Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Karlşteyn qəsri (Karlštejn; yaxud Karlův Týn) — XVI əsrdə imperator VI Karl tərəfindən Çexiyanın paytaxtı Praqanın 28 km cənub-qərbində tikdirdiyi qotik qəsr.

Karlşteyn qəsri

  • Ana Səhifə
  • Vikipediya
  • Karlşteyn qəsri

Karlşteyn qəsri (Karlštejn; yaxud Karlův Týn) — XVI əsrdə imperator VI Karl tərəfindən Çexiyanın paytaxtı Praqanın 28 km cənub-qərbində tikdirdiyi qotik qəsr.

Karlşteyn qəsri
Karlštejn
Ölkə  Çexiya
Yerləşir Orta Çexiya diyarı
Tikilmə tarixi 1348
Üslubu Qotika-İntibah
Vəziyyəti Muzey
Rəsmi sayt hrad-karlstejn.cz
Çexiyanın milli irsi
İstinad nöm.2-327
49°56′22″ şm. e. 14°11′16″ ş. u.HGYO
Xəritə
Karlşteyn qəsri (Çexiya)
Nöqtə
Karlşteyn qəsri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Onun tərtibatı üçün ən yaxşı saray ustaları dəvət edilmişdi, bu, IV Karlın topladığı Müqəddəs Roma imperiyasının reqaliya və relikviyalarının saxlandığı ən təmtəraqlı qəsrlərdən biri idi. Qəsr Berounka çayının 72 metrlik əhəng qayasının üstündəki terraslar üzərində inşa edilib.

Mündəricat

Yerləşməsi və təyinatı

Qəsrin, cənub-qərb tərəfdən, təxminən 1720 ildə çəkilmiş rəsmi

Karlşteyn qəsri Praqadan 30 km cənub-qərbdə Berounka çayının sol tərəfində, 8,5 km Berona şəhərindən aralı yerləşir. Bu çex qala-qəsrlərindən ən məşhurudur, çünki, müqəddəs relikvilayalrın və imperiya reqaliyalarının saxlanması, eləcə də təntənəli mərasimlərin keçirilməsi üçün yaradılan kral qəsri sayılır. Bu qəsr Çexiya dövlətçiliyi rəmzidir. Beronka çayından qəsrə qədər yol qəsrlə eyni adlı Karlşeyn kəndindən keçir, yolun kənarında çoxsaylı suvenir satıcılarını və kiçik restoranları görmək olar. Bu yolla gedəndə nədənsə, Kafkanın, barəsində yazdığı qəsrin təsəvvürü yaranır.

Tarixi

Qəsrdə yerləşən Müqəddəs Xaç saat ibadədgahı, Yindrjix Ekker, 1878

Karlşteyn qəsrinin əsası 1348 ildə IV Karl tərəfindən qoyulub. Karlşteynin ilk daşı (yeri gəlmişkən qəsrin adı “Karlın daşı” kimi tərcümə edilir) kralın ən yaxın məsləhətçisi olan Praqanın ilk arxiyepiskopu, Pardubitesdən olan Arnoşt tərəfindən qoyulub. Tikintisi 17 il davam edən qəsrin, bu vaxt ərzində 5 əsas obykti tikilib: Studniçnı qulləsi, burqqraflıq, kralın otaqları yerləşən imperator sarayı, Kiçik qullə, və, ortasında məşhur müqəddəs Xaç saat ibadədgahı olan Böyük qullə. 1365 ildə “qəsrin ürəyi” olan müqəddəs Xaç ibadətgahının xeyir duası verilib və elə həmin gün bura koronasiya reqaliyaları gətirilib. Məhz bu kapellaya saxlanmaq üçün Avropanın ən qiymətli taclarından biri – Müqəddəs Roma imperiyasının tacı qoyulub. Bütünlüklə isə tikinti 20 ildən sonra bitirilib. Tikintinin bitirilməsi ilə eyni vaxtı qəsrin interyerlərinin tərtibatı və bəzədilməsi aparılıb.

Qəsrdə saxlanan relikviyalar

Qəsrdə saxlanılan Müqəddəs Roma imperiyasının tacı

Karlşteynə imperator bütün xristianlıq üçün ən qiymətli şeyləri toplayırdı: müqəddəs Longinin nizəsi, üzərində mismarların izləri olan İsa Məsihin ağacdan xaçının bir parçası, Mantuyada benediktlilərin müqəddəs Andre monastırından süngər, və Parisin Sen-Şapel kilsəsində saxlanan və fransız kralı tərəfindən hədiyyə edilən Məsihin tacından iki tikan. XIX əsrdə qəsrin romantik bərpası aparıldı ki elə onda Karlşteyn müasir görünüşünü aldı. Qəsrin tərtibatında M.Vürmser, T. da Modena, eləcə də çex qotik sənəti rəssamlarının ən məşhuru -Master Teodorik iştirak etmişlər. İnteryerlərin unikal tərtibatına görə o Mojinedə mülklə və başqa imtiyazlarla təltif edildi. O vaxt Karl, qəsrdə tez tez dayanaraq şəxsən işlərin bitirilməsinə nəzarət edirdi. Sonuncu dəfə 1346 ildəki ölümündən iki il əvvəl, öz(ikinci nigahından olan) oğlu və varisi, özü kimi qəsrdə olmağı xoşlayan IV Vatslavla birgə qalmışdı. Vatslav qəsrə arvadı ilə birgə gəlməyə xoşlayardı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, karlşteyn qəsri sözünün mənası, karlşteyn qəsri haqqında məlumat. karlşteyn qəsri nədir? karlşteyn qəsri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qısabığcıqlı düzqanadlılar

  • Mart 02, 2026

    Sadıq Şəndil

  • Fevral 24, 2026

    Potsdam

  • Fevral 27, 2026

    İtaliya kommunaları

  • Mart 06, 2026

    Əhmədli

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst