Heroin və ya diasetilmorfin (diamorfin) – XIX–XX əsrin əvvəllərində dərman kimi qəbul edilən narkotik növü. XIX əsrin sonundan XX əsrin əvvəllərində dərman kimi istifadə edilən yarı sintetik ağır opioid dərmandır. Asılılığa səbəb olur. Formulu: C21H23NO5. XX əsrin sonu və XXI əsrin əvvəlindən opioid narkotik istifadəçilərinin əksəriyyəti heroindən istifadə edir. Bu, onun bariz narkotik təsiri, nisbi ucuzluğu və sürətlə inkişaf edən fiziki və əqli asılılığı ilə bağlıdır. Heroinin bir çox jarqon adları var: eriz (aries), harri (harry), tiqer, cenni (jenny), spayder, svit drims (sweet dreams), antifriz (antifreeze), bonita, heyzel (hazel), qara qartal, dinamit, predator.
| Heroin | |
|---|---|
| |
| |
| Ümumi | |
| Kimyəvi formulu | C21H23NO5 |
| Termik xüsusiyyətlər | |
| Ərimə nöqtəsi | 170 °C |
| Təsnifatı | |
| CAS-da qeyd. nöm. | 561-27-3 |
| PubChem | 5462328 |
| EINECS-də qeyd. nöm. | 209-217-7 |
| SMILES | |
| InChI | |
| ChEBI | 27808 |
| ChemSpider | 4575379 |
| Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir. | |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, heroin sözünün mənası, heroin haqqında məlumat. heroin nədir? heroin nə deməkdir?

