Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Moris Bukay (fr. Maurice Bucaille, Fransızca tələffüz: [moris bykaj]; 19 iyul 1920, Pon-Levek, Fransa — 17 fevral 1998) — fransız həkimi, Fransa misirşünaslıq c

Moris Bukay

  • Ana Səhifə
  • Vikipediya
  • Moris Bukay

Moris Bukay (fr. Maurice Bucaille, Fransızca tələffüz: [moris bykaj]; 19 iyul 1920, Pon-Levek, Fransa — 17 fevral 1998) — fransız həkimi, Fransa misirşünaslıq cəmiyyətinin üzvü və yazıçı.

Moris Bukay
fr. Maurice Bucaille
Doğum tarixi 19 iyul 1920(1920-07-19)
Doğum yeri
  • Pon-Levek[d]
Vəfat tarixi 17 fevral 1998(1998-02-17) (77 yaşında)
Vəfat yeri
  • Paris
Fəaliyyəti həkim, yazıçı, alim
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Moris Bukay 19 iyul 1920-ci ildə Fransanın Pon-Levek şəhərində Moris və Mariya Bukayın ailəsində dünyaya gəlmişdir.

1945-1982-ci illərdə qastroenteroloq işləmiş, 1973-cü ildən Səudiyyə Ərəbistanı kralı Feysəlin ailəsinin və Misir prezidenti Ənvər Sadatın ailə üzvlərinin həkimi olmuşdur.

İncil, Quran və elm

1976-cı ildə müsəlman dünyasında geniş populyarlığa malik "İncil, Quran və elm" kitabını nəşr etdirdi. Bu kitabda Bukay iddia edirdi ki, Quranda bir çox elmi kəşflər barədə yazılıb. Kitab dərhal məşhurlaşdı, milyonlarla nüsxəsi satıldı və dünyanın bir çox dillərinə tərcümə edildi.

Bukay iddia edirdi ki, İncildən fərqli olaraq, Quran elmi faktlarla həmahəngdir və İslamda din və elm daim "iki bacı" kimi olub. Bu kitaba görə, İncildə dərin elmi səhvlər olsa da, Quranda bir dənə də olsun bu cür səhv yoxdur. Bukayın fikrincə, Quranda təbiət hadisələrinin təsviri müasir elmi təsəvvürlərə tam uyğun gəlir. Bukay belə nəticəyə gəlir ki, Quran həqiqətən də Allah kəlamıdır.

Bukayın iddiasına görə, Əhdi-Ətiq çoxsaylı tərcümələr və düzəlişlər səbəbindən təhrif olunub, çünki o şifahi şəkildə ötürülüb.

Bukailleizm

Bukailleizm — müasir elmin Quranla ziddiyyət təşkil etmədiyi, "Quranda böyük partlayış, kosmik səyahətlər və müasir elmi kəşflərin xəbər verildiyinə" inamı ifadə edən termindir.

The Wall Street Journal fərz edir ki, bukailleizm "müəyyən mənada xristianlıqdakı kreasionizmin müsəlman analoqudur", lakin "kreasionizm müasir elmi kəşflərin bir çoxunu inkar etsə də, bukailleizm onları da əhatə edir"

Kitabları

  • What is the Origin of Man? Islamic Book Service, 2005 — P. 228. (ISBN 81-7231-293-8)
  • La Bible, le Coran et la Science : Les Écritures Saintes examinées à la lumière des connaissances modernes, Seghers 1976, (ISBN 978-2-221-50153-5), Pocket 2003, (ISBN 978-2-266-13103-2)
  • La bible, le coran et la science (The Bible, the Qur’an, and Science : The Holy Scriptures Examined in the Light of Modern Knowledge), traduit par Alistair D. Pannell, 7e édition, TTQ, Inc., 2003 (ISBN 1-879402-98-X).
  • Les Momies des pharaons et la médecine, Séguier, 1987 (ISBN 2-906284-47-5). Mummies of the Pharaohs: Modern Medical Investigations by Maurice Bucaille. Translated by Alastair D. Pannell and the author. Illustrated. 236 pp. New York: St. Martin’s Press.
  • Réflexions sur le Coran, Seghers, (Reflections on the Koran) 1989 (ISBN 2-232-10148-7).
  • L’homme d’où vient-il? Les réponses de la science et des Écritures Saintes (Man where is he coming from? The responses of science and Scripture), Seghers, 1980 7ème éd.(ISBN 2-221-00781-6).
  • Moïse et Pharaon ; Les Hébreux en Egypte ; (Moses and Pharaoh, The Hebrews in Egypt) Quelles concordances de Livres saints avec l’Histoire, Seghers, 1995 (ISBN 2-232-10466-4).
  • Moïse et l’Exode. Confluent éd., Paris 1996

Ədəbiyyat

  • Encyclopaedia of the history of science, technology, and medicine in non-western cultures Helaine Selin, retrieved 28 March 2011
  • An illusion of harmony: science and religion in Islam (2007) Taner Edis, retrieved 28 March 2011

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, moris bukay sözünün mənası, moris bukay haqqında məlumat. moris bukay nədir? moris bukay nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    İsıkgöl vilayəti

  • Fevral 25, 2026

    Dolmabağça sarayı

  • Mart 01, 2026

    Hipparx

  • Fevral 27, 2026

    Mötərizə

  • Fevral 27, 2026

    Fotokimya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst