Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) — publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2024-cü ildə imzaladığı fərmana əsasə

AZCON Holdinq

  • Ana Səhifə
  • Vikipediya
  • AZCON Holdinq

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) — publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2024-cü ildə imzaladığı fərmana əsasən yaradılmışdır.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi
Ümumi məlumatlar
Ölkə
  •  Azərbaycan
Yaradılma tarixi 7 noyabr 2024
Baş qərargah
  • Bakı
Rəsmi saytı azcon.gov.az

Bu Holdinq, nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsində və onların vahid şəkildə, mərkəzi bir qurumdan idarə edilməsinə xidmət edəcək.

Holdinqin nizamnamə fondu 10 milyon manatdır və Holdinqin idarəetməsinə verilmiş dövlət müəssisələri tərəfindən ödənilən vəsait hesabına formalaşır. Holdinqin fəaliyyətinə ümumi rəhbərliyi Müşahidə Şurası, cari rəhbərliyi isə icraçı direktor həyata keçirir.

Prezident İlham Əliyevin 3 mart 2025-ci ildə imzaladığı Sərəncam ilə birlikdə Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.

Holdinqin Müşahidə Şurası

Müşahidə Şurasının sədri - Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri - Rəşad Nəbiyev

Müşahidə Şurasının üzvləri

  • Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
  • Azərbaycan Respublikası maliyyə nazirinin müavini
  • Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
  • Dövlət Mülki Aviasiya Agentliyinin direktoru
  • Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri
  • "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxsin İdarə Heyətinin sədri.

İdarəetmə tərkibi

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin idarəetməsinə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilən və aşağıda göstərilən dövlət müəssisələri, habelə dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxsləri daxildir:

  • "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti
  • "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti
  • "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti
  • "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti
  • "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti
  • "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti
  • Bakı Gəmiqayırma Zavodu

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar:

  • "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxs
  • "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti
  • "Azerbaijan International Telecom" (AzInTelecom)" Məhdud Məsuliyyətli Cəmiyyəti
  • "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti
  • "Bakı Taksi Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyəti
  • "Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi" İstehsalat Birliyi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, azcon holdinq sözünün mənası, azcon holdinq haqqında məlumat. azcon holdinq nədir? azcon holdinq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Çəmənlik haçaquyruğu

  • Fevral 27, 2026

    Teymur

  • Mart 02, 2026

    Yelena Çauşesku

  • Mart 01, 2026

    Keti Perri

  • Fevral 27, 2026

    Model-View-Controller

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst