Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Süleyman Bayram oğlu Tatlıyev (27 fevral 1925, Dağ Kəsəmən, Qazax qəzası – 9 mart 2014, Bakı) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan SSR Ali S

Süleyman Tatlıyev

  • Ana Səhifə
  • Vikipediya
  • Süleyman Tatlıyev

Süleyman Bayram oğlu Tatlıyev (27 fevral 1925, Dağ Kəsəmən, Qazax qəzası – 9 mart 2014, Bakı) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1985–1989), Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti (1994–2014).

Süleyman Tatlıyev
Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti
1994 – 9 mart 2014
ƏvvəlkiKamran Hüseynov
SonrakıNiyaz Əli-zadə
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri
30 dekabr 1985 – 22 iyun 1989
ƏvvəlkiQurban Xəlilov
SonrakıElmira Qafarova
Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini
30 iyul 1978 – 30 dekabr 1985
Əvvəlkiİsmayıl İbrahimov
SonrakıArtur Rasizadə
Azərbaycan SSR Nazirlər Sovetinin işlər müdiri
1970 – 1978
SonrakıArif Axundov
Azərbaycan SSR Nazirlər Soveti Kimya Sənayesi İdarəsinin rəisi
13 yanvar 1966 – 1970
Şəxsi məlumatlar
Doğum tarixi 27 fevral 1925(1925-02-27)
Doğum yeri
  • Dağ Kəsəmən, Qazax qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 9 mart 2014(2014-03-09) (89 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • II Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1959–1991),
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti siyasətçi

Təltifləri "Şöhrət" ordeni — 20052005 "Dostluq" ordeni (Rusiya) — 2004
"Oktyabr inqilabı" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 19851985 "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Həyatı

Süleyman Bayram oğlu Tatlıyev 27 fevral 1925-ci ildə Qazax rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur. Orta məktəbin yuxarı sinfində oxuyarkən 1943-cü ildə hərbi xidmətə çağırılıb. Cəbhədə ağır yaralandıqdan sonra vətənə qayıdaraq, Qazax şəhər orta məktəbini, 1951-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1951-ci ildə Qroznı Yeni Neftayırma Zavodunda mühəndis kimi başlamış və 1956-cı ilədək həmin vəzifədə işləmişdir.

1956–1961-ci illərdə Sumqayıt Sintetik Kauçuk Zavodunda sex rəisi, baş mühəndisin müavini, 1961–1963-cü illərdə Xalq Təsərrüfatı Şurası kimya idarəsinin şöbə müdiri, 1963-cü ildən Azərbaycan KP MK-nın Kimya və neft sənayesi şöbəsi müdirinin müavini, 1963–1964-cü illərdə Sov. İKP Zaqafqaziya Bürosu üzrə inspektor, 1964–1965-ci illərdə yenidən Azərbaycan KP MK-nın Kimya və neft sənayesi şöbəsi müdirinin müavini, 1965–1970-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Kimya sənayesi idarəsinin rəisi, 1970–1978-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin İşlər idarəsinin müdiri, 1978–1985-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, 1985–1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri, 1991-ci ildən "Nur" Xarici İqtisadi Assosiasiyasının prezidenti, 1994-cü ildən ömrünün sonuna qədər Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti vəzifələrində çalışmışdır.

Bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilib. Süleyman Tatlıyev bir sıra orden və medallarla təltif edilib, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeninə layiq görülüb.

Azərbaycanın ictimai-siyasi və dövlət xadimi Süleyman Bayram oğlu Tatlıyev 9 mart 2014-cü ildə vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Süleyman Tatlıyev haqqında məlumat. Süleyman Tatlıyev nədir? Süleyman Tatlıyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Təlxək

  • Fevral 27, 2026

    York

  • Fevral 27, 2026

    Plovdiv

  • Fevral 27, 2026

    Dövlət Bağçalı

  • Fevral 27, 2026

    Nevill Çemberlen

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst