Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çəpni boyu — Oğuz Xaqan Dastanına görə Oğuz Türklərinin 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki iyirmi iki Oğuz boyundan iyirmi bir

Çəpni boyu

  • Ana Səhifə
  • Vikipediya
  • Çəpni boyu

Çəpni boyu — Oğuz Xaqan Dastanına görə Oğuz Türklərinin 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki iyirmi iki Oğuz boyundan iyirmi birincisi.

Çəpni boyu
Mahmud Kaşğari görə Çəpni boyu damğası
Yaşadığı ərazilər
 İran (Qərbi Azərbaycan ostanı)
 Türkiyə (Qara dəniz regionu)
Dili

Azərbaycan türkcəsi, Türkiyə türkcəsi, fars

Dini

İslam
Şiə və Sünni

Mənşəyi
Oğuz (Türk)
Qohum xalqlar

Türk xalqları

F. Rəşidəddin məlumat verir ki, Çəpni iç oğuz nəslindən olub, Göy xanın adı İrkil Xoca tərəfindən verilən və damğası (onqonu) Ağ Sunqur quşu olan olan 4-cü oğludur. Bu tayfa xarakter etibarı ilə düşmənlə qətiyyətli vuruşan kimi təsvir olunur (10, s. 66). Çəpnilərin bizim ərazilərə Orta Asiyadan səlcuq türklərinin tərkibində gəldiyi, Xorəzmşah Cəlaləddinin 1221-1231-ci il hərbi yürüşlərində fəal iştirakı qaynaqlarda göstərilir.

Öz izlərini Kəlbəcər rayonunda bir kəndin adında saxlamışdır. Kəndin adı Çəpli şəklindədir. Lev çayının sahilində, dağlıq ərazidə yerləşir. Bəzi tədqiqatçılara görə, toponim oğuz tayfalarından çəpnilərin (cəbni) adı ilə bağlıdır. Şamaxı rayonunda da bu etnonimlə əlaqədar Cabanı adlı kənd vardır. Cabanı Şamaxının dağətəyi ərazisində yerləşir. Toponim özündə türkdilli qədim çəbni (variantları çəbən, çibni, çəpni, çəbni, çapanim vəç s.) tayfasının adını əks etdirir.

Çəpni etnonimin izləri müxtəlif fonetik görüntülərdə Azərbaycanın bir çox bölgələrində qorunub saxlana bilmişdir: Cabanı (Şamaxı), Çəpni (Göyçay), Çepni (Quba qəzasının Şabran mahalında), Çəpli (Kəlbəcər). Kürdəmir rayonunun Karrar kəndi üç əsas hissədən ibarətdir: Karrar, Çəpni və Mollalar.

"Çəpni" tayfaları tarixi məlumatlara görə dalaşqan, sözləri və işləri çəp gələn (çəpləşən) tayfalardan olduğu üçün belə adlandırılmışdır. Ə.Rüstəmov Qafan rayonu ərazisində bu adda bir Azərbaycan kəndinin də olduğunu və həmin mənanı göstərdiyi üçün biz də onun fikrini yuxarıda göstərdiyimiz kimi müdafiə edirik.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çəpni boyu haqqında məlumat. Çəpni boyu nədir? Çəpni boyu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fullerenlər

  • Fevral 27, 2026

    Suvalki

  • Fevral 23, 2026

    Şamil Əzizbəyov

  • Fevral 27, 2026

    Boz-qonur torpaqlar

  • Fevral 25, 2026

    Əhmədağalı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst