Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Camalova Dilrubə Cəbrayıl qızı (7 yanvar 1938, Lənkəran – 13 mart 2009, Qarazəncir, Cəlilabad rayonu) — Azərbaycanın ictimai-siyasi və dövlət xadimi, Lənkəran Ş

Dilrubə Camalova

  • Ana Səhifə
  • Vikipediya
  • Dilrubə Camalova

Camalova Dilrubə Cəbrayıl qızı (7 yanvar 1938, Lənkəran – 13 mart 2009, Qarazəncir, Cəlilabad rayonu) — Azərbaycanın ictimai-siyasi və dövlət xadimi, Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi (1981–1988), Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı (1993–2000).

Dilrubə Camalova
Dilrubə Cəbrayıl qızı Camalova
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı
23 avqust 1993 – 31 may 2000
ƏvvəlkiHüseynqulu Məmmədov
SonrakıYaşar Rzayev
Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi
1981 – 1988
Əvvəlkiİsa Məmmədov (dövlət xadimi)
SonrakıAqil Rəhimov
Şəxsi məlumatlar
Doğum tarixi 7 yanvar 1938(1938-01-07)
Doğum yeri
  • Lənkəran, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 13 mart 2009(2009-03-13) (71 yaşında)
Vəfat yeri
  • Qarazəncir, Cəlilabad rayonu, Azərbaycan
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1967–1991)
Təhsili
  • Sov.İKP MK yanında Ali Partiya Məktəbi[d],
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti

Təltifləri "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Azərbaycanın müstəqilliyindən sonra təyin olunan ilk qadın icra başçısı.

Həyatı

Dilrubə Camalova 1938-ci il yanvarın 7-də Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə Yardımlıda orta məktəbi, 1960-cı ildə ali məktəbi, 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir.

Əmək fəaliyyətinə Lənkəran şəhər 2 saylı orta məktəbində müəllimlikdən başlamışdır. 1960–1972-ci illərdə müəllim, 1972–1975-ci illərdə Lənkəran Şəhər Xalq Maarif Şöbəsinin müdiri işləmişdir.

1975–1981-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin ikinci katibi, 1981–1988-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1992-ci illərdə Azərbaycan Pedoqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Lənkəran filialında müəllim, direktor müavini, direktor, 1992–1993-cü illərdə Lənkəran Dövlət Universitetinin prorektoru, 1993–2000-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, 2000–2006-cı illərdə isə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifələrinə çalışmışdır.

1965–1990-cı illərdə Lənkəran şəhər və rayon sovetlərinin deputatı, İcraiyyə Komitəsinin üzvü olmuşdur. 1972–1990-cı illərdə ardıcıl olaraq Lənkəran Şəhər Partiya Komitəsinin üzvü və büro üzvü, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat və Ali Sovet Rəyasət Heyətinin üzvü seçilmişdir. "Qırmızı Əmək Bayrağı", "Oktyabr İnqilabı" ordenləri və bir çox medallarla təltif olunmuşdur.

1988-ci ildə Heydər Əliyevin əleyhinə Mərkəzi Komitənin plenumunda və Ali Sovetin sessiyasında çıxış etmədiyinə görə Azərbaycan KP MK-nın rəhbərliyi tərəfindən Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad edilmişdir. Xarici və daxili düşmənlərin fitvası ilə qondarma "Talış-Muğan Respublikası"nı "quran" Ə.Hümbətov və onu dəstəkləyənlərə qarşı qətiyyətlə mübarizə aparmışıdr.

2009-cu il martın 13-də Cəlilabad rayonunda avtomobil qəzasında həlak olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, dilrubə camalova sözünün mənası, dilrubə camalova haqqında məlumat. dilrubə camalova nədir? dilrubə camalova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bulud texnologiyası

  • Fevral 27, 2026

    Arpaçay ilçəsi

  • Fevral 27, 2026

    Qoşaçay

  • Mart 03, 2026

    Elton Quliyev

  • Fevral 27, 2026

    Sirab (Babək)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst