Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hüseyn Yolçu oğlu Cahangirov (24 avqust 1949, Kiçik Məzrə, Basarkeçər rayonu – 4 aprel 2004, Özbəkistan) – polkovnik-leytenant, Özbəkistan Daxili İşlər Nazirliy

Hüseyn Cahangirov

  • Ana Səhifə
  • Vikipediya
  • Hüseyn Cahangirov

Hüseyn Yolçu oğlu Cahangirov (24 avqust 1949, Kiçik Məzrə, Basarkeçər rayonu – 4 aprel 2004, Özbəkistan) – polkovnik-leytenant, Özbəkistan Daxili İşlər Nazirliyində xüsusi idarənin rəis müavini.

Hüseyn Cahangirov
Cahangirov Hüseyn Yolçu oğlu
Doğum tarixi 24 avqust 1949(1949-08-24)
Doğum yeri
  • Kiçik Məzrə, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 4 aprel 2004(2004-04-04) (54 yaşında)
Vəfat yeri
  • Özbəkistan
Dəfn yeri
  • Daşkənd
Milliyyəti azərbaycanlı
İxtisası fizika
Təhsili Azərbaycan Dövlət Universiteti
Fəaliyyəti Özbəkistan Daxili İşlər Nazirliyində xüsusi idarənin rəis müavini
Fəaliyyət illəri 1975-2004

Həyatı

Cahangirov Hüseyn 24 avqust 1949-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kiçik Məzrə kəndində müəllim ailəsində anadan olmuşdur.

1966-cı ildə orta məktəbi əla qiymətlərlə bitirmiş və həmin ildə də Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1971-ci ildə ADU-nun fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Hüseyn Cahangirov universiteti bitirdikdən sonra bir müddət hərbi xidmətdə zabit kimi qulluq etmişdir.

1974-cü ildə Kiçik Məzrə kənd orta məktəbində fizika müəlimi kimi fəaliyyət göstərmişdir.

1975-ci ildə Özbəkistana getmiş Daşkənd şəhərində Daxili İşlər orqanlarında işə qəbul edilmişdir.

Hüseyn Cahangirov Özbəkistanda aşağı vəzifədən başlayaraq polkovnik-leytenant rütbəsinə qədər yüksəlmiş və sonralar Özbəkistan Daxili İşlər Nazirliyində xüsusi idarənin rəis müavini işləmişdir.

4 aprel 2004-cü ildə Özbəkistan Respublikasında vəfat etmiş və Daşkənd şəhərində dəfn edilmişdir.

Ailəsi

Hüseyn Cahangirovun üç oğlu, bir qızı var.

Oğlunun biri Amerika Universitetlərindən birini bitirmiş, Amerikada məsul vəzifədə işləyir və Amerika vətəndaşıdır. Qızı da Amerikada təhsil alır. Hal-hazırda iki oğlu və həyat yoldaşı Daşkənd şəhərində yaşayırlar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hüseyn cahangirov sözünün mənası, hüseyn cahangirov haqqında məlumat. hüseyn cahangirov nədir? hüseyn cahangirov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Aktinidiya

  • Mart 06, 2026

    İmperiya əyaləti

  • Fevral 27, 2026

    Arxitas (Tarentli)

  • Fevral 27, 2026

    Səfəvi İmperiyası

  • Mart 02, 2026

    Aspasia

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst