Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Riad Tahir oğlu Məmmədov (11 yanvar 1989, Bakı) — pianoçu, musiqişünas, caz və klassik musiqinin ifaçısı. Teodor Kurentzisin dəvəti ilə 2015-ci ildə Bakıda keçi

Riad Məmmədov

  • Ana Səhifə
  • Vikipediya
  • Riad Məmmədov

Riad Tahir oğlu Məmmədov (11 yanvar 1989, Bakı) — pianoçu, musiqişünas, caz və klassik musiqinin ifaçısı. Teodor Kurentzisin dəvəti ilə 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının açılış mərasiminə xüsusi musiqi müşaviri təyin edildi. Rusiya, Azərbaycan, Kanada musiqi festivallarının üzvü. Dünyada caz muğam janrında işləyən bir neçə peşəkar musiqiçidən biridir.

Riad Məmmədov
Ümumi məlumatlar
Ləqəbi Риад Маммадов
Doğum tarixi 11 yanvar 1989(1989-01-11) (37 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti pianoçu, musiqişünas
Fəaliyyət illəri 1996-cı ildən
Janrlar klassik musiqi, caz, muğam
Musiqi aləti piano
Təhsili
  • Moskva Dövlət Konservatoriyası
riadmammadov.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Riad Məmmədov rəssam ailəsində dünyaya gəlmişdir. Riadın atası Tahir Məmmədov Azərbaycanın əməkdar rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur, anası Nailə Məmmədova sənətşünas və elmi əməkdaşdır, Azərbaycan Dövlət rəsm qalereyasında işləyir. İlk konsertlərini pianoçu 7 yaşında ikən verməyə başlamışdır.

Riad Məmmədovun adı Rusiyada, Azərbaycanda və başqa ölkələrdə geniş yayılmışdır. Yaradıcılıq fəaliyyətində pianoçu müxtəlif janrları və musiqi istiqamətlərini bir araya gətirir. O həm klassik repertuar əsərlərində, həm də caz ifasında eyni dərəcədə məharətli və virtuozdur. 2014-cü ildə Riad Məmmədov Bakı-2015 Birinci Avropa Oyunlarının xüsusi musiqi müşaviri təyin edilmişdir (Musiqi direktoru T. Kurentzis / V. Kurentzis, bədii rəhbər D. Papaioannu).

Riad Məmmədov rəssam ailəsində dünyaya gəlmişdir. Moskva Dövlet Konservatoriyasini və Rusiya Federasiyasinin əməkdar artisti, MDK professoru K. Knorrenin sinfində "fortepiano" ixtisası üzrə aspiranturanı, həmçinin professor V. Xolopovanın rəhhbərliyi altında musiqişünas olaraq nəzəri aspiranturanı bitirmişdir. V. Merjanov, A. Bonduryanski, M. Lidski, E. Nəzirova, S. Behbudova və s. müxtəlif vaxtlarda onun müəllimləri olmuşdur. Təhsil aldığı dövrdə H. Əliyev fondunun təqaüdçüsü olmuşdur. Təhsilini başa vurduqdan sonra P. İ. Çaykovski adına opera və balet teatrının dəvətli artisti olmuşdur (bədii rəhbər T. Kurentzis).

Azərbaycan Dövlət Simfonik orkestri ilə, Q. Qarayev adına Dövlət Kamera orkestri ilə, "MusicAeterna" orkestri ilə, "Veritas" Moskva Gənclər Kamera orkestri ilə, "Niagara Silkway" Kanada Kamera orkestri ilə, T. Kurentzis, F. Çijevski, M. Yemelyanıçev, A. Skoryer, T. Göyçayev, E. Qyliyev və s. kimi tanınmış dirijorların rəhbərliyi ilə Novosibirsk filarmoniyasının Dövlət Akademik Kamera orkestri ilə, həmçinin Belçikanın, ABŞ-nin, Macarıstanın "Big Band" caz orkestrləri ilə çıxış etmişdir.

Musiqinin konsert coğrafiyası 15-dən ölkəni əhatə edir. Pianoçu Moskva Dövlət konservatoriyasının Böyük Zalı, "Aleksandrinsk" Teatrının Yeni səhnəsi, M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, P. İ. Çaykovski adına opera və balet teatrının Böyük səhnəsi, Sate-Şantye qəsri, A. S. Puşkin adına Dövlət Rəsm Sənətləri Muzeyinin konsert zalı, Théâtre de l'Athénée və s. kimi nüfuzlu səhnələrdə çıxış edir. "Niagara Music" (Kanada), "Dyagilev festivalı" (Rusiya), "Primavera Classica" (Rusiya), V. Martınovun "Musiqi gəmisinin layihəsi" (Rusiya), " Moskva Konservatoriyasının Böyük Zalında yay caz festivalı" (Rusiya), Ü. Hacıbəyli adına Beynəlxalq festival (Azərbaycan), "Caspian Jazz & Blues Festival", "International Baku Jazz Festival" (Azərbaycan), Qəbələ Beynəlxalq musiqi festivali (Azərbaycan), Stanislavskinin Elektroteatrında Electro Jazz Festival (Rusiya) və s. festivalların iştirakçısıdır. Artistin ifaları Rusiyanın, Azərbaycanın, Kanadanın, Belçikanın və ABŞ televiziya və radiosunda translyasiya edilmişdir.

Riad Məmmədov Azərbaycanın müasir musiqi sənətində janrların sistemləşdirilməsinə dair elmi məqalə və nəşrlərin müəllifi, həmçinin müasir musiqi sənətində "hibrid janrlar" termininin müəllifidir. Pedaqoji fəaliyyətlə məşğul olur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, riad məmmədov sözünün mənası, riad məmmədov haqqında məlumat. riad məmmədov nədir? riad məmmədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qrunt suları

  • Fevral 26, 2026

    Anqra Manyu

  • Mart 01, 2026

    Hüseyn Cəlayır

  • Fevral 27, 2026

    II Mustafa

  • Fevral 27, 2026

    E.ə. 548

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst