Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yuxarı Kürdmahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun Kürdmahmudlu kənd inzibati ərazi dairəsində kənd.

Yuxarı Kürdmahmudlu

  • Ana Səhifə
  • Vikipediya
  • Yuxarı Kürdmahmudlu

Yuxarı Kürdmahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun Kürdmahmudlu kənd inzibati ərazi dairəsində kənd.

Yuxarı Kürdmahmudlu
39°35′57″ şm. e. 47°26′57″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Füzuli rayonu
Bələdiyyə Əhmədbəyli bələdiyyəsi
Tarixi və coğrafiyası
Əvvəlki adı Kürdmahmudlu
Saat qurşağı
  • UTC+04:00
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 19
Xəritəni göstər/gizlə
Yuxarı Kürdmahmudlu xəritədə
Yuxarı Kürdmahmudlu
Yuxarı Kürdmahmudlu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Cəbrayıl qəzası 1 yanvar 1903-cü illər xəritəsi. Kürdmahmudlu

Bu Kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Füzuli rayonunun Əhmədbəyli bələdiyyəsinin ərazisinə aid edilib.

Mündəricat

Toponimikası

Keçmiş adı Kürdmahmudlu olmuşdur. Ondan digər məntəqə yarandıqdan sonra yəni kənd Aşağı Kürdmahmudlu, keçmiş kənd isə Yuxarı Kürdmahmudlu adlandırılmışdır.

Oykonimin ikinci komponenti kürdmahmudlu tayfasının adını əks etdirir.

Tarixi

Kəndin əsası XVIII əsrdə qoyulmuşdur. Kəngərli elinin qoludur.

07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin versiyasının "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Yuxarı Kürdmahmudlu bələdiyyəsi olub.

25.11.2024-cü il tarixində qüvvəyə minmiş "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" 18 oktyabr 2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun 18.3-cü bəndi ilə "Aşağı Kürdmahmudlu, Əhmədbəyli və Yuxarı Kürdmahmudlu bələdiyyələrinin əhatə etdiyi Aşağı Kürdmahmudlu, Əhmədbəyli, İkinci Mahmudlu, Qarabağ, Murtuzalılar və Yuxarı Kürdmahmudlu kəndlərində Əhmədbəyli bələdiyyəsi" yaradılmışdır.

Bununla da Füzuli rayonunun Yuxarı Kürdmahmudlu bələdiyyəsi ləğv edilmiş sayılır.

Coğrafiyası

Köndələnçayın sahilində, düzənlikdədir.

Əhalisi

2019-cu ilin avqust ayına olan məlumata görə, Yuxarı Kürdmahmudlu kəndinin ümumi əhalisi 1270 nəfərdi, hal-hazırda 1270 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 1063 nəfərə hər ay 63780 manat vahid aylıq müavinət ödənilir, 3 ailəyə ünvanlı sosial yardım təyin edilib, 3 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Yuxarı Kürdmahmudlu kəndində 8 şəhid ailəsi, 8 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 173 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 77 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.

Kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

Həmçinin bax

  • Füzuli rayonunun Yuxarı Kürdmahmudlu bələdiyyəsi
  • Füzuli rayonunun Əhmədbəyli bələdiyyəsi
  • Aşağı Kürdmahmudlu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yuxarı kürdmahmudlu sözünün mənası, yuxarı kürdmahmudlu haqqında məlumat. yuxarı kürdmahmudlu nədir? yuxarı kürdmahmudlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    İsi

  • Fevral 27, 2026

    San-Paulu FK

  • Fevral 27, 2026

    Nefrit (xəstəlik)

  • Fevral 27, 2026

    Aleksandr Bestujev-Marlinski

  • Fevral 27, 2026

    Çankaya köşkü

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst