Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1814-cü ilin avqustunda Britaniya ekspedisiya korpusu Çesapik buxtasında sahilə çıxıb Vaşinqtona yürüş etdi. Prezident Ceyms Medison Vaşinqtonu müdafiə etmək üç

Corc Kokborn

  • Ana Səhifə
  • Vikipediya
  • Corc Kokborn

Corc Kokborn (ing. George Cockburn; 22 aprel 1772 – 19 avqust 1853)—ingilis hərbi və dövlət xadimi.

Corc Kokborn
ing. George Cockburn
Müqəddəs Yelena adasının qubernatoru
Şəxsi məlumatlar
Doğum tarixi 22 aprel 1772
Doğum yeri London, Böyük Britaniya
Vəfat tarixi 19 avqust 1853 (81 yaşında)
Vəfat yeri Royal-Leminqton-Spa, Böyük Britaniya
Dəfn yeri
  • Kensal-Qrin qəbiristanlığı[d]
Partiya
  • Mühafizəkarlar Partiyası
Fəaliyyəti siyasətçi, donanma zabiti[d]
Hərbi xidmət
Qoşun növü Krallıq donanması
Döyüşlər
  • Fransız İnqilabı müharibələri[d],
  • Napoleon müharibələri,
  • 1812-ci il müharibəsi
Təltifləri Knight Grand Cross of the Order of the Bath
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Corc Kokborn 22 aprel 1772-ci ildə Londonda anadan olmuşdu.

1814-cü ilin avqustunda Britaniya ekspedisiya korpusu Çesapik buxtasında sahilə çıxıb Vaşinqtona yürüş etdi. Prezident Ceyms Medison Vaşinqtonu müdafiə etmək üçün heç bir plan hazırlamamışdı. Özü maliyyə nazirindən bir cüt duel tapançasını borc götürüb, faytonda vuruşmağa yollandı. Lakin işlərin necə getdiyini görüb əks istiqamətə tələsdi. Onun arvadı Dollinin Ağ evdən xilas etdiyi şeylər arasında rəssam Cilbert Styuart tərəfindən çəkilmiş və çərçivəsindən çıxardığı Vaşiqtonun portreti, gümüş boşqab, bir fayton yükündə rəsmi sənədlər və öz tutuquşusu var idi. Digər bütün şeylər, onun velvetdən olan xalatları və qızıl boyunbağısı da itmişdi.

Düşmən qoşunu Ağ evə gələndə, onlar mətbəxdə qırx nəfər üçün bişirilmiş nahar xörəklərini tapdılar. Britaniya admiralı Corc Kokborn prezidentə məxsus olan şlyapanı oğurladı və "Cemmi sarayı"nın qalan hissəsinin yandırılmasına razılıq verdi. Əlli Britaniya dənizçisi pəncərələrdən binaya yanan qatran kürələrini atırdılar. Belə bir dağıntı Kapitolidə də baş verdi, onun mərkəzi günbəzi o vaxtlar hələ tikilməmişdi. Qəzet redaksiyalarının binaları, bütün şəhər körpüləri və bir neçə ev bu taleyi yaşadı. Belə deyirlər ki, Kapitolidə qaraguruhun ardınca Nümayəndələr Palatasının zalına daxil olub, spiker kürsüsünə dırmaşan Kokborn belə sualla müraciət etdi: "Yanki demokratiyasının bu limanı yanacaqdırmı?" Yekdil təsdiq nidaları səsləndi və burada da məşəllərdən istifadə olundu.

Ağ evin içərisi bütünlüklə yanmışdı. Başlayan yağış onun divarlarını salamat saxlamışdı. Gənc dövlətin paytaxtı belə təhqirlə üzləşməli olmuşdu. İngilislərin bu hərəkəti təkcə Amerikada deyil, ingilislərin bəzi dairələrində də qəzəb doğurmuşdu. Paytaxtın vəhşicəsinə dağıdılması amerikanların döyüş əzmini qırmadı. Bundan sonra onlar ilk qələbəni Pittsburqda, ikinci qələbəni isə Baltimorda qazandılar. Paytaxtın taleyi xalqa ibrət dərsi vermişdi. Birləşmiş Ştatlar şərəfli sülh bağlamağa nail oldu. Britaniyalılar deyil, amerikalılar müharibədən çox şey əldə etdilər. Birləşmiş Ştatlara birinci növ dövlət olmaq yolu açıldı, müharibədən sonra ölkəyə immiqrasiya axını başladı.

Britaniya ordusu paytaxtın üstünə yürüş edəndə Vaşinqton səkkiz min əhalisi olan kənd idi. Prezident və Kabinet paytaxta qayıtmışdı və indi əsir düşməkdən yayınmaq üçün müxtəlif istiqamətləri götür-qoy edirdilər. Xanım Medison Ağ evi tərk edəndə Vaşinqtonun Styuard tərəfindən çəkilmiş məşhur portretini və İstiqlaliyyət Deklarasiyasının orijinal layihəsini özü ilə götürüb ehtiyatlı qaydada qoruyurdu. Britaniya ordusu gecə düşəndə Kapitolidən bir mil aralıdakı kvartalda düşərgə salmışdı, bu vaxt qoşun dəstəsi Rossun və bədnam admiral Kokbornun başçılığı altında ictimai binaları yandırmaqda davam edirdi. Kokborn qaraguruhun ardınca Nümayəndələr Palatasının zalına daxil olub, məşəllə binanın yandırılmasına başçılıq etmişdi. Sonra isə Ağ ev oda verildi.

Corc Kokborn Napoleon Bonapartı Müqəddəs Yelena adasına aparmaq müəssər olmuşdu.

Belə ki, Napoleon 20 aprel 1814-cü ildən Aralıq dənizindəki Elba adasına imperator titulu saxlanılmaqla sürgün edilir. 26 fevral 1815-ci ildə sürgündən qaçaraq 20 martda maneəsiz Parisə dönən Napoleon. əldən verilmiş mövqeləri qaytarmaq istəyirdi. Lakin yüz günlükdən, Vaterloo döyüşündəki məğlubiyyətdən sonra onu ikinci dəfə imperatorluqdan imtina etməyə vadar edirlər və Müqəddəs Yelena adasına sürgün edilir.

Müqəddəs Yelena adasında ikən Napoleon öz memuarlarını yazır. Səhətinin get-gedə pisləşməsilə 5 may 1821-ci ildə vəfat edir. Meyidi yarıldıqdan sonra 9 mayda dəfn edilir. Atopsiyanın nəticəsinə görə Napoleon qanaxma ilə fəsadlaşmış mədə xərçəngindən vəfat etmişdir.

Onun zəhərlənməsi ilə bağlı iddialar təsdiqini tapmayıb.

Corc Kokborn 19 avqust 1853-cü ildə vəfat edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, corc kokborn sözünün mənası, corc kokborn haqqında məlumat. corc kokborn nədir? corc kokborn nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Veb-server

  • Fevral 27, 2026

    Otto Ueyninger

  • Mart 03, 2026

    Riman inteqralı

  • Fevral 27, 2026

    Çaxmaq Karvansaray

  • Mart 01, 2026

    Yapon ağcaqayını

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst