Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

CoronaVac və ya Sinovac — Çin biofarmatsevt şirkəti Sinovac tərəfindən hazırlanmış COVID-19 peyvəndi üçün potensial namizəd. Namizəd peyvəndi 2020-ci ilin ortal

CoronaVac

  • Ana Səhifə
  • Vikipediya
  • CoronaVac

CoronaVac və ya Sinovac — Çin biofarmatsevt şirkəti Sinovac tərəfindən hazırlanmış COVID-19 peyvəndi üçün potensial namizəd. Namizəd peyvəndi 2020-ci ilin ortalarından bəri III klinik sınaqlardan keçirilmişdir. Oktyabrın 19-da Braziliyada keçirilmiş III mərhələ tədqiqatının ilkin nəticələri CoronaVac-ın COVID-19-a qarşı etibarlı bir müdafiə olduğunu göstərdi. Braziliyada bir nəfər könüllünün intihar etməsindən sonra noyabrın 10-da III mərhələ sınaqlarını qısa müddətə dayandırdı və daha sonra noyabrın 11-də bərpa etdi.. Dekabrın 3-də Braziliyaya bir milyondan çox doza CoronaVac gətirildi. Dekabrın 6-da isə İndoneziya 1,2 milyon doza CoronaVac-ın ilk partiyasını aldı..

CoronaVac
Kimyəvi quruluşun şəkli
Kimyəvi birləşmə
IUPAC CoronaVac
DrugBank DB15806
Tərkibi
Təsnifatı
ATK J07BX03
Dərman forması
ampula
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dekabrın 13-də da Butantan İnstitutu III mərhələ sınaqlarında təsdiqlənmiş COVID-19-a yoluxmuşların sayının 170-ə çatdığını və bu ilkin analiz üçün tələb olunan 151 hadisəni aşdığını və tam peyvəndləşmənin başlaması üçün sənədlərin həm ANVISA-ya, həm də Milli Tibbi Məhsullar İdarəsinə 23 dekabr tarixinə qədər təqdim ediləcəyini açıqladı. CoronaVac vaksini inaktiv peyvənddir. Belə ki, onun kimyəvi tərkibi genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur.

2021-ci il yanvarın 7-də effektivlik dərəcəsinin necə hesablandığını açıqlamadan, Butantan İnstitutu peyvəndin 13.000 könüllüdən 220 COVID-19 hadisəsinə əsaslanan yüngül hallarda 78%, ağır və orta infeksiyalara qarşı 100% təsirli olduğunu elan etdi.

Türkiyə 7371 könüllü üzərində aparılan sınaqlarda 1322 iştirakçının məlumatlarına əsasən 29 mənfi nəticələr aşkar olduğundan sınaqların 91,25% effektiv olduğunu bildirmişdir. İndoneziya Bandunq şəhərində sınaq iştirakçılarından yalnız 1600 nəfərin məlumatlarına əsasən 65,3% effektivlik dərəcəsini elan etmişdir.

Mündəricat

Texnologiyası

Boş CoronaVac şüşəsi

CoronaVac vaksini inaktiv peyvənddir. O, xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir. CoronaVac peyvəndinin birini standart soyuducuda 2-8 dərəcədə saxlamaq mümkündür. CoronaVac soyuducuda üç ilə qədər sabit qala bilər ki, bu da isti iqlimi olan bölgələrə peyvənd paylanmasında bir qədər üstünlük verə bilər.

Şirkət, vaksinin hazırlanmasında Çin, Böyük Britaniya, İtaliya, İspaniya və İsveçrədən olan Covid-19 xəstələrindən nümunələr götürüb. Bütün məlum olan vaksinlər kimi, "CoronaVac" da iki dozada vurulur. Sinqapurun Nanyang Texnologiya Universitetinin dosenti Luo Dahai BBC-yə deyib ki, CoronaVac peyvəndi daha "ənənəvi" üsulla hazırlanıb və bu üsul "quduzluq" kimi xəstəliklərdə uğurla istifadə olunur.

Effektivliyi

Hazırda CoronaVac peyvəndinin ancaq birinci və ikinci mərhələsi üzrə məlumatlar məlumdur. Birinci və ikinci mərhələdə iştirak edən ümumilikdə 744 nəfərin nəticələrinə əsasən, peyvənd "təcili istifadə üçün əlverişli olub".

Vaksinin üçüncü mərhələsinin nəticələri müxtəlif ölkələrdə fərqli rəqəmlər göstərib. Türkiyədə aparılan testlər peyvəndin 91.25 faiz effektiv olduğunu göstərib. İndoneziyada göstərilən nəticə isə, 65% olub.

Braziliyadakı son araşdırmada bu rəqəmin 50.4 faiz olduğu deyilsə də, əvvəlcə bu rəqəm 78 faiz olaraq səsləndirilib. Sonradan tədqiqatçılar deyiblər ki, müəyyən rəqəmlər nəticəyə əlavə edilməyibmiş.

Braziliyalı alimlər CoronaVac vaksininin müalicəyə ehtiyac olan və yüngül keçirilən hallarda 78 faiz, orta və ağır hallarda 100 faiz təsirli olduğunu, ümumilikdə orta hesabla 50.38 faiz effektiv olduğunu bildiriblər.

CoronaVac vaksini Çində iyul ayından bəri yüksək risk qrupunda olan insanlar üçün təcili hallarda istifadə üçün təsdiq edilib. Sinovac şirkətinin təmsilçisi olan cənab Yin sentyabr ayında deyib ki, 1000 könüllü üzərində testlər aparılıb və onlardan 5 faizindən çox olmamaqla bəzilərində "az yorğunluq və ya narahatlıq" qeydə alınıb. Müxtəlif dozalarda "CoronaVac" vaksini vurulan insanlar peyvəndlənməni "yaxşı keçiriblər".

Peyvəndin uşaq və ya hamilələrdə göstərdiyi nəticələr barədə məlumatlar hələlik açıqlanmayıb.

Peyvəndi alan ölkələr

İndoneziyanın Qərbi Yava əyalətinin qubernatoru Rizvan Kamil Covid-19-a qarşı CoronaVac vaksini ilə peyvənd olunarkən

CoronaVac peyvəndinin ilk partiyası dekabrın əvvəllərində İndoneziyaya çatdırılıb. Bu ölkəyə ümumilikdə 50 milyon doza vaksin gətirilib. Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və bir neçə digər ərəb ölkəsi Sinopharm vaksinini təsdiq edib. Sinqapur isə CoronaVac, Moderna və Pfizer-BioNTech vaksinlərinin hamısı ilə razılaşmaya gəldiyini bildirib.

Azərbaycan, Türkiyə, Braziliya, Çili, Malayziya Tailand Filippin və Ukrayna ilə Honkonq kimi ölkələrdə CoronaVac peyvəndini seçib. CoronaVac şirkəti yeni inşa edilmiş zavodunda ildə 300 milyon doza vaksin istehsal edə biləcəyini bildirib. Vaksinlər iki dozada vurulduğu üçün bu, ildə sadəcə 150 milyon insanın bu peyvəndlə təmin edilə biləcəyi deməkdir.

Türkiyə

Türkiyə Səhiyyə nazirinin noyabrın 25-də verdiyi açıqlamaya görə, fevral ayına qədər 50 milyon doza CoronaVac peyvəndi alınacaq və prioritet qruplar üzərində tətbiq olunacaq. 2021-ci ilin əvvəllərində planlaşdırılan ilk kütləvi peyvəndləşmədə səhiyyə işçilərinə, hüquq-mühafizə orqanlarına, riskli yaş qruplarında işləyən insanlara və insanların sıx olduğu yerlərdə çalışanlara üstünlük veriləcəkdir. Ölkəyə ilk peyvənd partiyası 30 dekabr 2020-ci il tarixində hava yolu şirkəti ilə gətirildi. İki həftə boyunca gətirilən peyvəndlər Türkiyə Əczaçılıq və Tibbi Cihaz Agentliyi tərəfindən analiz edildi.

2021-ci il yanvarın 13-də, Türkiyə Əczaçılıq və Tibbi Cihazlar Agentliyi peyvəndə "təcili istifadə təsdiq"i verdi. İlk peyvənd Səhiyyə Naziri Fahrettin Koca və Coronavirus Elmi Komitəsinin üzvlərinə vuruldu.

2021-ci il yanvarın 14-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanda peyvənd etdirdi.

Azərbaycan

Azərbaycanın da seçimi Pekində yerləşən Sinovac şirkətinin "CoronaVac" peyvəndi oldu. MDB-nin dekabr sammitində Prezident İlham Əliyev çıxış edərkən peyvənd proqramının Azərbaycanda 2021-ci ilin əvvəllərində başlayacağını bildirmişdi. Prezident Azərbaycanda koronavirus peyvəndlənməsinin dövlət hesabına və könüllü aparılacağını bildirmişdir. Azərbaycanda kütləvi vaksinasiya yanvarın 18-dən başlamışdır. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov demışdır. Ş.Mövsümov bildirmişdir ki, ilk mərhələdə Covid-19 əleyhinə tibb işçiləri vaksinasiya olunacaq.

2021-ci il yanvarın 16-da Nazirlər Kabinetinin sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq olundu.

Sərəncama əsasən Vaksinasiya Strategiyasının Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (qurumlar) zəruri tədbirlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini təmin etməli və işlərin gedişatı barədə məlumatları mütəmadi olaraq Nazirlər Kabinetinə təqdim etməlidirlər.

2021-ci il yanvar ayının 18-də Azərbaycanda kütləvi Covid-19 əleyhinə peyvəndləşmə başlamışdır. Vaksinasiyadan ilk keçənlərdən biri Səhiyyə naziri Oqtay Şirəliyev olmuşdur. Nazirlə yanaşı, nazir müavinləri və digər rəsmi şəxslərə də koronavirus əleyhinə "Sinovac" peyvəndi vurulub. Elə həmin gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev də vaksinasiya olunublar.

Azərbaycan hökuməti CoronaVac vaksinin alınmasına görə xərcləri Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondu vasitəsilə qarşılayır.

Yanvar ayının 14-nə Nazirlər kabinetindən verilən məlumata əsasən, COVID-19-a qarşı vaksinlərin alınması üçün Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitlərindən təqribən 46,1 milyon manat xərclənib.

Həmçinin bax

  • COVID-19 koronavirus pandemiyası
  • Azərbaycanda koronavirus pandemiyası 2020
  • COVID-19 qarşı peyvənd
  • Koronavirusla Mübarizəyə Dəstək Fondu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, coronavac sözünün mənası, coronavac haqqında məlumat. coronavac nədir? coronavac nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Farqo

  • Fevral 27, 2026

    Samir Bağırov

  • Fevral 27, 2026

    Sevil (pyes)

  • Fevral 27, 2026

    Membran

  • Fevral 23, 2026

    Cənubi Avropa

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst