Ceyhun Mollazadə (18 may 1960, Bakı) — AzQTel MMC-nin prezdenti, Azərbaycanın ABŞ-dakı keçmiş müvəqqəti işlər vəkili (1992–1993).
| Ceyhun Mollazadə | |
|---|---|
| Doğum tarixi | 18 may 1960 (65 yaş) |
| Doğum yeri | |
| Milliyyəti | azərbaycanlı |
| Fəaliyyəti | diplomat |
Həyatı
Ceyhun Mollazadə 1960-cı il mayın 18-də Bakıda anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1992–1993-cü illərdə Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri olub.
1994-cü ildə - Beynəlxalq Enerji Konsaltinq qrupuna daxil olan Kembric Enerji Araşdırmaları Mərkəzininin baş elmi işçisi olduğu dönəmdə özünün JNM konsalting şirkətini yaradıb. 1997–2003-cü ilər ərzində isə Star Kapital Qrupun Türkiyə, Yaxın Şərq, Orta Asiya və Qafqaz üzrə baş direktoru vəzifəsini icra edib.
Fəaliyyəti
2004-cü ildə transmilli "Qtel" şirkəti ilə tərəfdaşlıq etməyə başlayıb və Latın Amerikası, Afrika, Azərbaycan və Gürcüstanda simsiz genişzolaqlı şəbəkənin inkişafı və bu sahəyə maliyyə resurlarının cəlbini təşkil edib.
2005-ci ildə isə Azərbaycanda "AzQtel" MMC-ni yaradıb. 2010-cu ilin noyabr ayından etibarən şirkət Sazz 4 G brend adı altında WiMAX 4G texnologiyası əsasında qurulmuş simsiz, limitsiz, genişzolaqlı İnternet xidmətini paytaxt Bakı, habelə Sumqayıt və Abşeron yarımadasının sahilyanı qəsəbələrinə müvəffəqiyyətlə tətbiq etməyə başlayıb. 2009-cu ildən "AzQtel"şirkətinin rəhbəridir.
Şəxsi həyatı
Millətvəkili Asim Mollazadənin qardaşıdır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ceyhun mollazadə sözünün mənası, ceyhun mollazadə haqqında məlumat. ceyhun mollazadə nədir? ceyhun mollazadə nə deməkdir?