Lənkəran dairəsi və ya Lənkəran mahalı — Azərbaycan Sovet Sosialist Respublikasında 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi.
| Lənkəran dairəsi | |
|---|---|
| Ölkə |
|
| İnzibati mərkəz | Lənkəran |
| Tarixi və coğrafiyası | |
| Yaradılıb | 8 aprel 1929 |
| Ləğv edilib | 8 avqust 1930 |
![]() Lənkəran dairəsi 1930-cu ilin yanvar–avqust aylarında | |
Tarixi
Lənkəran dairəsi VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzaların ləğv edilməsi nəticəsində yaradılmışdır. Lənkəran qəzasını əvəz etmişdir.
SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin "Dairələrin ləğv edilməsi haqqında" 23 iyul 1930-cu il tarixli qərarına uyğun olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti 8 avqust 1930-cu ildə Azərbaycan SSR ərazisində dairələrin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Bununla Lənkəran dairəsi də daxil olmaqla ölkə ərazisindəki bütün dairələr ləğv olunmuş, onların ərazisində ümumilikdə 63 rayon təşkil edilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, lənkəran dairəsi sözünün mənası, lənkəran dairəsi haqqında məlumat. lənkəran dairəsi nədir? lənkəran dairəsi nə deməkdir?
