Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elnur Məcidli (24 may 1984, Bakı) — Fransada yaşayan azərbaycanlı jurnalist, ictimai fəal və siyasətçi.

Elnur Məcidli

  • Ana Səhifə
  • Vikipediya
  • Elnur Məcidli

Elnur Məcidli (24 may 1984, Bakı) — Fransada yaşayan azərbaycanlı jurnalist, ictimai fəal və siyasətçi.

Elnur Məcidli
Doğum tarixi 24 may 1984 (41 yaş)
Doğum yeri Bakı
Təhsili
  • Strasburq Universiteti
Fəaliyyəti jurnalist
emajidli.wordpress.com

Mündəricat

Həyatı

Elnur Məcidli 1984-cü il mayın 24-də Bakı şəhərində, ziyalı ailəsində (anası müəllimə, atası jurnalist) anadan olmuşdur.

Orta təhsilə Bakıda, Binəqədi rayonunda yerləşən 244 saylı məktəbdə başlamış, daha sonra Nəsimi rayonunda yerləşən 14 saylı məktəbdə və Sumqayıt Özəl Türk Litseyində davam etdirmiş və orta təhsilini bu litseydə başa vurmuşdur.

Strasburq Universitetinin Hüquq Fakültəsində bakalavr və magistr təhsilini almışdır.

Ailəsi

Ailəlidir, üç övladı var.

  • Şair Çərkəz Məcidin qardaşı oğludur.

Fəaliyyəti

Orta məktəb dövründə ilk dəfə müxtəlif uşaq jurnallarında şeir və yazıları işıq üzü görüb. Peşəkar jurnalist fəaliyyətinə Türkiyədə ANS TV-nin müxbiri kimi başlayıb. Lider televiziyasının, Assa-İrada və Trend informasiya agentliklərinin Avropa və Fransa üzrə müxbiri vəzifələrində işləyib. "Azərbaycan", "Ayna", "Xalq", "AzerNews" və s. qəzetlərdə müxtəlif səpkili məqalələri yayınlanıb. Medianın inkişafı ilə bağlı keçirilən müxtəlif beynəlxalq treyninq-konfransların və sertifikat proqramlarının iştirakçısı olub. Hazırda BBC, AFP, İHA, ZDF kimi beynəlxalq media orqanlarıyla əməkdaşlıq edir. Eyni zamanda Avropa Şurası, Avropa İnsan Haqları Məhkəməsi, Fransa Senatı, UNESCO, Avropa Parlamenti, Fransanın prezident aparatı sayılan Yelisey Sarayı kimi beylənxalq və rəsmi quruluşlarda akreditasiyalı jurnalistdir.

2006–2010-cu illərdə Fransanın CLAPEST, AEFTİ, FORMABİLİS kimi təşkilatlarda rus və türk dillərindən fransız dilinə tərcüməçi kimi işləmişdir.

2007-ci ildə Strasburqdakı Azərbaycanlı Tələbələrin Forumunu(StrasForum) təsis etmiş, Azərbaycanlı Tələbələrin Avropa Forumunun (FASE) Fransa və Strasburq üzrə baş koordinatoru olmuşdur.

2007-ci ilin mart ayında Avropa Şurası tarixində ilk dəfə olaraq bir millətə mənsub tələbələrin — azərbaycanlı tələbələrin forumunun təşkilatçısı olmuşdur.

2007-ci ilin iyul ayının ilk həftəsində Elnur Məcidlinin təşkilatçılığıyla Almaniyanın Löffingen qəsəbəsində Azərbaycanın Avropadakı lobbiçiliyinə həsr olunmuş bir həftəlik yay forumu keçirilmişdir. Bu həm də Azərbaycan gənclərinin ölkə xaricində və Avropada təşkil olunun ilk yay düşərgəsi idi.

2008-ci ilin fevral ayında FASE-nin Parisdə, Fransa senatındakı forumunun təşkilatçısı olmuşdur.

2009-cu ildə Fransadakı Azərbaycanlıların Şəbəkəsini təsis etmişdir (Azerbaijanis Network in France (ANFR))və bu şəbəkənin bu gün 400-dən çox üzvü var.

2010-cu ilin may ayında Azərbaycanlı Vətəndaşların Avropa Forumunun (FACE) Avropa Şurasında keçirilən, ADR-in 82 illiyinə həsr edilmiş forumunun təşkilatçısı olmuşdur.

Türk və Azərbaycan dillərində müxtəlif janrlı şerlərin müəllifidir. Türk dilində "Kalpten Kaleme" adlı şeirlər toplusunun müəllifidir.

www.gundeliyim.com və www.sozunduzu.com saytlarının yaradıcısı və ideya müəllifidir. Eyni zamanda www.emecidli.com (http://emajidli.wordpress.combaşlıq) adlı şəxsi bloqu var.

Siyasi fəaliyyəti

2010 Parlament seçkilərində 94 saylı Bərdə kənd seçki dairəsindən müstəqil namizəd olmuşdur, namizədliyi AXCP-Müsavat bloku tərəfindən dəstəklənmişdir.

2010 Parlament seçkilərindən sonra Avropadakı azərbaycanlı siyasi mühacirləri, demokratik-müxalif qüvvələri bir araya gətirmək üçün Avropalı Azərbaycanlılar Demokratiya Uğrunda (EUROAD) təşkilatını təsis edib 2010-12-29 at the Wayback Machine

Facebook saytında 11 Mart — Böyük Xalq Günü kampaniyasının yaradıcısıdır.

Eyni zamanda 2 Aprel — Böyük Qəzəb Günü aksiyasının təşkilatçısı, 8 Aprel — Böyük Cümə Günü etiraz səhifəsinin yaradıcısıdır.

Facebookda yaratdığı səhifələrə və bloqundakı yazılara görə Azərbaycan Respiblikası Prokurorluğuna bağlı Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən haqqında Cinayət məcəlləsinin 281-ci maddəsiylə cinayət işi açılıb.

2011-ci il Aprel ayında Azərbaycan hakimiyyəti tərəfindən İnterpol axtarışına verilib.

2011-ci il İyun ayının 2-də Elnur Məcidli barəsində başlanmış cinayət işinin icraatı dayandırılıb. [ölü keçid]

2004-cü ildən etibarən Fransada yaşayır. Azərbaycan dilindən əlavə, fransız, ingilis, rus, türk və ərəb dillərini bilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, elnur məcidli sözünün mənası, elnur məcidli haqqında məlumat. elnur məcidli nədir? elnur məcidli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Həmas

  • Mart 01, 2026

    Bayraq dirəyi

  • Fevral 27, 2026

    Şarja

  • Mart 06, 2026

    Tuzla

  • Fevral 24, 2026

    13 mart

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst