Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Manyoqana (万葉仮名, Manyo:qana?) — yapon yazısının ilkin forması. Bu sistemdə yapon sözləri səslənməsinə görə oxşar olan Çin heroqlifləri ilə yazılmışdır. Manyoqan

Manyoqana

  • Ana Səhifə
  • Vikipediya
  • Manyoqana

Manyoqana (万葉仮名, Manyo:qana?) — yapon yazısının ilkin forması. Bu sistemdə yapon sözləri səslənməsinə görə oxşar olan Çin heroqlifləri ilə yazılmışdır. Manyoqana yazısından sonralar iki heca əlifbası — hiraqana və katakana yaranmışdır. "Manyoqana" adı "Manyoşu" (万葉集?, hərf. "Min yarpaq toplusu") adlı yaponca poeziya antologiyasından götürülmüşdür. Bu əsər Nara dövrünə (710–794-cü illər) aiddir və sözün əsl mənasında "Manyoşu əlifbası" deməkdir.

Manyoqana üslubunda yazılmış "Manyoşu"dan bir şeir parçası.

Tarixi

Manyoqana yazısı ehtimal olunur ki, VI–VII əsrlərdə meydana çıxmışdır. Bu yazının ən qədim nümunəsi 1998-ci ildə Tokuşima prefekturasında aşkar edilmişdir. Burada VII əsrin ortalarına aid "Naniva körfəzi haqqında nəğmələr" (vaka) şeirinin başlanğıcı yazılmış taxta mokkan tapılmışdır. Bu tapıntıdan əvvəl yazının ən qədim nümunəsi kimi Horyu-ci məbəd kompleksinin Qızıl zalında yerləşən "Şəfa verən Budda" (Yakuşi Nyorai) heykəlinin nimbi üzərindəki VIII əsrin əvvəllərinə aid yazı qəbul olunurdu.

Manyoqana yazısının ən böyük nümunəsi "Manyoşu" adlı poeziya toplusudur. X əsrə gəldikdə bu yazı sistemi tədricən hiraqana və katakana ilə əvəz edilmişdir. Eyni dövrdə Yaponiya alimi Minamoto-no Şitaqau (911–983) fonetik işarələr sistemi təklif etmiş və onları "Manyoşu" mətninə əlavə etmişdir.

Müasir Yaponiyada manyoqana yazısından məhdud şəkildəəsasən bəzi toponimlərdə, xüsusilə Kyuşu adasında istifadə olunur. Bundan əlavə, gündəlik yazıda səslənməsinə görə seçilmiş heroqliflərlə sözlərin yazılışı mənasında ateci (当て字) forması geniş yayılmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, manyoqana sözünün mənası, manyoqana haqqında məlumat. manyoqana nədir? manyoqana nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Oneqa gölü

  • Fevral 27, 2026

    Bayburdlu oymağı

  • Fevral 23, 2026

    Müəssisə

  • Mart 06, 2026

    Nisə Qasımova

  • Mart 06, 2026

    Məhəmmədiyyə

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst