Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Anatoli Niloviç Kuleşov (belar. Анатоль Куляшоȳ; təvvəlüdü 1959-cu il, Əli Bayramlı, Azərbaycan SSR) — Belarusun dövlət və ictimai xadimi, milis general-leytena

Anatoli Kuleşov

  • Ana Səhifə
  • Vikipediya
  • Anatoli Kuleşov

Anatoli Niloviç Kuleşov (belar. Анатоль Куляшоȳ; təvvəlüdü 1959-cu il, Əli Bayramlı, Azərbaycan SSR) — Belarusun dövlət və ictimai xadimi, milis general-leytenantı. 2009-cu il iyunun 2-dən 2012-ci il mayın 11-dək Belarusun daxili işlər naziri olmuşdur.

Anatoli Kuleşov
belar. Анатоль Куляшоȳ
Belarusun daxili işlər naziri
2 iyun 2009-cu il – 11 may 2012
ƏvvəlkiVladimir Naumov
Sonrakıİqor Şuneviç
Şəxsi məlumatlar
Doğum tarixi 1959 (66–67 yaş)
Doğum yeri Əli Bayramlı, Azərbaycan SSR, SSRİ
Təhsili DİN-in Minsk ali məktəbi, SSRİ DİN-in akademiyası
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Rütbəsi SSRİ General-leytenantı
Təltifləri "İctimai asayişin qorunmasında fərqlənməyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 60 illiyi" yubiley medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı Order of the Homeland Service

Həyatı

1977-1979-cu illərdə Silahlı Qüvvələrdə xidmət etmişdir.

Milis idarəsində 1980-ci ildən Minskdə binaların, obyektlərin, Dövlət Bankı müəssisələrin mühafizəsi alayının milisioneri kimi xidmətə başlamışdır.

1986-cı ildə SSRİ DİN-in Minsk ali məktəbini, 1992-ci ildə SSRİ DİN Akademiyasını (indiki Belarus Respublikası DİN-in Akademiyası). Hüquq-mühafizə fəaliyyətinin təşkili, hüquqşünaslıq ixtisası üzrə təhsil.alıb.

SSRİ DİN-in Minsk ali məktəbini bitirdikdən sonra Minskin Lenin rayonunun yetkinlik yaşına çatmayanların işləri üzrə müvəkkili işlədi. 1992-ci ilin noyabrından kriminal milis şöbəsinə rəhbərlik edib.

1995-ci ilin mart ayında Minsk şəhəri Daxili İşlər İdarəsinin cinayət axtarışı idarəsinin rəis müavini təyin edilib.

1996-cı ildən 1998-ci ilədək paytaxtın Zavodskoy rayonunun daxili işlərinə idarə edilməsinə rəhbərlik etmişdir. 1998-dən 2001-dək Frunzen rayonunun Rayon Daxili İşlər İdarəsinə rəhbərlik edib.

2003-cü ilin iyununda Kuleşova "milis general-mayoru" xüsusi rütbəsi verilmişdir. 2 iyul 2003-cü il 281 saylı prezident fərmanı ilə Minsk şəhəri daxili işlər idarəsinin rəisi təyin edildi. 29 avqust 2008-ci ildə Belarusun ictimai təhlükəsizlik milisinin rəisi və daxili işlər nazirinin müavini təyin olundu.

2008-ci il dekabrın 5-də daxili işlər nazirinin birinci müavini və Belarus Respublikası DİN kriminal milisi təyin olunmuşdur.

2009-cu il aprelin 6-da daxili işlər nazirinin vəzifəsini müvəqqəti icra edirdi, bu hadisə daxili işlər naziri Vladimir Naumovun səhhətinə görə istefasından sonra baş verdi).

2 iyun 2009-cu ildə Belarus Respublikasının Prezidenti A.Lukaşenko general-mayor Anatoli Niloviç Kuleşova 280 saylı Fərmanı İlə milis nazirinin birinci müavini vəzifəsindən azad etməklə ölkənin daxili işlər naziri təyin etdi.

2011-ci il fevralın 22-də Prezident fərmanı ilə milis general-mayoru Kuleşova növbəti milis general-leytenantı xüsusi rütbəsi verildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, anatoli kuleşov sözünün mənası, anatoli kuleşov haqqında məlumat. anatoli kuleşov nədir? anatoli kuleşov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Antibiotiklər

  • Fevral 27, 2026

    Çəpni boyu

  • Mart 01, 2026

    248 (ədəd)

  • Fevral 27, 2026

    Şeyx Cüneyd

  • Fevral 27, 2026

    Rauf Orbay

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst