Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kübrabəyim Əliyeva (tam adı: Kübrabəyim Ağa qızı Əliyeva; 5 yanvar 1949 və ya 5 yanvar 1950, Kirovabad) — Azərbaycan teatr və kino aktrisası. Azərbaycanın əməkd

Kübra Əliyeva

  • Ana Səhifə
  • Vikipediya
  • Kübra Əliyeva

Kübrabəyim Əliyeva (tam adı: Kübrabəyim Ağa qızı Əliyeva; 5 yanvar 1949 və ya 5 yanvar 1950, Kirovabad) — Azərbaycan teatr və kino aktrisası. Azərbaycanın əməkdar artisti (2000)

Kübra Əliyeva
Doğum adı Kübrabəyim Ağa qızı Əliyeva
Doğum tarixi 5 yanvar 1949(1949-01-05) (77 yaş) və ya 5 yanvar 1950(1950-01-05) (76 yaş)
Doğum yeri
  • Kirovabad, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Ağa
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1971–h.h.
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20002000
IMDb ID6963902

Mündəricat

Həyatı

Kirovabad şəhərində anadan olub. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni – maarif fakültəsini bitirmişdir. Sumqayıt Dövlət Dram Teatrında yaratdığı obrazlar bunlardır. Rasimə ("Anam gəldi" Ş.Xusainov), Gülbadam ("Elbrus evlənir" G.Xuqayev), Gülnisə ("Solğun çiçəklər" C.Cabbarlı), Adilə ("Ana məhəbbəti"Y.Məmmədov), Pəri xala ("Sən nə üçün yaşayırsan"İ.Qasımov, H.Seyidbəyli) və s.

Musiqili Komediya Teatrında oynadığı rollar

Gövhər xala ("Gözün aydın" M.Əlizadə), Balı ("Qızıl toy" R.Heydər), Gülbadam ("Sevgilimin anası" G.Xuqayev), Sənəm ("Məşədi İbad" H.Hacıbəyov), Balaxanım ("Sonqulunun sərgüzəştləri" R. Əhmədzadə) və s. Kubrabəyim Əliyeva 1991-ci ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb. Ponsiya ("Dişi canavar " F.Lorka), Nazilə ("Dəlilər və ağıllılar" İ.Əfəndiyev), Hayqanuş ("Hökmdar və qızı" İ.Əfəndiyev), Qaraqoyunlu ana (" Ağqounlular və Qaraqoyunlular" Ə.Əmirli), Firəngiz ("Ah,Paris… Paris!.." Elçin), Ana ("Eloğlu" A.Şaiq). Aktrisa "Evləri köndələn yar" (Bazarkomun arvadı), "Analar"(Zərbuta), "İtkin gəlin" (Xədicə), "Sabiqlər" (Nazirin arvadı), "Sonuncu məhəbbət" (Ümbülnisə) teletamaşalarında iştirak edib. Kubrabəyim Əliyeva 2000-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildən Prezident təqaüdçüsüdür.

Filmoqrafiya

  1. Axırıncı aşırım (film, 1971)(tammetrajlı bədii film)
  2. Analar (film, 1988)-(Zərbuta)
  3. Bu da bir naxışdır (film, 1987)
  4. Canavar balası
  5. Evləri göydələn yar (film, 2010)
  6. Evləri köndələn yar (film, 1982)
  7. Güllələnmə təxirə salınır!... (film, 2002)
  8. Gülüş sanatoriyası (film, 1989)
  9. İtkin gəlin (film, 1994) (Xədicə)
  10. Məhəllə (film, 2003)
  11. Məhəllə 2 Moskvada (film, 2004)
  12. Mənim ağ şəhərim (film, 1993)
  13. Məşədi İbad-94 (film, 2005)
  14. Sabiqlər
  15. Sabiqlərin yeni sərgüzəştləri
  16. Sonuncu məhəbbət (film, 1985)
  17. Şahid qız (film, 1990)
  18. Şəbih (film, 1971)
  19. Şirbalanın məhəbbəti (film, 1991)
  20. Tam məxfi (film, 2004)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kübra əliyeva sözünün mənası, kübra əliyeva haqqında məlumat. kübra əliyeva nədir? kübra əliyeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Abaskun

  • Mart 01, 2026

    Anal tıxac

  • Fevral 27, 2026

    Div

  • Fevral 28, 2026

    Tako

  • Mart 06, 2026

    Başkənd Universiteti

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst