Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şkoder gölü (alb. Shkodër) — Monteneqro və Albaniya ərazisində yerləşən Balkan yarımadasındakı ən böyük göl.

Şkoder gölü

  • Ana Səhifə
  • Vikipediya
  • Şkoder gölü

Şkoder gölü (alb. Shkodër) — Monteneqro və Albaniya ərazisində yerləşən Balkan yarımadasındakı ən böyük göl.

Şkoder
cg/Skadarsko/sq/Shkodër
Şkoder gölü 2006-cı ildə
Şkoder gölü 2006-cı ildə
Ümumi məlumatlar
Mütləq hündürlüyü 6 m
Eni 14 km
Uzunluğu
  • 48 km
Sahil uzunluğu 168 km
Sahəsi 475 km²
Həcmi 1,93 km³
Dərin yeri 44 m
Orta dərinliyi 6 m
Tökülən çay Moraça çayı
Axan çay Buna çayı
Yerləşməsi
42°10′53″ şm. e. 19°18′32″ ş. u.HGYO
Ölkələr
  • Albaniya Albaniya
  • Monteneqro Monteneqro
Vilayətlər
  • Şkoder
  • Ulçin
  • Bar
Yerləşməsi Albaniya–Monteneqro sərhədi
Şkoder xəritədə
Şkoder
Şkoder
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gölün su səthinin sahəsi təxminən 390 km²-dir, lakin qış daşqınları zamanı 530 km²-ə qədər arta bilir. Orta hesabla ərazisi 475 km²-dir ki, bunun da gölün təxminən 2/3 hissəsi Monteneqroya, qalan hissəsi isə Albaniyaya aiddir.

Mündəricat

Sahili və relyefi

Albaniyada Şkoder gölü və Maranay dağı (1576 m).

Şkoder gölünün üçüncü və ya dördüncü dövrlərdə tektonik hövzədə əhəngdaşı süxurlarının əriməsi nəticəsində əmələ gəldiyi güman edilir. Əvvəllər göl Adriatik dənizinin körfəzi idi, lakin hazırda ondan allüvial çöküntülərlə ayrılır.

Sahilinin ümumi uzunluğu 168 km-dir: Monteneqroda 110,5 km, Albaniyada isə 57,5 ​​km-dir. Gölün qərbi və cənub-qərbində Dinar dağları, bataqlıqlı şimal sahillərində isə Monteneqronun əsas şəhəri Podqoritsa yerləşir. Gölün şimal-şərq hissəsində Prokletie dağlarının ətəkləri boyu uzanan Xotit körfəzi yerləşir. gölün şərq sahilləri isə bataqlıqdır.

Moraça deltasının qolları bir çox adalar yaradır, Vranina və Odrinska digərləri ilə müqayisədə daha yüksəkdirlər. Cənubi Monteneqro sahilləri boyunca Lesendro, Qrmojur, Starçevo, Beşka, Moraçnik, Topxala, Qoritsa-Qyat, Qradac və bir sıra kiçik adalar yerləşir. Albaniya sahillərində isə heç bir ada yoxdur.

Göl kripto-depressiyada yerləşir - dibinin bəzi hissələri dəniz səviyyəsindən aşağıdadır. Belə yerlərə sualtı açarlar və ya "gözlər" deyilir və göldə onların təxminən 30-u vardır. Gölün maksimal dərinliyi 60 metrdən çoxdur (“göz” Radus), orta dərinliyi isə 6 m-dir.

Gölün qidalanması və suyunun səviyyəsi

Şkoder gölünün bataqlıq sahilləri

Gölün su hövzəsi 5490 km²-dir. Gölə 6 çay axır, onlardan ən böyüyü - Moraça və Çernoviça qərbdən gölə tökülərək bataqlıq deltası əmələ gətirir. Göldən Adriatik dənizinə axın Albaniyanın Şkoder şəhəri yaxınlığındakı göldən axan, uzunluğu təxminən 41 km olan Buna çayı vasitəsilə gerçəkləşir ki, onun da aşağı axarından Albaniya ilə Monteneqro sərhədi keçir.

Gölün sahilləri əsasən bataqlıqdır. Göldə suyun dalğalanması 5 m-ə çatır; səviyyənin qalxması zamanı Drin çayının suyunun bir hissəsi gölə daxil olduqda, aşağı şimal-şərq sahilləri su altında qalır.

Moraça çayı və onun qolu Zeta gölə axının 62%-ni təşkil edir. Təxminən 30% "gözlər" adlanan yeraltı mənbələrdən gəlir. Moraça gölə böyük miqdarda çöküntü gətirir, göldəki suyun şəffaflığına təsir edir.

Gölün suyu ildə 2-2,5 dəfə tamamilə yenilənir. Göldən Buna çayı vasitəsilə axın 320 m³/s təşkil edir, Drin çayının qolu ilə birləşməsindən sonra Adriatik dənizinə axın 682 m³/s-ə çatır.

İqlim

Şkoder gölü.
Temperatur - orta hesabla 13 il, yağıntı - 50 ildir. iqlim diaqramı
YFMAMİnİlASOND
 
 
137
 
3.9
3.9
 
 
140
 
5.8
5.8
 
 
157
 
9.2
9.2
 
 
132
 
13.1
13.1
 
 
89
 
18.1
18.1
 
 
48
 
21.7
21.7
 
 
46
 
25.0
25.0
 
 
28
 
24.7
24.7
 
 
99
 
20.8
20.8
 
 
198
 
16.1
16.1
 
 
208
 
10.6
10.6
 
 
154
 
6.7
6.7
Temperatur °C-ilə • Yağıntının miqdarı mm-ilə
Mənbə: www.ilec.or.jp

Göl ərazisinin iqlimi Aralıq dənizi iqlimidir, qışı mülayim və yağışlı keçir. Yanvarda orta temperatur 7,3 °C-dir. Yay quru və isti keçir, hava 40 °C-dən yuxarı olur, suyunun istiliyi 27 °C-dən yuxarı olur. Orta illik temperaturu 14,9 °C-dir.

İllik günəşli saatların sayı 2533-dür..

Bitki və heyvanat aləmi

Gölün səthində makrofitlər: göl qamışı, cənub qamışı və ensiz yarpaqlı pişik quyruğu bitir. Üzən makrofitlərdən: ağ suzanbağı, sarı nelufər və çilim b bitir. Birləşdirilmiş makrofitlərdən isə: urut, buynuzyarpaq və susünbülü yetişir. Fitoplanktonlardan isə: Cyclotella glomerata, Cyclotella Planctonia, Pediastrum, Ceratium hirundinella, Microcystis, Merismopedia, Dinobryon divergens və Dinobryon bavaricum yetişir.

Zooplanktonlar: rotatorilər, şaxəbığcıqlı xərçəngkimilər, kopepodlar və ibtidailər, bentoslardan isə: haçalı ağcaqanadlar, azqıllı qurdlar, ikitaylılar və ilbizlər yaşayırlar.

Göl balıq və su quşları ilə zəngindir. Şəmayılar, karp, xəşəm, angvil, qızılbalıq, rutilus, alosa, boz kefallar və qızılüzgəclər burada geniş yayılmışdır.

Burada ən azı 26 növ quş yaşayır, xüsusilə kiçik və böyük qarabatdaqlar daha çoxdur. Qışda göldə 200 mindən çox quş yaşayır.

Qorunan əraziləri

Gölün Monteneqroda olan hissəsində, 1983-cü ildə 40 min hektar ərazisi olan milli park təşkil edilib. 25 dekabr 1995-ci il tarixli Ramsar konvensiyasına uyğun olaraq göl beynəlxalq əhəmiyyətli su-bataqlıqlar siyahısına daxil edilmişdir. Ornitoloji qoruqlara: Manastır-Tapiya, Qrmozur, Çırnı-Zar, Pantseva-Oka, Manastır-Vrbis. İxtioloji qoruqlara isə: yeraltı bulaqlar və Muritsa çimərliyi daxildir.

Albaniyada 2 noyabr 2005-ci ildə göldə ümumi sahəsi 23027 hektar olan təbiət qoruğu təşkil edilib ki, bununda 7799 hektarı meşə və kolluqlar, 346 hektarı bataqlıqlar, 496 hektarı sahil təpələri, 253 hektarı şoranlıqlar, 14134 hektarı isə kənd təsərrüfatı və şəhər torpaqlarının payına düşür.

İqtisadiyyat və görməli yerləri

Buna çayının mənbəyində Şkoder qalası

Gölün cənub-şərq kənarında Albaniyanın Şkoder şəhəri, bir az şimalda isə Kopliku şəhəri yerləşir. Gölün qərb hissəsinin sahilində Virpazar kəndi (Monteneqro) yerləşir. Göldə gəmiçilik mövcuddur. Əhalinin əsas məşğuliyyətləri intensiv balıqçılıq, kənd təsərrüfatı, ovçuluq və turizmdir.

Gölün şimal-qərb (Monteneqro) hissəsində magistral və Bar-Belqrad dəmir yolunun keçdiyi iki körpü ilə bir bənd tikilib. Monteneqro və Albaniya arasında avtomobil və dəmir yolu Hotiş körfəzinin sahilinə bitişikdir. Sahil boyu və cənub-qərb sahili boyunca kiçik adalarda qədim qalalar və pravoslav monastırları qorunub saxlanılmışdır.

Starçevo, Beşka və Moraçnik adalarında XIV əsrin sonu - XV əsrin əvvəllərinə aid Balşik sülaləsi nümayəndələrinin qəbir abidələri vardır. Ən qədim monastır (1376-1378) Starçevoda yerləşir, Beşkada II Georgi Balşik tərəfindən Müqəddəs Georgi kilsəsi XIV əsrin sonlarında və həyat yoldaşı Yelenanın məzarı olan kilsə isə 1439-cu ildə tikilmişdir. Moraça deltasında Vranjina adasının şimal tərəfində Çernojeviçlər dövründə (XV əsrin ikinci yarısı) tikilmiş memarlıq kompleksi var. Odrinska dağının yamacında (həmçinin deltada) 1415-1427-ci illərdə tikilmiş Kom monastırı indi də fəaliyyət göstərir.

1983-cü ildən gölün Monteneqrodakı hissəsi Milli Parkdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şkoder gölü sözünün mənası, şkoder gölü haqqında məlumat. şkoder gölü nədir? şkoder gölü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dəmirçilik

  • Fevral 27, 2026

    Trabzon konfransı

  • Mart 01, 2026

    Osmotik təzyiq

  • Fevral 26, 2026

    Veto

  • Fevral 24, 2026

    Qusar rayonu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst