Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Simon Baqratoviç Virsaladze (31 dekabr 1908 (13 yanvar 1909), Tiflis – 7 fevral 1989, Tbilisi) — Sovet, gürcü və rus teatr sənətçisi. SSRİ xalq artisti (1976).

Simon Virsaladze

  • Ana Səhifə
  • Vikipediya
  • Simon Virsaladze

Simon Baqratoviç Virsaladze (31 dekabr 1908 (13 yanvar 1909), Tiflis – 7 fevral 1989, Tbilisi) — Sovet, gürcü və rus teatr sənətçisi. SSRİ xalq artisti (1976). Lenin mükafatı (1970), iki Stalin mükafatı (1949, 1951) və SSRİ Dövlət mükafatı (1977) laureatı.

Simon Virsaladze
Doğum tarixi 31 dekabr 1908 (13 yanvar 1909)(1909-01-13)
Doğum yeri
  • Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 7 fevral 1989(1989-02-07) (80 yaşında)
Vəfat yeri
  • Tbilisi, Gürcüstan SSR, SSRİ
Dəfn yeri
  • Didube panteonu
Fəaliyyəti rəssam, səhnə dizayneri, kostyum dizayneri[d], vizual incəsənət rəssamı
Təhsili
  • İ. Repin adına Sankt-Peterburq İncəsənət Akademiyası[d]
Üzvlüyü
  • SSRİ Rəssamlar İttifaqı
Mükafatları "Lenin" ordeni "Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
SSRİ xalq rəssamı "Lenin" mükafatı SSRİ Dövlət mükafatı "Stalin" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Simon Virsaladze 31 dekabr 1908-ci ildə Tiflisdə anadan olub. İlk təhsilini Tbilisi şəhərində almışdır.

Sonradan Simon Virsaladze Moisey Toidzenin rəhbərliyində Tbilisi Dövlət Rəssamlıq Akademiyasında (1923–1926) D. N. Kardovski, İ. M. Rabinoviç və N. A. Şifrinden, İ. M. Rabinoviçin ona rəssamlığa böyük inamı aşıladığı Leninqraddakı Proletar Gözəl Sənətlər İnstitutunda (indiki Repin Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutu) (1930–1931) təhsil almışdır. Burada dekorasiya sənətinin sirrlərinə yiyələnmişdir.

Simon Virsaladze 1927-ci ildən Tiflis Fəhlə Teatrında işləyir. 1931–1936, 1941–1945-ci illərdə Z. Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının baş teatr-dekorçusu olaraq çalışır. 1941–1945-ci illərdə Şota Rustaveli adına Tbilisi Milli Teatrında çalışır.

Simon Virsaladze 1937-ci ildən S. M. Kirov adına Leninqrad Opera və Balet Teatrında işləyir (indiki Mariinski Teatrı). Bu tetrda o, 1940–1941-ci illərdə dekorçu, 1945–1962-ci illərdə isə baş rəssam-dekorçu kimi çalığır.

Virsaladze Sovet İttifaqının digər teatrlarda da tamaşalara quruluşçu rəssam kimi dəvət olunurdu.

Bolşoy Teatrda bütün baletlərini tərtib edərək Y. N. Qriqoroviçlə fəal əməkdaşlıq edib.

Rəngarəng, zəngin olan rəssamın bəzəklərinin incə rəngləri, qəhrəmanlıq abidəsi, romantik coşqu və şənlik sadəlik və lakonizm, incə üslub hissi ilə birləşir. Dekorasiyalarında yüksək emosional ifadəliyə nail olur, rəngdən və işıqdan məharətlə istifadə edirdi.

Simon Virsaladze həmçinin Gürcüstan SSR Xalq Rəqs Ansamblının bir sıra proqramları üçün kostyumların müəllifidir.

Simon Virsaladze SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1958), SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1975) olmuşdur (1958). SSRİ Rəssamlar İttifaqının da üzvü olmuşdur.

Simon Virsaladze 7 fevral 1989-cu ildə Tiflisdə vəfat etmişdir. O, Didube panteonunda dəfn edilib.

Mükafatları

  • Gürcüstan SSR əməkdar artisti (1943)
  • RSFSR Xalq rəssamı (1957)
  • Gürcüstan SSR xalq artisti (1958)
  • SSRİ xalq rəssamı (1976)
  • Lenin mükafatı (1970) — A. İ. Xaçaturyanın "Spartak" balet tamaşasındakı dizaynına görə (1968)
  • İkinci dərəcəli Stalin mükafatı (1949) — A. K. Qlazunovun "Raymonda" balet tamaşasındakı dizaynına görə.
  • İkinci dərəcəli Stalin mükafatı (1951) — D. B. Kabaleyvskinin "Taras ailəsi" operasındakı dizaynına görə.
  • SSRİ Dövlət mükafatı (1977) — A. Y. Eşpainin "Anqara" balet tamaşasındakı dizaynına görə.
  • İki Lenin ordeni (1958, 1979)
  • Qırmızı Əmək Bayrağı ordeni (1966)
  • "Şərəf nişanı" ordeni (1937) və medalları
  • "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı.
  • Brüsseldəki "Dünya Sərgisində" gümüş medal (1958).

Filmlər

  • 1960 — Venesiya Mavrı (film -balet)
  • 1964 — Hamlet
  • 1970 — Kral Lir
  • 1977 — Spartak (film -balet)

Filmoqrafiya

  • 2009 — "Simon Virsaladze. Rənglərin musiqisi " — sənədli film, 2009, 52 dəq., Rejissor Nikita Tixonov

Ədəbiyyat

  • Ванслов, Виктор Владимирович, С. Вирсаладзе, М., 1969
  • Карп, Поэль Меерович. С. Б. Вирсаладзе // Ленинградские художники театра. Л. 1971.
  • Художественный календарь на 1979 год. Сто памятных дат (1 120000 nüs.). Москва: Советский художник. А. Сарабьянов. 1978.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, simon virsaladze sözünün mənası, simon virsaladze haqqında məlumat. simon virsaladze nədir? simon virsaladze nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Mulen

  • Fevral 25, 2026

    Füzuli (şəhər)

  • Fevral 27, 2026

    Həmişəyaşıl sərv

  • Fevral 27, 2026

    Praqa

  • Fevral 25, 2026

    Çernobıl faciəsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst