Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pirin — Bolqarıstanın cənub-qərbində yerləşən dağ massivi. Pirin dağları Struma və Mesta çayları arasında yerləşir. Silsilənin uzunluğu 75 km, ən yüksək zirvəsi

Pirin

  • Ana Səhifə
  • Vikipediya
  • Pirin

Pirin — Bolqarıstanın cənub-qərbində yerləşən dağ massivi. Pirin dağları Struma və Mesta çayları arasında yerləşir. Silsilənin uzunluğu 75 km, ən yüksək zirvəsi isə Vixrendir (2914 m). Pirin- ölkənin ən yüksək dağ silsiləsindən biridir. Pirində 45 dən çox hündürlüyü 2600 m və daha yüksək olan zirvələr var. Dağ massivinin təxmini sahəsi 1201 km²-dir.

Pirin
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2914,3 m
Uzunluğu
  • 80 km
Eni 40 km
Sahəsi 1210 km²
Hündür nöqtəsi Vixren
Əsas silsiləsi Rilo-Rodop massivi
Yaranma dövrü Paleogen dövrü
Süxurları qranit, mərmər
Yerləşməsi
41°46′40″ şm. e. 23°24′00″ ş. u.HGYO
Ölkə  Bolqarıstan
Pirin xəritədə
Pirin
Pirin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Relyefi

Kremenskit gölü
Sinanişkoto gölü
Samodivskit gölü

Buzlaşma dövrü ərazinin relyefinə yetərincə böyük təsir göstərmiş və dağlar daha dik, qayalı forma almışdır. Pirin vadilərində çoxlu göllər meydana gəlmiş və ən böyüyü Popovdur. Massiv daha çox qranit və mərmərdən təşkil olunub.

Pirin üç hissəyə bölünür — Şimal, Orta və Cənub. Şimali Pirin daha böyük ərazini əhatə edir. Ən yüksək zirvə Vixren məhz bu bölgədədir. Orta Pirin Todorova Polyana ilə Popovi Livadi yəhərləri arasında yerləşir. Cənubi Pirin isə Popovi Livadi yəhərindən Parilskat yəhərinə qədər uzanır. Cənubi Pirin Orta Pirinə nisbətən daha böyük ərazini əhatə etəsədə daha alçaq relyefə malikdir.

İqlimi

Pirində aralıq dənizi iqliminin dağlıq tipi üstünlük təşkil edir. Ərazinin iqlimin formalaşmasına daha çox qərb və cənub-qərb küləkləri təsir edir. Dağlıq bölgədə şərti olaraq üç iqlim qurşağı ayrılır: Dağ ətəyi (1000 m qədər), orta dağlıq (1000 m-dən 1600 metrə qədər), və yüksək dağlıq (1600 m-dən yuxarı). Yağıntıların illik səviyyəsi 600–1000 mm arasında dəyişir. Yağıntıların əsas hissəsi noyabr-dekabr ayalarında düşür. Qış aylarında qar örtüyü yetərincə çox olur.

Flora və faunası

2000 metr yüksəkliyə qədər meşə qurşağı yerləşib. Meşələrin aşağı qurşağın tərkibi palıd, vələs və fıstıq ağaclarından, yüksək qurşaqda isə şam ağacları üstünlük təşkil edir. Daha yüksək ərazilər isə dağ çəmənliklərindən ibarətdir. Ərazinin yüksək hissəsində Pirin Milli Parkı yaradılıb. Park Unesko tərəfindən qorunma altına alınıb. Aralıq dənizi iqliminin təsiri ilə bölgə zəngin heyvan və bitki aləminə malikdir. Pirində bəzi nadir bitki geniş yayılıb, məsələn edelveys və pirin laləsi. Alp çəmənliklər qoyun və iri buynuzlu heyvanların otarılma sahələridir.

Pirin ərazisində Bolqarıstanın ən yaşlı ağacı bitir. Baykuşeva şamı adlı bu ağacın yaşı 1300 ildir.

Turizm

Pirin alpinistlərin sevimli yeridir. Asan və çətin marşurutlara malik bu ərazidə dağ-xizək idmanı ilə də məşğul olmaq mümkündür. Pirində Bansko və Sandanski kurortları məşhurdur.

Həmçinin bax

  • Pirin Milli Parkı
  • Pirinsko Pivo silsilənin adını daşıyır
Vikianbarda Pirin ilə əlaqəli mediafayllar var.

Ədəbiyyat

  1. "Вихрен", Душков, Добри, 1984, стр. 3
  2. "ПИРИН Речник и Пътеводител" Николай Даутов, София , 2008, стр.278
  3. "Очите на Пирин", Ненов, Тодор, 1969

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, pirin sözünün mənası, pirin haqqında məlumat. pirin nədir? pirin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kokand

  • Fevral 27, 2026

    Freska

  • Fevral 24, 2026

    İoann Xrisostom

  • Fevral 24, 2026

    Mixi yazı

  • Mart 01, 2026

    Diletantlıq

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst