Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Umar Axmatsultanoviç Beksultanov (d. 20 oktyabr 1937, Çeçen-Aul, Qroznı rayonu, Çeçen-İnquş MSSR, RSFSR, SSRİ - 6 dekabr 2014, Qroznı, Çeçenistan, Rusiya Federa

Umar Beksultanov

  • Ana Səhifə
  • Vikipediya
  • Umar Beksultanov

Umar Axmatsultanoviç Beksultanov (d. 20 oktyabr 1937, Çeçen-Aul, Qroznı rayonu, Çeçen-İnquş MSSR, RSFSR, SSRİ - 6 dekabr 2014, Qroznı, Çeçenistan, Rusiya Federasiyası) — bəstəkar, pedaqoq, Çeçen-İnquş MSSR-in Əməkdar incəsənət xadimi, Çeçenistan Respublikasının Əməkdar incəsənət xadimi, Çeçenistan Respublikasının dövlət himninin musiqisinin müəllifi.

Umar Beksultanov
Ümumi məlumatlar
Doğum tarixi 20 oktyabr 1937(1937-10-20)
Vəfat tarixi 6 dekabr 2014(2014-12-06) (77 yaşında)
Vəfat yeri
  • Qroznı, Çeçenistan, Rusiya
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, pedaqoq

Həyatı

Çeçen-Aul kəndində anad olub. Atası traktorçu, anası isə evdar qadın olub. 23 fevral 1944-cü ildə deportasiya vaxtı anası əri və uşaqları tərəfindən tərk edildi. Umar anasını yalnız 1960-cı ildə axtardı. Umar atası və kiçik bacısı ilə Qırğızıstana getdi. Atası tezliklə silikozdan vəfat etdi. Uşaqlar Belovodsk kəndində uşaq evinə yerləşdirildi. 1946-cı ildə Umarı Panfilovka kəndində yerləşən uşaq evində yerləşdirdilər.

Umar məktəb orkestrində trubada ifa etməyə başladı. 1953-cü ildə məktəbi bitirdikdən sonra Frunze şəhərində musiqi-xoreoqrafiya məktəbində S.M.Vayndorfun truba sinfinə daxil oldu. Bir il sonra sağlamlığına görə truba sinfindən zərb alətləri sinfinə keçirildi. 1956-cı ildə bəstəkar və pianist tərəfindən təşkil edilən dairədə bəstəkarlıqla məşğul olmağa başladı.

1957-ci ildən 1959-cu ilə qədər Qırğız xalq alətləri orkestrində zərb alətlərində ifa etmişdir. Bu orkestrin dirijoru Boris Veniyaminoviç Feferman oldu, eyni zamanda Q.Q.Okunyevlə birgə bəstəkarlıqla məşğul olmağa başladı. 1959-cu ildə Q.Q.Okunevanın məsləhəti ilə Roma-Korsakova adına Leninqrad Dövlət Konservatoriyasının nəzəri-bəstəkarlıq fakültəsində, O.A.Yevlaxovun bəstəkarlıq sinfində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1964-cü ildə Respublika Musiqili Məktəbində dərs demişdir, daha sonra həmin müəssisənin direktoru olmuşdur. 1966-cı ildən 1970-ci ilə qədər Çeçen-İnquş dövlət filarmoniyasının bədii rəhbəri olub. 1996-cı ildən Çeçen Dövlət Pedaqoji İnstitutunda "Musiqi təhsili" kafedrasının dosentidir.

1967-ci ildə SSRİ Bəstəkarlar İttifaqının Üzvü olur. 1974-cü ildən "Çeçen-İnquş MSSR-in Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülür. 2012-ci ilin noyabrında Çeçen Resublikasının Mədəniyyət Nazirliyinin "Yüksək xidmətə görə" medalı ilə təltif edilmişdir. 2 mart 2013-cü ildə "Çeçen Respublikasının Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.

Əsərləri

  • «Üç donuz balası» baleti (1963);
  • V.İ.Leninin 100 illiyinə həsr edilmiş epik oratoriya (sözləri N. Murzayevaya aiddir, 1968);
  • «Lenin komsomolu» kantatası (1970);
  • «Əziz Oktyabr» oratoriyası;
  • "Sovetlər hakimiyyəti uğrunda" simfoniyası (1971);
  • "Qəmər" simfoniyası (1964);
  • «Pioner üverturası» (1962);
  • «Əziz doğma diyarım» süitası (1963);
  • «Lirik təsvir» süitası (1966);
  • Orkestrlə fortepiano üçün konsert (1967);
  • "İlin vaxtları" vokal tsikli;
  • Çeçenistan Respublikasının Himni.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, umar beksultanov sözünün mənası, umar beksultanov haqqında məlumat. umar beksultanov nədir? umar beksultanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kreasionizm

  • Fevral 27, 2026

    Marian Reyevski

  • Fevral 26, 2026

    Kufə

  • Fevral 27, 2026

    Məhəmməd Şeybani

  • Mart 01, 2026

    Bruno Bauer

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst