Nəsimi Məhəmmədəli oğlu Ağayev (1979) — Azərbaycan diplomatı, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri.
| Nəsimi Məhəmmədəli oğlu Ağayev | |
|---|---|
| |
Vəzifədədir | |
| 19 avqust 2022 | |
| Əvvəlki | Ramin Həsənov |
| 10 aprel 2012 – 19 avqust 2022 | |
| Əvvəlki | Elin Süleymanov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1979 (46–47 yaş) |
| Təhsili |
|
| Fəaliyyəti | diplomat |
Təhsili
Nəsimi Ağayev Almaniyanın Saarland Universitetinin[rus.], Avropa İnstitutunun Avropa Hüququnun (LL. M.) magistr dərəcəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər üzrə bakalavr və magistr dərəcəsini almışdır. O, həmçinin, Avstriyada Vyana Diplomatik Akademiyasında[ing.] təhsil almışdır.
Ana dili olan Azərbaycan dilindən başqa İngilis, Fransız, Alman, Rus, İspan və Türk dillərini də bilir.
Fəaliyyəti
1999-cu ildə Azərbaycanın diplomatik xidmətinə qəbul edilmiş, ölkənin Avstriyadakı (2000–2003) və Almaniyadakı (2005–2008) səfirliklərində, eləcə də, Bakıda Xarici İşlər Nazirliyində xidmət etmişdir. Azərbaycan Prezidenti Heydər Əliyevin 3–6 iyul 2000-ci ildə Avstriyaya rəsmi səfəri zamanı alman dili üzrə tərcüməçisi olub. 2001–2003-cü illərdə Vyana Universitetində Azərbaycan dilini tədris etmişdir.
Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci ilin 19 avqustunda Azərbaycanın Almaniyadakı səfiri vəzifəsinə təyin olunmuşdur. Ondan öncə 2012–2022-ci illərdə Azərbaycanın Los-Ancelesdəki baş konsulu vəzifəsində çalışaraq, Azərbaycanı Kaliforniya və Amerika Birləşmiş Ştatlarının qərbindəki digər 12 ştatda təmsil etmişdir.
2010–2012-ci illərdə Vaşinqtonda Azərbaycanın Səfirliyində siyasi məsələlər üzrə müşavir vəzifəsində çalışmışdır.
Los Ancelesdə çalışarkən Nəsimi Ağayev 105 ölkəni təmsil edən, dünyanın ikinci ən böyük konsulluq korpusu (Nyu-Yorkdan sonra) olan Los Anceles Konsulluq Korpusunun sədri (duayen) olmuşdur.
O, Beynəlxalq Münasibətlərin Qafqaz Şərhi jurnalının[ing.] baş redaktoru olmuşdur və 2007-ci ildə Almaniyada nəşr olunan "Humanitar müdaxilə və beynəlxalq hüquq: Kosovoda NATO əməliyyatı" adlı kitabı yazmışdır.
Xarici keçid
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nəsimi ağayev sözünün mənası, nəsimi ağayev haqqında məlumat. nəsimi ağayev nədir? nəsimi ağayev nə deməkdir?
