Çubuqluca (lat. Philadelphus) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin hidrangeyakimilər fəsiləsinə aid bitki cinsi.
| Çubuqluca | ||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||
| Elmi təsnifat | ||||||||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Çubuqluca | ||||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||||
| ||||||||||||
| ||||||||||||
Arealı
Əsasən Avropa, Şərqi Asiya və Şimali Amerikada yayılmışdır.
Botaniki xarakteristikası
Yarpaqları adətən 5-7 sm uzunluğunda və forması müxtəlifdir: yumurtavari, oval və ya uzunsov, nadir hallarda dibində paz şəklində və ya dairəvi, ucları isə az və ya çox ucludur. Aşağı səth adətən bir qədər tüklüdür, yuxarı səth adətən çılpaqdır.
Çiçəkləri üç-doqquz çiçəkdən ibarət bir salxımdır. Çiçəklər böyükdür (diametri 2,5-dən 6-7 sm-ə qədər), adətən sadədir, çox aromatik, az və ya heç bir ətri olmaya da bilər. Çiçəklər ağ, krem-ağ və ya sarımtıldır.
Meyvəsi çox kiçik toxumları olan 3-5 hüceyrəli kapsuldur.
Etimologiyası
- {{bt-azlat||Philadelphus olaraq latınca adlansa da yunan dilində lüğəti mənası fileyn - sevilən, adelfos-qardaş olub, qarşı-qarşıya yerləşən budaqların üzərində bir-birinə sıx oturmaq deməkdir.
Ekologiyası
Çiçəklənmə dövrü çox az olduğundan bal arıları bu kollarda nadir hallarda görünürlər, çiçəklənmə dövründə isə nektar və çiçək tozu götürürlər. Çubuqlucanın çiçəklənmə dövrü adətən olduğu yerin iqlimindən asılı olaraq may ayının əvvəllərindən və ya ortalarından başlayaraq 1 ay çiçək açır. İqlimi nisbətən sərt olan Rusiya kimi ölkələrdə isə çiçəklənmə iyun ayında başlayıb iyul ayında tamamlana bilər. Nadir hallarda payızda təkrar çiçək aça bilər.
Azərbaycanda yayılması
Azərbaycanda bəzək bağçılıqda geniş yayılan növü çiçəktaclı çubuqlucadır, ona ətrinə görə Bağ jasmini də deyilir. Yabanı şəkildə Azərbaycanda bitmir.
İstifadəsi
Çiçəklərinin ətrinə görə onlar dərilib qurudulub çaya əlavə olunur. Çiçəklərində nektar vardır. Onlardan alınan efir yağı ətriyyat sənayesində istifadə olunur. Yarpaqlarından qara rəngli boya alınır. Cavan budaqlarından qəlyan, müştük (çubuq) düzəltmək üçün istifadə olunur. Ona görə də bitki çubuqluca, Rusiyada çubuşnik olaraq adlanır.
Sinonimləri
Heterotipik sinonimləri
- Syringa Tourn. ex Adans.
Növləri
- Philadelphus affinis Schltdl.
- Philadelphus asperifolius Körn.
- Philadelphus brachybotrys (Koehne) Koehne
- Philadelphus calcicola S.Y.Hu
- Philadelphus calvescens (Rehder) S.M.Hwang
- Philadelphus caudatus S.M.Hwang
- Əklil çubuqlucası (Philadelphus coronarius L.)
- Philadelphus coulteri S.Watson
- Philadelphus dasycalyx (Rehder) S.Y.Hu
- Philadelphus delavayi L.Henry
- Philadelphus henryi Koehne
- Philadelphus hirsutus Nutt.
- Çaltəhər çubuqluca (Philadelphus incanus Koehne)
- Philadelphus inodorus L.
- Philadelphus kansuensis (Rehder) S.Y.Hu
- Philadelphus karwinskyanus Koehne
- Philadelphus kunmingensis S.M.Hwang
- Philadelphus laxiflorus Rehder
- Philadelphus lewisii Pursh
- Philadelphus lushuiensis T.C.Ku & S.M.Hwang
- Philadelphus maculatus (C.L.Hitchc.) S.Y.Hu
- Philadelphus mearnsii W.H.Evans ex Rydb.
- Philadelphus mexicanus Schltdl.
- Philadelphus microphyllus A.Gray
- Philadelphus myrtoides Bertol.
- Philadelphus palmeri Rydb.
- Philadelphus pekinensis Rupr.
- Philadelphus pringlei S.Y.Hu
- Philadelphus pubescens Loisel.
- Philadelphus pueblanus S.Y.Hu
- Philadelphus purpurascens (Koehne) Rehder
- Philadelphus reevesianus S.Y.Hu
- Philadelphus sargentianus S.Y.Hu
- Philadelphus satsumi Siebold ex Lindl. & Paxton
- Şerenka çubuqlucası (Philadelphus schrenkii Rupr.)
- Philadelphus sericanthus Koehne
- Philadelphus serpyllifolius A.Gray
- Philadelphus subcanus Koehne
- Philadelphus tenuifolius Maxim. & Rupr.
- Philadelphus tetragonus S.M.Hwang
- Philadelphus texensis S.Y.Hu
- Philadelphus tomentosus Wall. ex G.Don
- Philadelphus tsianschanensis F.T.Wang & S.X.Li
- Philadelphus zhejiangensis S.M.Hwang
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, çubuqluca sözünün mənası, çubuqluca haqqında məlumat. çubuqluca nədir? çubuqluca nə deməkdir?
