "özünü təhsili ilə məşğul oldu, çoxlu mütaliə etdi" - Adilə Abbas oğlu xatirələrində yazırdı . "Saria çoxlu mütaliə edir və nadir kitablar toplayırdı" - Abbas oğlu danışırdı.

"Sariya nadir gözəlliyə malikdi. İncə bellli, iri qəhvəyi məxmər gözləri, valehedici və xeyirxah bir təbəssümü olan qarasac qadın idi. Səsi yumşaq və melodik idi, gedişi yüngül idi. Bütün bunlarla yanaşı o, cəsarətli, iradəli bir xarakteri ilə seçilirdi , "zərifliyi və incə zövqü ilə də fərqlənirdi" . - deyə Adilə Abbas oğlu xatırlayırdı.

Stalinin həyat yoldaşı Nadejda 1932-ci ildə həyat yoldaşı ilə Qafqazda istirahət zamanı ona tapança , hədiyyə etmişdi.

Sariyanın qardaşının həyat yoldaşı Adilə Abbas oğlu xatırlayırdı: “Stalinin hətta Sariyaya gizli aşiq olduğu barədə şayiələr gəzirdi. Xeyr, aralarında heç nə yox idi. Ancaq o, açıq şəkildə onu heyranlıqla seyr edirdi və bir dəfə hamının yanında Beriyaya dedi: Bax, Nestor hər şeydə səni üstələyib, hətta belə bir gözəl qadınla evlənib! "” . Stalin və Sariya arasındakı sevgi münasibətlərini Lakobanın mühafizəçisi - Davlet Kandali də inkar edirdi .

Adilə Abbas oğlu xatırlayırdı: "Saryia ağıllı bir qadın idi, başa düşürdü ki, əgər onları Moskvada qəbul edirlərsə, onda necə davranmaq, düzgün geyinmək, süfrə açmaq lazımdır. O deyirdi: bizim abxaz adətlərimiz özümüzə qalmalıdır. Moskvadan bir qonaq gələndə biz ona mədəniyyətli insan olduğumuzu göstərməliyik. O, gözəl rəqs edir, gürcü, türk, rus, abxaz dillərində sərbəst danışırdı ”.

Nestorun zəhərlənməsi

Sariya Lakoba Stalin represiyalarının qurbanı

Nestor Lakobanın qətlindən sonra onun yaxınlarının həbsləri başladı. 1937-ci il avqustun 17-də Sariyanın özü də həbs olundu. NKVD həbsxanalarında Sariyaya Nestorun Stalinə qarşı sui-qəsdin təşkilatçısı olduğunu etiraf etməsi üçün işgəncələr verilirdi. Şahidlərin sözlərinə görə, Sariya iki il boyunca bütün işgəncələrə və təhqirlərə mərdcəsinə dözürdü. O, yarım meyit vəziyyətinə düşəndə həbsxana xəstəxanasına yerləşdirilirdi və orada huşunu bərpa edəndən sonra işgəncələrə yenidən başlanırdı.

Sariyanın ölümü

Xarici şəkil
Şəkil
Nestor və Sariya
Sariya bacısı ilə
Oğlu ilə
Sariya

Sariya Lakoba həyatının otuz beşinci ilində, 1939-cu il 16 mayda Ortocalski həbsxana xəstəxanasında öldü.

Daha sonralar SSRİ Baş Prokuroru Roman Rudenko Sariya haqqında belə deyirdi: "Bu qadına abidə ucaltmaq lazımdır!" Yazıçı Fazil İsgəndər də Sariyə abidəsinin yaradılacağına ümid etdiyini bildirirdi.

Ölümündən sonra

Bu gün Sariya qadın adı Abxaziyada geniş yayılmış isimdi. Bu ad, qızlarını cəsarətli və güclü bir qadının şərəfinə çağırmaq üçün istifadə olunur. Təşəbbüs qrupu tərəfindən "Sariya Lakoba Fondu" yaradılmışdır. Fondun əsas məqsədi və vəzifələri arasında Sariyə abidəsinin qoyulması, həyatı və ölümü ilə bağlı sənədli və bədii filmlərin çəkilməsi olacaq.

Sariya poçt markası üzərində

Sariya incəsənətdə

Kinematoqrafda

  • "Baltazarın ziyafətləri, ya da Stalinlə bir gecə" (1989) filmində - Sariya rolunda Tamara Yandieva .
  • "Unuda bilmirəm" filmində.

Poeziyada

Sariyanın faciəli taleyinə Semyon Lipkin "Nestor və Sariya" şeirini həsr etmişdir :

" "... saçlarını baçının arxasına çəkir,
Beləcə indi uzun qara hörgü yoxdur.
"Nə oldu orada? Boynuna aldı? "
"Murdar dinmir." "Dindirməyə davam et."
Qorxudur. Bayquş kimidir.
Və qanlı bir başla
Düz, yerindən tərpənir.
Nə qədər güclü, gözəl bir görünüş
Canını imanla yandırır!
Sual Zərbə. Sual Zərbə. Sual ...
Qışqırıq - qışqırıq, amma göz yaşını gözləməyin!
Gözlərinə sancaqlar yapışdırılır
Və budur indi o ağıllı qəhvəyi gözlər yoxdur ..."
Semyon Lipkin
"

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sariya lakoba sözünün mənası, sariya lakoba haqqında məlumat. sariya lakoba nədir? sariya lakoba nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Onon çayı

  • Fevral 27, 2026

    Məsuliyyət

  • Fevral 27, 2026

    Molot (qəzet)

  • Fevral 27, 2026

    Şərqşünaslıq İnstitutu

  • Fevral 27, 2026

    E.ə. 1562

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst