Duayt Devid Eyzenhauer, "Ayk" ləqəbi ilə tanınır (ing. Dwight David "Ike" Eisenhower; 14 oktyabr 1890[…], Denison[d], Texas – 28 mart 1969[…], Uolter Rida adına Ordu tibb mərkəzi[d]) — Amerika Birləşmiş Ştatlarının 34-cü prezidenti (1953–1961), ordu generalı (20 dekabr 1944). XIX əsrdə doğulmuş və Birinci Dünya müharibəsi veteranı olan son ABŞ prezidenti. NATO Birləşmiş Qüvvələrinin ilk baş komandanı (1950–1952).
| Duayt Eyzenhauer | |
|---|---|
| ing. Dwight D. Eisenhower | |
| |
| 20 yanvar 1953 – 20 yanvar 1961 | |
| Vitse-prezident | Riçard Nikson |
| Əvvəlki | Harri Trumen |
| Sonrakı | Con Kennedi |
| Şəxsi məlumatlar | |
| Doğum adı | David Dwight Eisenhower |
| Doğum tarixi | 14 oktyabr 1890[…] |
| Doğum yeri | |
| Vəfat tarixi | 28 mart 1969[…] (78 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | ürək tutması |
| Dəfn yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi, yazıçı, zabit, dövlət xadimi, hərbi qulluqçu, ordu zabiti[d] |
| Həyat yoldaşı |
|
| Dini | Yehovanın Şahidləri, Presviterianlıq |
| Hərbi xidmət | |
| Mənsubiyyəti | Amerika Birləşmiş Ştatları |
| Qoşun növü | ABŞ Ordusu, ABŞ Ordusu |
| Döyüşlər |
|
| Rütbəsi |
|
| Elmi fəaliyyəti | |
| Elm sahəsi | ABŞ siyasi sistemi |
| | |
| Təltifləri | |
| | |
İkinci dünya müharibəsi dövründə 1944-cü il iyunun 6-da tarixdə ən böyük desantçıxarma əməliyyatı olan və ingilis-amerikan birləşmiş qoşunlarının Normandiya sahillərinə çıxarılmasını nəzərdə tutan Overlord əməliyyatına rəhbərlik etmişdir.
Onun hakimiyyət dövrü Koreya müharibəsində atəşkəs əldə olunması, SSRİ-yə təzyiqlərin güclənməsi, atom silahına böyük üstünlük verilməsi, kosmik yarışın başlaması, sosial müdafiə proqramının genişləndirilməsi, Ştatlararası avtomagistral sisteminin yaradılmasının təşkili ilə xarakterizə olunur.
Həmçinin bax
- Eyzenhauer matrisi
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Duayt Eyzenhauer haqqında məlumat. Duayt Eyzenhauer nədir? Duayt Eyzenhauer nə deməkdir?
