Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abeskun, Absükun və ya Abaskun (fars. آبسکون‎) — orta əsrlərdə Xəzər dənizinin cənub-şərqində eyniadlı adada liman şəhəri və ticarət mərkəzi. İndiki İranın Gürg

Abaskun

  • Ana Səhifə
  • Vikipediya
  • Abaskun

Abeskun, Absükun və ya Abaskun (fars. آبسکون‎) — orta əsrlərdə Xəzər dənizinin cənub-şərqində eyniadlı adada liman şəhəri və ticarət mərkəzi. İndiki İranın Gürgan ərazisindədir.

Abeskun
Yerləşməsi
37°01′ şm. e. 54°00′ ş. u.HGYO
Ölkə
  •  İran
Abeskun xəritədə
Abeskun
Abeskun
Təbəristan xəritəsi. İstəxri.

Coğrafiya

Ptolemey müəllifi olduğu «Coğrafiya» əsərində Hirkan vilayətindəki Sokanda çayının adını qeyd edir. Şəhərin adı buradan törəmiş ola bilər. Abaskun şəhərinin yeri naməlumdur. Ehtimal olunur ki, şəhər Gürgan çayının mənsəbində yerləşib. Ərəb coğrafiyaşünasları qeyd edir ki, Abaskun ilə Gürgan arasındakı məsafə 1–3 günlük idi. Şəhər Xacə Nəfəs kəndi və ya Gümüşan şəhəri yaxınlığında yerləşmiş ola bilər.

Tarix

Abaskun tacirlərin Deyləm, Dərbənd və Atil şəhərlərinə getmək üçün istifadə etdiyi çiçəklənən bir ticarət mərkəzi idi. Şəhərin məhsullarına saqren, yun parçaları, balıq və dəniz quşlarının lələkləri aid idi. X əsrdə Abaskunda qala mövcud idi, hansı ki, odadavamlı kərpicdən hazırlanmışdı və bazar hissəsində məscid var idi. Şəhərin zənginliyi və mövqeyi onu rusların Xəzər ekspedisiyalarının hədəfinə çevirmişdi. Ruslar ilk kiçikmiqyaslı basqınlarını 864–884-cü illərdə həyata keçirmiş, 909 və ya 910-cu ildə şəhərini yağmalamışdır. Ruslar şəhəri 913-cü ildə yenidən yağmalamışdır, ancaq bu dəfə daha böyük miqyasda.

Xərəzm şahı II Məhəmməd 1220-ci ildə Abaskun yaxınlığındakı bir adada monqollardan gizlənir. Şəhərin adı bundan sonra sənədlərdə qeyd olunmur. İran coğrafiyaşünası Mustovfi XIV əsrdə qeyd edir ki, Abaskun bir müddət Aral əvəzinə, Xəzər dənizinə axan Amudərya çayının Xəzərin səviyyəsini artırması nəticəsində batmış bir ada idi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, abaskun sözünün mənası, abaskun haqqında məlumat. abaskun nədir? abaskun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Kəngərlər

  • Fevral 27, 2026

    Kirman şəhristanı

  • Mart 06, 2026

    272 (ədəd)

  • Fevral 27, 2026

    Akustika

  • Fevral 24, 2026

    Dualizm

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst