Nodirbek Abdusəttorov (özb. Nodirbek Abdusattorov; 18 sentyabr 2004, Daşkənd) — Özbək şahmatçısı, qrosmeyster (2017). Sürətli Şahmat üzrə Dünya Çempionu (2021).
| özb. Nodirbek Abdusattorov | |
| |
| Ölkə | |
| Doğum tarixi | 18 sentyabr 2004 (21 yaş) |
| Doğum yeri | |
| Titulu | |
| Son reytinqi |
|
| FİDE nömrəsi | 14204118 |
| nodirbekchess.com/uz/ | |
Nailiyyətlər
29 oktyabr 2017-ci ildə 13 yaş 1 ay 11 günlük ikən şahmat üzrə qrosmeyster olub. O vaxta qədər yalnız bir şahmatçı — Sergey Karyakin daha erkən yaşda qrosmeyster olmuşdur. 2021-ci ilin yanvarına olan məlumata görə, Abdusəttorov şahmat tarixində beşinci ən gənc qrosmeyster olmuşdur .
2021-ci ilin dekabrında Varşavada Abdusəttorov Karlsen və Nepomnyaşşiy kimi şahmatçıları məğlub edərək Sürətli Şahmat üzrə ən gənc dünya çempionu olmuşdur.
Karyerası
2012-ci ildə Sloveniyanın Maribor şəhərində 8 yaşlılar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olub.
2014 -cü ildə 9 yaşında olarkən, Andrey Jiqalko və Rüstəm Xusnutdinov kimi qrosmeysteri məğlub etmiş və klassik şahmat partiyalarında qrosmeysterlərə qalib gələn ən gənc şahmatçılardan biri olmuşdur.
2015-ci ilin aprelində 11 yaşında FİDE-nin ən yaxşı 100 yeniyetmələr siyahısına daxil olaraq bu siyahıya daxil olma yaşına görə rekord vurmuşdur.
2015-ci ilin noyabrında Porto- Karasda keçirilən gənclər arasında dünya çempionatında 11 baldan 8½ xal toplayaraq dördüncü olmuşdur.
2017-ci ilin oktyabrında Çiqorinin xatirə turnirində 9 baldan 6½ bal toplayaraq üçüncü yeri tutdu. Bu turnirdə Nodirbek öz reytinqini 2500 baldan yuxarı qaldırdı və qrossmeyter normasını yerinə yetirdi.
Dekabr 2021-ci ildə tay-breyk oyunlarında Yan Neponmişşiyi məğlub edərək sürətli şahmat üzrə dünya çempionu olmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nodirbek abdusattorov sözünün mənası, nodirbek abdusattorov haqqında məlumat. nodirbek abdusattorov nədir? nodirbek abdusattorov nə deməkdir?
