Arif Teyyub oğlu Mirzəquliyev (6 iyun 1931, Bakı – 4 avqust 1990, Bakı) — ləzgi əsilli Azərbaycan aktyoru və həkimi.
| Arif Mirzəquliyev | |
|---|---|
| Doğum tarixi | 6 iyun 1931 |
| Doğum yeri | |
| Vəfat tarixi | 4 avqust 1990 (59 yaşında) |
| Vəfat yeri | |
| Fəaliyyəti | aktyor |
| IMDb | ID3742358 |
Həyatı
Arif Teyyub oğlu Mirzəquliyev ixtisasca həkim olub. İlk əvvəl o, Moskva Ümumittifaq Dövlət Kinemotaqrafiya İnstitutunda təhsil almışdır. Amma ailəsində hamı həkim olduğundan və atasının xahişindən sonra Azərbaycan Dövlət Tibb İnstutuna daxil olur və nevropatoloq ixtisasına yiyələnir. Bir neçə kinoya çəkiləndən sonra sənətindən uzaqlaşır və ömrünün sonuna kimi həkim vəzifəsində çalışır. Buna baxmayaraq o, istedadlı aktyor kimi özünü sübut etməyi bacarır. Onun "Görüş" filmində yaratdığı Kamil və "O olmasın, bu olsun" filmində canlandırdığı Sərvər obrazı tamaşaçıların yaddaşına əbədi həkk olmuşdur. İki övladı olan Arif Mirzəquliyev 1990-cı ildə vəfat edib.
Filmoqrafiya
- Görüş (film, 1955)
- O olmasın, bu olsun (film, 1956)
- Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980)
- Üzeyir ömrü (film, 1981)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, arif mirzəquliyev sözünün mənası, arif mirzəquliyev haqqında məlumat. arif mirzəquliyev nədir? arif mirzəquliyev nə deməkdir?