Ağdərə — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Ağdərə rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsində şəhər, Ağdərə rayonunun inzibati mərkəzi.
| Şəhər | |
| Ağdərə | |
|---|---|
![]() Azərbaycanın Ağdərə şəhəri, 2026-cı ilin yanvar ayı | |
| 40°12′55″ şm. e. 46°48′46″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Ağdərə rayonu |
| Başçı | Elçin Yusubov |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 453 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +994 026 |
| Poçt indeksi | AZ5900 |
| Nəqliyyat kodu | 32 |
![]() Ağdərə | |
Toponimikiası
Keçmişdə adı dəyişdirildikdən sonra eyniadlı (Mardakert) rayonun mərkəzi olmuşdur. XIX əsrin I yarısında burada məskunlaşdırılmış qonşu Qasapet kəndindən cıxmış ermənilər rayonun və qəsəbənin adını 1923-cü ildən 10 sentyabr 1939-cu ilədək Cerabert, 1930-cu ildən isə Mardakert kimi rəsmiləşdirmişdilər. 1992-ci ildən rayonun ərazisi Tərtər rayonuna birləşdirilmiş, şəhər isə keçmiş adı ilə – Ağdərə adlandırılmışdır. Qarabağ düzünü Yuxarı Qarabagla birləşdirən kecidin adı. Şahbuz, Şamaxı və Ordubad rayonlarında Ağdərə adları ilə mənaca eynidir.
Tarixi
1911-ci ildə dərc olunmuş 1912-ci il üçün Qafqaz təqviminə görə, Yelisavetpol quberniyasının Cavanşir qəzasının tərkibində Ağdərə (i.ə.rus orf. Агдара) adlı kənd qeyd olunur.
1921-ci il üçün Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasına görə, Cavanşir qəzasının Qasapet kənd cəmiyyətinin (rus. Касапетское с. о.) tərkibində Ağdərə-Maqdakert (rus. Агдара-Магдакерт) adında yaşayış məntəqəsi qeyd olunur.
Yaşayış məntəqəsi — Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olmuş Mardakert rayonunun mərkəzi idi. Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü ildə təşkil olunmuşdu. Rayon isə 8 avqust 1930-cu ildə təşkil edilmiş, 17 sentyabr 1939-cu ilə qədər Cerabert rayonu adlanırdı. Ağdərə yaşayış məntəqəsinin özü isə 1933-cü ildə artıq Mardakert adlanırdı.
Yaşayış məntəqəsi 1960-cı ildə şəhər tipli qəsəbə, 1985-ci ildə şəhər statusu alıb.
Qarabağda separatçılıq baş qaldırandan sonra, Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi qərara alınmışdı. Bu Qanunla, həmçinin, Mardakert şəhərinin tarixi adı qaytarılaraq Ağdərə şəhəri addlandırılması, Mardakert rayonunun Ağdərə rayonu adlandırılması da qərara alınmışdı.
Ağdərə rayonu Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni silahlı birləşmələrinin nəzarəti altına keçmişdi. 1992-ci ilin yayında Azərbaycan Ordusunun hücumu nəticəsində Ağdərə rayonun böyük hissəsi işğaldan azad edilmişdi. İyulun 4-də Ağdərə şəhəri işğaldan azad edilir. Ağdərəyə ilk Azərbaycan bayrağını sancan tərtərli Baxşəliyev Ələmdar Asdan oğlu idi[mənbə göstərilməlidir] . 1 il boyunca şəhər ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedirdi.
Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Ağdərə şəhəri Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.
Lakin 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verir. Qarabağ cəbhəsində döyüşən orduya rəhbərlik edən Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı qiyam edərək Bakıya doğru hücuma keçdi. Onun rəhbərlik etdiyi ordu bölmələri də öz mövqelərini qoyaraq bu hücuma qoşuldular. Bundan məharətlə istifadə edən erməni silahlı birləşmələri 27 iyun 1993-cü ildə Ağdərə şəhərini yenidən işğal etmişdi.
10 noyabr 2020-ci il üçtərəfli atəşkəs bəyanətına əsasən müvəqqəti olaraq Rusiya Sülhməramlı Qüvvələrinin nəzarət zonasına daxil olub.
19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Ağdərə şəhəri Azərbaycan nəzarətinə qayıtmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
5 dekabr 2023-cü il tarixli Qanunla Ağdərə rayonu bərpa olunmuşdu, Ağdərə şəhəri də Ağdərə rayonunun tərkibinə daxil edilməklə, rayonun mərkəzi oldu.
18 sentyabr 2024-cü il tarixində, Ağdərə şəhərinin günü 20 sentyabr elan olunmuşdu.
13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdərə şəhərində olmuşdu və şəhərin Baş planı ilə tanış olmuşdu.
Coğrafiyası və iqlimi
Ağdərə şəhəri Xankəndi şəhərindən 62 km şimalda, Bərdə dəmiryol stansiyasından 41 km cənub-qərbdə, Tərtər-İstisu avtomobil yolunun kənarında, Tərtər şəhərindən 19,5 km cənub-qərbdə yerləşir.
Əhalisi
1989-cu il siyahıyaalınmasına əsasən şəhərdə 8.325 nəfər (4.018 nəfəri kişilər, 4.307 nəfəri qadınlar) əhali yaşayırdı.
- Milli tərkibi
| Siyahıyaalma ili | ||||
| Ermənilər | 3.340 (89,8 %) | ▲5.472 (96,3 %) | ▲6.264 (93,6 %) | ▼4.258 (99,9 %) |
| Azərbaycanlılar | 248 (6,7 %) | ▼135 (2,4 %) | ▲349 (5,2 %) | — |
| Ruslar | 105 (2,8 %) | ▼44 (0,8 %) | ▼41 (0,6 %) | — |
| Ukraynalılar | 11 (0,3 %) | ▼9 (0,2 %) | ▼5 (0,1 %) | — |
| digərləri | 17 (0,5 %) | 23 (0,4 %) | 31 (0,5 %) | 4 (0,1 %) |
| Cəmi | 3.721 (100 %) | 5.683 (100 %) | 6.690 (100 %) | 4.262 (100 %) |
İqtisadiyyatı
İşğal edilmiş ərazidə 8036 hektar sanitariya-gigiyena və sağlamlaşdırma fiınksi-yalı meşələr mövcud idi ki, bunun 628 hektan şəhərətrafı yaşıllıq zonası, 7408 hektarı isə su təchizatı mənbələrinin sanitar mühafızə zonalarına aid meşələr idi. Rayonda 75059 hektar meşə sahələri var idi ki, bu da ərazinin 44%-ni təşkil edirdi. Ağdərə rayonunda, Tərtər çayı vadisində Şərq çinarı meşəliyi xüsusi olaraq qorunurdu. Ağdərə rayonunda zəngin faydalı qazıntı yataqları var idi: Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 mil- yon ton mis, Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton olan sink, 100 milyon ton olan Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yatağı vardı. Sənaye ehtiyatları 38080 min kub metr olan Ağdərə, 6423 min kub metr olan Şorbulaq-I, 2129 min kub metr olan Şorbulaq – II mişar daşı yatağı, 200 min kub metr olan Ağdərə gəc yatağı düşmənlərə qaldı.
İşğal olunmuş ərazilərimizin qızıl yataqları bir qayda olaraq ABŞ-nin, Türkiyənin, Kanadanın, İsveçrənin, Fransanın iş adamları tərəfindən talan olunur. Ağdərənin Mehmana mis yatağı ABŞ vətəndaşı türk iş adamı Mehmet Abdullaoğluna satılıb. 2004-cü ildən türk iş adamı Mehmana ərazisindən mis çıxarmaqla məşğuldur. Ərazidən çıxarılan mis Rusiya Federasiyasindakı, Almaniyadakı iş adamlarına satılır. 2005-ci ilin mart ayından türk iş adamı M.Abdullaoğlu ərazidəki digər mis və qurğuşun yataqlarını da satın alıb.
80-ci illərin sonlarında, Dağlıq Qarabağda erməni separatizminin aktiv fazaya keçməsi ərəfəsində rayonun ərazisində zəngin daş kömür yataqlarının da olduğu aşkarlanmışdı. 2011-ci ildə isə Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində yeraltı təbii sərvətlərin talan edilməsinə dair daha bir planı açıqlanıb. Düşmən ölkənin energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirib ki, Ağdərə rayonundakı daş kömür yataqlarında ehtiyatların həcmini araşdırmaq üçün tədqiqat işləri gedir. Onun sözlərinə görə, işlərin hələ başa çatmamasına və bir neçə il davam edəcəyinə baxmayaraq artıq indidən aydındır ki, Dağlıq Qarabağda daş kömür ehtiyatları İrəvan İstilik Elektrik Stansiyasının köhnə enerji blokunu yenidən işə salmaq üçün yetərlidir.
Şəkilləri
Şəhər stadionu
Kilsə
Ağdərədə bir xiyaban
Ağdərənin təbiəti
Həmçinin bax
- Ağdərə rayonu
- Ağdərə əməliyyatı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağdərə haqqında məlumat. Ağdərə nədir? Ağdərə nə deməkdir?
