Aidjal, Aizaul və ya Aizol (hind. आइज़ोल Āizol; benq. আইজল, Āijal; ing. Aizawl) — Hindistanda şəhər, Mizoram ştatının paytaxtı. 1894-cü ildə qurulmuş şəhər ştatın ən böyük şəhəridir. Şəhərin dəniz səviyyəsindən orta hündürlüyü 1,018 metrdir.
| Aidjal | |
|---|---|
| |
| 23°44′ şm. e. 92°43′ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Sahəsi |
|
| Mərkəzin hündürlüyü | 1.132 ± 1 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +91 389 |
| Poçt indeksi | 796001 |
| Digər | |
| aizawl.nic.in | |
![]() Aidjal | |
Tarixi
Şəhər 1894-cü ildə qurulmuşdur. Hindistan Hərbi Hava Qüvvələri 1966-cı ilin martında Mizo Milli Cəbhəsinin (MMC) qaldırdığı üsyan zamanı şəhərə hava zərbələri endirmişdir. Bundan sonra MMC Lunqley şəhərinə çəkilmişdir.
İqtisadiyyat
Aidjal kənd təsərrüfatı sahəsində ticarət mərkəzidir. Burada ənənəvi sənətkarlıq istehsalı (metal məmulatları, əl toxuculuğu, mebel), ağac və bambuk yığımı yaxşı inkişaf etmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aidjal sözünün mənası, aidjal haqqında məlumat. aidjal nədir? aidjal nə deməkdir?

