Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərkosmos — Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdir.

Azərkosmos

  • Ana Səhifə
  • Vikipediya
  • Azərkosmos

Azərkosmos — Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdir.

Azərkosmos
Azərbaycan Respublikasının Kosmik Agentliyi Azərkosmos
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye kosmik sənaye[d]
Təsis tarixi 3 may 2010
Baş qərargahın yeri Bakı Bakı
Struktur
İşçi sayı
  • 200 nəf. (2024)
Rəhbərlik
İdarə heyəti i. e. Dunay Bədirxanov
azercosmos.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qafqaz regionundakı ilk peyk operatorudur. Tamamilə Azərbaycan dövlətinə məxsusdur. Azerspace-1 telekommunikasiya peyki sayəsində Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Orta Asiya müştərilərinə genişzolaqlı və yayım xidmətləri göstərir. Azersky peyki ilə peyk görüntüləri və geoinformasiya xidmətləri də göstərir.

Mündəricat

Tarixi

2008-ci ildə Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması" ilə bağlı bir tapşırıq verdi. Tapşırığın icrası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan) həvalə edildi.

Layihəni reallaşdırmaq üçün nazirlik tərəfindən Beynəlxalq Telekommunikasiya Birliyinə orbital mövqe ayırma prosesi üçün müraciət olundu. Eyni zamanda, 2009-cu ilin avqust ayında Prezident Əliyev Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə dövlət proqramının təsdiq edilməsi haqqında sərəncam imzaladı. 2010-cu ilin may ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Malayziyanın peyk operatoru olan Measat Satellite Systems şirkəti arasında ilk telekommunikasiya peykinin Malayziya hökumətinə məxsus 46°Ş orbital mövqeyə çıxarılmasına dair razılaşma əldə edildi. Telekommunikasiya peykinin hazırlanması məqsədilə elan edilmiş tenderin qalibi ABŞ-nin Orbital Sciences Corporation şirkəti, peykin orbitə buraxılması ilə bağlı raketdaşıyıcı şirkətin seçilməsi ilə bağlı tenderin qalibi isə Fransanın Arianespace şirkəti oldu.

3 may 2010-cu ildə Azərbaycan Prezidentinin sərəncamına əsasən Azərkosmos ASC yaradılmışdır. 17 oktyabr 2017-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan) tabeliyindən çıxarıldı.

2021-ci ilin aprelin 27-də Prezident İlham Əliyevin fərmanına əsasən, "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin əsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxs yaradılıb. Agentlik "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, Cəmiyyətin hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

2021-ci ildən 2025-ci ilə kimi Saməddin Əsədov Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur.

4 mart 2025-ci ildə İdarə Heyəti sədrinin vəzifələrinin müvəqqəti icra edilməsi Dunay Bədirxanova həvalə edilib.

Fəaliyyəti

2019-cu ilin yanvar-iyun aylarında "Azərkosmos" ASC-nin peyk və telekommunikasiya xidmətlərinin ixracından gəlir 18,6 milyon dollar təşkil edib. "Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87,5 faizini təşkil edib. 2019-cu ilin aprel ayında peyk xidmətlərinin ixracından 6 milyon dollar gəlir əldə edilib. "Azərkosmos" tərəfindən 17 ölkəyə, o cümlədən ABŞ, Malayziya, Fransa, Böyük Britaniya, BƏƏ və digər ölkələrə xidmətlər göstərilib.

Azərkosmosun əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi Abşeronda, Bakı-Şamaxı şossesinin 38-ci km-də yerləşir. Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi isə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Nəhəcir adlanan ərazisində yerləşir.

Peyk şəbəkəsi

Şirkətin hazırkı peyk şəbəkəsi iki peykdən ibarətdir:

  • Azerspace-1 — telekommunikasiya peyki
  • Azersky — yerin səthinin məsafədən müşahidə peyki (aktiv deyil)
  • Azerspace-2 — telekommunikasiya peyki
  • Azersky-2 — yerin səthinin məsafədən müşahidə peyki (istehsaldadır)

Xidmətlər

  • Transponder icarəsi: transponderin tam iş dövründə icarəsi, transponderin çevik əməliyyatlar zamanı icarəsi, qısa müddətli tutumdan istifadə;
  • Televiziya yayımı: kanalların yayımı, peyk xəbərləri toplusu (SNG);
  • Telekommunikasiya: çox kiçik apertura terminalı (VSAT), uzaqdan əlaqə, peyk üzərindən İP.
  • Yer səthinin məsafədən müşahidə edilməsi: ağ-qara (PAN) şəkillərin çəkilməsi. rəngli (multi-spektral) şəkillərin çəkilməsi.

Həmçinin bax

  • Avrokosmos

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azərkosmos haqqında məlumat. Azərkosmos nədir? Azərkosmos nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Katopuma

  • Fevral 27, 2026

    Təhlil

  • Fevral 24, 2026

    Benqaliya

  • Fevral 27, 2026

    Cavad (şəhər)

  • Fevral 27, 2026

    Toğrul şah

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst