Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hiromu Arakava (yap. 荒川 弘; əsl adı - Hiromi Arakava yap. 荒川弘美) — Hokkaydo prefekturasından yapon manqaka. O, ən çox yaratdığı Fullmetal Alchemist manqası və onu

Hiromu Arakava

  • Ana Səhifə
  • Vikipediya
  • Hiromu Arakava

Hiromu Arakava (yap. 荒川 弘; əsl adı - Hiromi Arakava yap. 荒川弘美) — Hokkaydo prefekturasından yapon manqaka. O, ən çox yaratdığı Fullmetal Alchemist manqası və onun iki anime teleserial adaptasiyaları üçün tanınır.

Hiromu Arakava
Arakava Hiromi
yap. 荒川弘美
Doğum tarixi 8 may 1973 (52 yaş)
Doğum yeri Hokkaydo prefekturası, Yaponiya
Milliyyəti yapon
Fəaliyyəti Manqaka

Mündəricat

Həyatı

Hiromu Arakava 1973-cü ilin mayın 8-də Yaponiya Hokkaydo prefekturanın Tokaçi subprefekturada anadan olub. Orada bir süd fermasında üç böyük bacısı və kiçik qardaşı ilə böyümüş. Arakava "balaca olduğundan bəri" fikirləşirdi ki, manqaka olacaq. O, öz dəftərlərdə tez-tez çəkirdi. Məktəbi qutarandan sonra o, ailənin fermasında işləyərkən yeddi il ərzində ayda bir dəfə yağlı boya rəssamlığı dərslərə gedirdi. Eyni vaxtda Arakava dostları ilə docinşi manqanı və bundan əlavə jurnal üçün yonkomaları yaradırdı.

Arakava Tokioya 1999-cu ildə köçüb, orada Mahōjin Guru Guru manqanın müəllifi olan Hiroyuki Etonun assistenti kimi manqa sənayedə karyeranı başladı. Onun özünün karyerası 1999-cu ildə Monthly Shōnen Gangan jurnalında Stray Dog manqasının çapından başlayıb. Stray Dog 21-ci əsrin Shōnen Gangan 9-cu mükafatı aldı. 2000-ci ildə o, Shanghai Yōmakikai manqasının bir fəsili Monthly Shōnen Gangan jurnalında nəşr etdi. 2001-ci ilin iyulda həmin jurnalda Arakavanın Fullmetal Alchemist manqasının birinci fəsili nəşr olunub. Serial 108 fəsilə uzandı, sonuncu fəsili 2010-cu ilin iyulda çıxdı. Sonra onu iyirmi yeddi cildə yığdılar. Bones studiyası bu manqasının anime adaptasiyanı çəkəndə, Arakava onlara inkişafı ilə kömək edirdi. Lakin sonra, o studiyaya məzmun ilə öz başına işləməyə verdi ki, manqa ilə animenin fərqli sonluqlar olsun. Özü isə manqanı inkişaf etməyə davam etdi. 2004-cü ildə bu manqa serialı şonen kateqoriyasında 49-cu Shogakukan Manga mükafatı aldı. İkinci anime adaptasiyasın sonu yaxınlaşanda Arakava onun rejissora, Yasuhiro İrieyə manqanın sonu haqqında planlarını göstərdi. Sonların ikisi də bir birinə yaxın tarixlərdə çıxdılar.

2007-ci ildə o, hamiləliyə görə məzuniyyəti almayaraq oğlunu dünyaya gətirdi. 2014-cü ilin fevralın 12-də çıxan intervyusunda Arakava qeyd etdi ki, onun üçüncü uşağı bir neçə gün əvvəl dünyaya gəlmiş. Bundan başqa o, öz şəxsi həyatının məsələləri gizli saxlamağa qərar verdi.

O, indi Tokioda yaşayır və orada daha üç layihə yaradıb: Raiden 18, Sōten no Kōmori (Bat in Blue Sky), və Qəhrəman Əhvalatları. Qəhrəman Əhvalatları manqası Arakava ilə Studio Flag tərəfindən Huan Cin Jou ləqəbin altında yaradılmışdır. Bu serialın anime adaptasiyada isə Arakava personajlar dizaynları üçün məsul idi. Həmiçinin o, Sara Brennanın Demon leksikası romanın yapon tərcüməsi üçün üz qapağı çizdi.

2011-ci ilin aprelində Arakavanın Gümüş qaşığ adlı serialı Shogakukan nəşriyyatın Weekly Shōnen Sunday jurnalında çap olunmağa başlad. Fullmetal Alchemist kimi daha bir fentezi yazmağa əvəzinə Arakava Gümüş qaşığ manqasını daha realistik yazmağı ilə özünə əzab verməyə qərar verib. Gümüş qaşığ Shogakukan nəşriyyatın bestsellerlərin arasında tez böyüdü. A-1 Pictures studiyası yaratdığı bu manqasının əsasında anime serialı 2013-cü ilin iyulda efirə çıxmağa başladı. 2013-cü ilin iyulda o, Yoşiki Tanakanın Arslanın qəhrəman əfsanələri romanın manqa adaptasiyanı yazmağa başladı. Bu manqa Kodansha nəşriyyətin Bessatsu Shōnen Magazine jurnalında seriallaşır.

Layihələri

  • Stray Dog (1999)
  • Shanghai Yōmakikai (上海妖魔鬼怪?) (2000)
  • Fullmetal Alchemist (鋼の錬金術師, Hagane no Renkinjutsushi?) (2001–2010)
  • Raiden 18 (2005)
  • Sōten no Kōmori (蒼天の蝙蝠?) (2006)
  • Qəhrəman Əhvalatları (獣神演武, Jūshin Enbu?) (2006–2010)
  • Noble Farmer (百姓貴族, Hyakushō Kizoku?) (2006)
  • Silver Spoon (銀の匙, Gin no Saji?) (2011–)
  • The Heroic Legend of Arslan (アルスラーン戦記, Arusurān Senki?) (2013–)

Mükafatları və nəmizədləri

  • 1999: Stray Dog üçün 21-ci Century Enix mükafatı
  • 2003: Fullmetal Alchemist üçün şonen kateqoriyada 49-cu Shogakukan Manga mükafatı
  • 2011: Yeni rəssam kateqoriyada 15-ci Tezuka Osamu mədəni mükafatı
  • 2011: Fullmetal Alchemist üçün "Ən yaxşı elmi fantastik komiks" 42-ci Seiun mükafatı
  • 2012: Silver Spoon üçün 5-ci Manga Taishō mükafatı
  • 2012: Silver Spoon üçün şonen kateqoriyada 58-ci Shogakukan Manga Award

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hiromu arakava sözünün mənası, hiromu arakava haqqında məlumat. hiromu arakava nədir? hiromu arakava nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 05, 2026

    Macheiramphus alcinus

  • Fevral 23, 2026

    Opisthokonta

  • Fevral 25, 2026

    İshaq Cəfərzadə

  • Fevral 26, 2026

    Eritreya bayrağı

  • Fevral 27, 2026

    Aşağı Bucaq

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst