Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

ASD Kazale Futbol Klubu (əvvəllər AS Kazale Kalçio), italyanca adı "Il Football Club Casale A.S.D." olan futbol klubu. İtaliyanın Pyemont regionunda yerləşən, K

Kazale FK

  • Ana Səhifə
  • Vikipediya
  • Kazale FK

ASD Kazale Futbol Klubu (əvvəllər AS Kazale Kalçio), italyanca adı "Il Football Club Casale A.S.D." olan futbol klubu. İtaliyanın Pyemont regionunda yerləşən, Kasale Monferrato şəhərini təmsil edir. Klub hal hazırda İtaliya D seriyasında çıxış edir.

Kazale FK
Loqonun şəkli
Ölkə
  •  İtaliya
Ləqəb(lər) Nerostellati
Rəng(lər) qara
Yaranma tarixi 1909, 1993, 2013, 2023
Ev forması
Səfər forması
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Komandanın qara rəngli formasının sinəsində ağ ulduz olduğuna görə komandanın ləqəbi "nerostellati"dir ("ulduzlu-qaralar").

Mündəricat

Tarixi

1914-cü ilin qalib Nerostellatisi: Qallina (düz papağını tutan qapıçı), Maggiani, Scrivano, Rosa, Luici Barbesino, Cüzeppe Parodi, Caira, Angelo Mattea, Covanni Gallina, Amedeo Varese, Bertinotti.

Klub 1909-cu ildə yaranıb. Komanda qurulanda, Kasale şəhəri İtaliyada yeni futbol hərəkatının coğrafi mərkəzində yerləşirdi. Ətrafda Cenoa, Pro Vercelli, Milan, Torino və Yuventus İtaliya futbol liqasında aparıcı klublar var idi və Kasale tezliklə onların sıralarına qoşulur.

1913-cü ilin mayında Kasale, "Riding" futbol klubunu 2–1 hesabı ilə məğlub edərək, İngilis peşəkar komandasını məğlub edən ilk İtalyan klubu oldu. İtaliyada turda olan "Riding" klubu, bu tur zamanı bütün digər oyunlarında qalib gələrək Cenoa, Milan, Pro Vercelli və hətta İtaliya millisini məğlub etmişdi.

Növbəti mövsümdə Kasale ilk və yeganə milli titulunu qazanır. O zaman İtaliya futbol çempionatı regional əsasda təşkil edilirdi və ölkə çempionatı üç mərhələyə bölünurdu. Kasale Ligurian-Piedmontese divizionunun qalibi olaraq, ikinci yerdə qərarlaşan Cenoa ilə birlikdə ən yaxşı şimal komandalarının yarışdığı dviziona yüksəlir. Burda İnter Milan, Yuventus, Viçentsa və Verona kimi komandalarla birlikdə mübarizə aparır. Həmin divizionunda qalibi olan Kasale finalda mərkəzi-cənub çempionu Latsionu iki oyunun hər birində (7–1, 0–2) məğlub edərək İtaliya çempionu olur.

Birinci Dünya müharibəsindən sonra Kasale bir neçə onillik ərzində yüksək divizionda qalır.

Zamanla inkişaf edən futbola uyğunlaşmayan Kasale tədricən zəifləyir və aşağı diviziona düşür. 1934-cü il onların A Seriyasındakı son ili olur. Klub daha sonra maliyyə problemlərinə görə iki dəfə, 1993 və 2013-cü illərdə yenidən qurulur. 2013-cü ildə Kasale Futbol Klubu indiki adını alır.

"Kasale" və "Alessandria" azarkeşləri arasında qızğın rəqabət var.

Unudulmaz oyunçuları

1913–14-cü illərdə skudetto qazanan komandada meydana çıxan beş oyunçu İtaliya milli komandasında oynayıb, hamısı 1912–1914-cü illər arasında beynəlxalq oyunlarda debüt edib:

  • Luici Barbesino
  • Covanni Gallina
  • Anjelo Mattea
  • Cüzeppe Parodi
  • Amedeo Varese

Titulları

Milli titullar

A Seriyası

  • Qalib : 1913–14

B Seriyası

  • Qalib : 1929–30

İtaliya Kuboku Dilettanti

  • Qalib : 1998–99

Submilli titullar

Seriya C

  • Qalib : 1937–38 (Girone C), 1947–48 (Girone D)

C2 seriyası

  • Qalib: 1988–89 (Girone A)

D seriyası

  • Qalib: 1973–74 (Girone A), 1985–86 (Girone A)
  • Prometed: 2003–04

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kazale fk sözünün mənası, kazale fk haqqında məlumat. kazale fk nədir? kazale fk nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Məmməd İsmayıl

  • Fevral 27, 2026

    Yenisey körfəzi

  • Fevral 27, 2026

    Aqaba körfəzi

  • Mart 01, 2026

    Beynəlxalq miqrasiya

  • Fevral 27, 2026

    .nr

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst