Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Noxud mənənəsi-(lat. Acyrthosiphon pisum) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ.

Noxud mənənəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Noxud mənənəsi

Noxud mənənəsi-(lat. Acyrthosiphon pisum) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ.

Noxud mənənəsi
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Tipüstü:
Tüləyənlər
Ranqsız:
Panarthropoda
Ranqsız:
Tactopoda
Tip:
Buğumayaqlılar
???:
Noxud mənənəsi
Beynəlxalq elmi adı
  • Acyrthosiphon pisum Moses Harris, 1776
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  200572
NCBI  7029
EOL  588004

Mündəricat

Xarici quruluşu

Noxud mənənəsi bütün mənənələr içərisində ən iri növdür. Qanadsız bakirə dişi fərdlərin bədəni 4–4,5 mm-dir. Yayıla bilən dişi fərdlərin bədənləri isə 5 mm uzunluğundadır. Dişilərin bədəni yaşıl, gözləri isə qırmızı-qonurdur. Bunların bığcıqları bir cüt alın şişkinlikləri üzərində yerləşir və bədəndən xeyli uzundur. Şirə borucuqları uzun, quyruqcuğu isə ağımtıldır. Qanadlarında olan xarici damarlar və gözcüklər yaşıl rənglidir. Noxud mənənəsinin yumurtası əvvəlcə göy-yaşıl, sonra isə qara rəngdə olur.

Həyat tərzi

Noxud mənənəsinin payızda çoxillik paxlalı bitkilər üzərinə qoyduğu yumurtaları orada qışlayıb, aprel ayının axırları, mayın əvvəllərindən başlayaraq qışlayan yumurtalardan dişi sürfələr çıxmağa başlayır. Yazdan başlamış payıza qədər noxud mənənəsi bakirə yolla çoxalır. Hər bir bakirə dişi 50–100 yumurta qoyur. Yay nəsillərinin birində qanadlı-yayılan dişilər əmələ gəlir. Bunlar uçaraq birillik dənli paxlalı bitkiləri yoluxdurur və orada da bakirə yolla çoxalır. İyul-avqust aylarında havaların qızması və bitki toxumlarının iriləşib bərkiməsi (qida üçün nisbətən yararsız olması) nəticəsində mənənənin inkişafı və çoxalmasında durğunluq yaranır və onun miqdarı sürətlə azalır. Bu zaman əlverişsiz şərait nəticəsində yeni qanadlı dişi formalar əmələ gəlir ki, bunlar da uçaraq çoxillik paxlalı bitkiləri yoluxdurur. Noxud mənənəsinin bir nəslinin inkişafı hava şəraitindən asılı olaraq 10–15 günə başa çatır və beləliklə, vegetasiya ərzində 10-dan çox nəsil verə bilir.

Payızda çoxillik paxlalı bitkilər üzərində qidalanan bakirə dişilərdən cinsiyyəti davam etdirən dişilər əmələ gəlməyə başlayır. Bu dişilər erkək və dişi sürfələr doğmaq qabiliyyətinə malikdir. Doğulmuş sürfələr yetkin hala keçdikdən sonra cütləşir və bundan sonra mayalanmış sürfələr qışlayır. Noxud mənənəsinin çoxalma və inkişafında mühitin abiotiki amillərinin böyük rolu vardır. Normal temperaturlu və rütubətli havalar zərərvericinin kütləvi çoxalması üçün əlverişlidir. Aşağı temperatur və quraqlıq, eləcə də həddindən artıq rütubətli və yağışlı havalar bu həşəratın inkişafına mənfi təsir edir. Leysan yağışlar mənənəni bitkilərin üzərindən yuyub, yerə tökür və əksər halda bitkinin tamamilə təmizlənməsinə səbəb olur.

Yayılması

Bu mənənə Azərbaycanın bütün rayonlarında geniş yayılmışdır

Şəkillər

Ədəbiyyat

  • S. R. Məmmədova, B. B. Xəlilov. Kənd təsərrüfatı entomologiyası. 1986, səh 186.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, noxud mənənəsi sözünün mənası, noxud mənənəsi haqqında məlumat. noxud mənənəsi nədir? noxud mənənəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ernö Rubik

  • Fevral 27, 2026

    Uzunluq dairəsi

  • Mart 01, 2026

    Aldanmış kəvakib

  • Fevral 27, 2026

    Nüvə

  • Mart 05, 2026

    Samoalılar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst