Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hipparx (yun. Ίππαρχος; təq. e.ə. 190, Nikeya[d], Vifiniya – təq. e.ə. 120, güm. Rodos, Qədim Yunanıstan) — qədim yunan astronomu.

Hipparx

  • Ana Səhifə
  • Vikipediya
  • Hipparx

Hipparx (yun. Ίππαρχος; təq. e.ə. 190, Nikeya[d], Vifiniya – təq. e.ə. 120, güm. Rodos, Qədim Yunanıstan) — qədim yunan astronomu.

Hipparx
q.yun. Ίππαρχος
Doğum adı Ἵππαρχος
Doğum tarixi təq. e.ə. 190(-190)
Doğum yeri
  • Nikeya[d], Vifiniya
Vəfat tarixi təq. e.ə. 120(-120) (69–70 yaşında)
Vəfat yeri
  • güm. Rodos, Qədim Yunanıstan
Elm sahəsi astronomiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

E.ə. 190-cı ildə Anadoluda Vifiniya vilayətinin Nikeya(hazırda İznik, Türkiyə) şəhərində doğulan Hipparx ömrünün çoxunu Rodosda keçirib. E.ə. 120-ci ildə Rodosda öldüyü güman olunur.

İşləri

Fəaliyyətinin çox az hissəsi bizə məlum olsa da antik dövrün ən görkəmli astronomlarımdan sayılır. Dövrümüzə gəlib çıxan yeganə elmi işi Solili Aratın (Aratus of Soli) didaktik "Fenomen" şeirinə yazdığı təfsirdir. İtib batmış əsərlərinə astronomiya təqvimi, optika və arifmetikaya dair kitablar, "Kütləsi tərəfindən aşağı dartılan cisimlərə dair" adlı traktatı, coğrafiya və astronomiya barədə yazıları və öz əsərlərinin siyahısı daxildir. Apardığı hesablamalar sayəsində ilk ulduz qlobusunu hazırlamışdır.

Eramızın II əsrində yaşamış Ptolomeyin "Almagest" əsəri onun haqqında ən geniş mənbədir. Ptolomey özü onun ən mühüm xələfi sayılır. Öz astronomiya ilə bağlı çalışmalarında Hipparxın əsərlərindən geniş şəkildə yararlanıb. Ptolomey Hipparxı "zəhmətkeş", "həqiqət aşiqi" kimi təqdim edib.

Hipparxın çoxlu mühüm və uzunmüddətli töhfələrinə praktiki və nəzəri yeniliklər daxildir. O astronomiya üçün həndəsi modellər tətbiq edib, o cümlədən 'çevrə üzərində çevrə' və əvvəldən Apolloninin də istifadə etdiyi essentrik (orbiti mərkəzdən keçməyən) modeli.

Triqonometriyanın əsasını qoyduğu güman edilir. Müşahidələrlə xeyli maraqlanıb. E.ə 147-127-ci illər arasında müşahidələrini qeyd edib. Ptolomeyin dioptriya kimi təsvir etdiyi optik cihaz istifadə edib, həmçinin planisferik üsturlabı (astrolab) kəşf etmiş ola bilər. Hipparx ulduzların mövqeləri haqqında əhatəli müşahidələr aparıb və hesab edilir ki ilk ulduz kataloqunu tərtib etmişdir. O irimiqyaslı astronomik problemlərə nəzər yetirib, o cümlədən ilin uzunluğu, ayla məsafəmiz, ay və günəş tutulmasının hesablanması.

Hipparcos süni peyki və Aydakı kraterlərdən biri onun şərəfinə adlandırılmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hipparx haqqında məlumat. Hipparx nədir? Hipparx nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Arif Xasayev

  • Fevral 27, 2026

    Göygöl nekropolu

  • Mart 01, 2026

    Tomazo Albinoni

  • Fevral 27, 2026

    Qumıq dili

  • Mart 01, 2026

    Xilafətin ləğvi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst