Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qəzənfər Ələkbər oğlu Xalıqov (16 dekabr 1898, Bakı, Bakı quberniyası, Rusiya imperiyası – 1 mart 1981, Bakı) — Azərbaycan rəssamlıq sənətinin ilk peşəkar nümay

Qəzənfər Xalıqov

  • Ana Səhifə
  • Vikipediya
  • Qəzənfər Xalıqov

Qəzənfər Ələkbər oğlu Xalıqov (16 dekabr 1898, Bakı, Bakı quberniyası, Rusiya imperiyası – 1 mart 1981, Bakı) — Azərbaycan rəssamlıq sənətinin ilk peşəkar nümayəndələrindən biri, Azərbaycan SSR xalq rəssamı (1973).

Qəzənfər Xalıqov
Doğum tarixi 16 dekabr 1898(1898-12-16)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1 mart 1981(1981-03-01) (82 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti rəssam, karikaturçu
Təhsili
  • Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi
Janrlar portret, qrafika
Tanınmış işləri
  • Nizaminin portreti,
  • Firdovsinin dəfni
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni — 1978 "Şərəf nişanı" ordeni — 1959
Azərbaycan SSR xalq rəssamı — 1973 Azərbaycan SSR əməkdar incəsənət xadimi — 1940
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Qəzənfər Xalıqov 16 dekabr 1898-ci ildə Bakının Qobu qəsəbəsində anadan olmuşdur. 1928-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumundan məzun olmuşdur.

1929–1930-cu illərdə "Molla Nəsrəddin", 1953–1958-ci illərdə "Kirpi" jurnallarında, "Gənc işçi" qəzetində karikaturaçı rəssam kimi fəaliyyət göstərmişdir. 1934-cü ildə Firdovsinin 1000 illik yubileyi sərgisi üçün "Firdovsinin dəfni" əsərini yaratmışdır. 1940-cı ildə Nizami Gəncəvinin 800 illik yubileyi ilə bağlı "Nizaminin portreti" əsərini ərsəyə gətirərək şairin portretini yaratmış ilk rəssam olur. "Leyli və Məcnun", "Əsli və Kərəm" kimi tamaşaların səhnə və geyim tərtibatını vermişdir. O, bir sıra plakat, teatr eskizləri, qrafik silsilələrin ("Neft") müəllifidir.

Q. Xalıqov 1 mart 1981-ci ildə Bakıda vəfat etmişdir. Abşeron rayonunun Qobu qəsəbəsində Qəzənfər Xalıqovun şərəfinə orta məktəb və küçə adlandırılmışdır. "Xosrov və Şirin" (1940), "İsgəndərnamə" (1953) akvarel işləri Azərbaycan Milli İncəsənət Muzeyində, "Nizaminin portreti" Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, 17 əsəri isə Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılır.

Mükafatları

  • "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 12 oktyabr 1973[⇨]
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 aprel 1940[⇨]
  • "Qırmızı əmək bayrağı" ordeni
  • "Şərəf nişanı" ordeni — 9 iyun 1959

Rəsmləri

  • Firdovsinin dəfni (1934)
    Firdovsinin dəfni (1934)
  • Qadınlar şurası (1930)
    Qadınlar şurası (1930)
  • Nizaminin portreti (1940)
    Nizaminin portreti (1940)

Filmoqrafiya

  • Abbasın bədbəxtliyi (film, 1935) (cizgi filmi)
  • Sehrli xalat (film, 1964)
  • İstintaq davam edir (film, 1966)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qəzənfər Xalıqov haqqında məlumat. Qəzənfər Xalıqov nədir? Qəzənfər Xalıqov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Durban

  • Fevral 11, 2026

    Ölkə

  • Fevral 17, 2026

    II əsr

  • Fevral 23, 2026

    Serbiya bayrağı

  • Fevral 25, 2026

    Portret

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst