Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Asim Nazim oğlu Mollazadə (6 iyun 1953, Bakı) — siyasətçi, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, tibb elmləri doktoru, Azərbaycan Respublikasının

Asim Mollazadə

  • Ana Səhifə
  • Vikipediya
  • Asim Mollazadə

Asim Nazim oğlu Mollazadə (6 iyun 1953, Bakı) — siyasətçi, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, tibb elmləri doktoru, Azərbaycan Respublikasının Milli Məclisi II, III, IV, V, VI və VII çağırış deputatı.

Asim Mollazadə
Azərbaycan Respublikasının Milli Məclisi II, III, IV, V, VI və VII çağırış deputatı
Vəzifədədir
2000-ci ildən
    Seçki dairəsi2000 — Proporsional siyahı
    2005, 2010, 2015, 2020 — 22 saylı Nəsimi ikinci
    ƏvvəlkiQulamhüseyn Əlibəyli (Proporsional siyahı)
    SonrakıVəzifə ləğv edildi. (Proporsional siyahı)
    Demokratik İslahatlar Partiyasının sədri
    Vəzifədədir
    4 iyul 2005-ci ildən
      ƏvvəlkiVəzifə təsis edildi.
      Azərbaycan Xalq Cəbhəsi Partiyasının xarici məsələlər üzrə sədr müavini
      1995 – 2005
      SədrƏbülfəz Elçibəy (1995-2000)
      Əli Kərimli (2000-)
      ƏvvəlkiVəzifə təsis edildi.
      Azərbaycan Xalq Cəbhəsinin xarici məsələlər üzrə sədr müavini
      1993 – 1995
      SədrƏbülfəz Elçibəy
      SonrakıVəzifə ləğv edildi.
      Şəxsi məlumatlar
      Doğum tarixi 6 iyun 1953(1953-06-06) (72 yaş)
      Doğum yeri
      • Bakı, Azərbaycan SSR, SSRİ
      Partiya
      • Azərbaycan Xalq Cəbhəsi (1993–1995),
      • Azərbaycan Xalq Cəbhəsi Partiyası (1995–2005),
      • Demokratik İslahatlar Partiyası (2005)
      Fəaliyyəti siyasətçi
      Elmi fəaliyyəti
      Elmi dərəcəsi
      • tibb elmləri doktoru

      Təltifləri "Şöhrət" ordeni — 20132013 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20232023 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
      Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

      Mündəricat

      Həyatı

      Asim Mollazadə 1953-cü il iyunun 6-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə–profilaktika fakültəsini bitirmişdir. 1980–1992-ci illərdə Moskva (Rusiya) Seçenov adına Tibb Akademiyası Nevrologiya və davranış psixofiziologiyası ixtisası üzrə təhsil alıb. 1978-ci ildən Bakı şəhərində xəstəxanada həkim işləmişdir. 1984–1987-ci illərdə Həkimləri Təkmilləşdirmə İnstitutunun baş elmi işçisi olmuşdur. 1992-ci ilin iyun–dekabr ayları–nevraloji psixogen və psixosomatik xəstəliklər Mərkəzinin direktoru olmuşdur.

      Siyasi fəaliyyəti

      1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Analitik informasiya xidmətinin rəhbəri, 1993-cü ildə Azərbaycan Respublikası Prezidenti Aparatının Xarici əlaqələr şöbəsinin müdiri və Ermənistanla hərbi münaqişənin həllinə dair danışıqlarda Prezidentin xüsusi nümayəndəsi vəzifələrində çalışmışdır. 1993–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin xarici məsələlər üzrə müavini olmuşdur.

      1995-ci il parlament seçkilərində Asim Mollazadə Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 4-cü sırada olmuşdur. Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur. Beləliklə, Asim Mollazadə deputat seçilə bilməmişdir.

      1994-cü ilin fevralından −1998-ci ilədək – Demokratiyanın İnkişafı Fondunun təsisçilərindən biri və vitse-prezidenti, 1998-ci ilin mayından etibarən – Azərbaycan Avro-atlantik Mərkəzinin təsisçisi və prezidentidir.

      2000-ci ilin noyabrından 2005-ci ilin noyabrınadək – Milli Məclisin deputatı, Beynəlxalq əlaqələr üzrə parlament komissiyasının üzvü, 2001-ci ilin yanvarından 2005-ci ilin noyabrınadək – Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü. AŞ PA-nın Yaxın Şərq altkomitəsinin sədri, monitorinq və siyasi komitələrinin üzvü. AŞ PA-nın Belorusiya üzrə məruzəçisi olmuşdur.

      2005-ci ilin 4 iyulunda Demokratik İslahatlar Partiyasının təsis qurultayında partiyanın sədri seçilib.

      2024-cü il oktyabrın 8-də Azərbaycan–Yeni Zellandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

      3 fevral 2025-ci ildə Milli Məclisin İntizam komissiyasının sədr müavini seçilib.

      Mükafatları

      • (07.06.2013) — "Şöhrət" ordeni
      • (06.06.2023) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

      vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Asim Mollazadə haqqında məlumat. Asim Mollazadə nədir? Asim Mollazadə nə deməkdir?

      ←Növbəti YazıƏvvəlki Yazı→
      Ən Oxunanlar - Vikipediya
      • Fevral 27, 2026

        Səbiskar qəbiristanlığı

      • Fevral 27, 2026

        Əl-Nəsr FK

      • Fevral 24, 2026

        Bern

      • Fevral 27, 2026

        Napoli FK

      • Fevral 27, 2026

        Xarakter

      Trend Mahnılar
      • Fevral 24, 2026

        Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

      • Fevral 21, 2026

        Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

      • Fevral 28, 2026

        Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

      • Fevral 21, 2026

        Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

      • Fevral 21, 2026

        Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

      Studia

      • Vikipediya
      • Musiqi

      Xəbər Bülleteni Abunəliyi

      Əlaqə Saxlayın
      Bizimlə Əlaqə
      © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
      Müəllif hüquqları: Dadash Mammadov
      Üst