Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Furiqana (振り仮名?) — yapon yazı sistemində fonetik göstəricilər rolunu oynayan kiçik kana işarələri. Bəzən yomiqana və ya rubi adları ilə də tanınır. Furiqana kan

Furiqana

  • Ana Səhifə
  • Vikipediya
  • Furiqana

Furiqana (振り仮名?) — yapon yazı sistemində fonetik göstəricilər rolunu oynayan kiçik kana işarələri. Bəzən yomiqana və ya rubi adları ilə də tanınır. Furiqana kanci və ya digər yazı işarələrinin tələffüzünü göstərmək üçün onların yanında yazılır. Üfüqi mətndə furiqana yazı sətrinin yuxarısında, şaquli mətndə isə sətirin sağ tərəfində yerləşdirilir. Mətbəə çapında "aqat" ölçülü şriftlə yığılır.

Görünüşü

Furiqana bəzən hər bir heroqlifi ayrıca, bəzən isə bütün söz birləşməsini birlikdə müşayiət edir. İkinci halda, furiqana işarələri birləşmənin üzərində mərkəzləşdirilmiş şəkildə yerləşdirilir və hər heroqlifin ayrıca oxunuşunu göstərmir. Bu üsul daha çox yayılmışdır, çünki bəzi yapon sözləri adi kunyomi və ya onyomi oxunuşlarından fərqli, xüsusi tələffüzlərə malikdir. Məsələn, "böyük adam" mənasını verən 大人 sözündə birinci heroqlif ayrı yazıldıqda day, ikinci isə dzin və ya nin kimi oxunur, lakin birləşmiş halda bu söz otona kimi səslənir. Burada birinci heroqlifin o və ya oto, ikinci ieroqlifin isə tona və ya na səslərini ifadə etdiyini demək olmaz.

Kanci lüğətlərində yaponca tələffüz hiraqana ilə, çinmənşəli tələffüz isə katakana ilə qeyd edilir. Belə fərqləndirmə yalnız istinad ədəbiyyatlarında və lüğətlərdə mövcuddur. Adi mətnlərdə, əsasən, hiraqana işlədilir. Yeganə istisna çin toponimləri, şəxsi adlar və bəzi yemək adlarıdır. Onlar kanci ilə yazılır və furiqana ilə, çox vaxt katakana formasında izah olunur.

Bəzən furiqanada kana işarələrinin kiçildilmiş formaları, yəni qoşa samit və ya palatalizasiya bildirən işarələr göstərilmir. Məsələn, 却下 ("rədd etmə") sözü müasir yazıda きゃっか kimi yazılır, lakin köhnə furiqanalarda きやつか şəklində verilə bilər. Bu, köhnə çap maşınları ilə bağlı idi, çünki o dövrdə kiçildilmiş kana işarələri üçün ayrıca şrift mövcud deyildi. Müasir dövrdə çap prosesi kompüterləşdirildiyinə görə belə yazı forması çox nadir hallarda müşahidə olunur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, furiqana sözünün mənası, furiqana haqqında məlumat. furiqana nədir? furiqana nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aland adaları

  • Mart 06, 2026

    Ağbaş susüpürən

  • Fevral 27, 2026

    Süd

  • Mart 01, 2026

    Abolisionizm

  • Mart 01, 2026

    Litopternlər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst