Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Flaqştok və ya bayraq dirəyi — bayrağın (flaqın) bərkidilməsi, qaldırılması üçün metal, taxta və ya plastikdən hazırlanmış şaquli dayaqdır.

Bayraq dirəyi

  • Ana Səhifə
  • Vikipediya
  • Bayraq dirəyi

Flaqştok və ya bayraq dirəyi — bayrağın (flaqın) bərkidilməsi, qaldırılması üçün metal, taxta və ya plastikdən hazırlanmış şaquli dayaqdır.

Cenevrədə BMT-nin binası qarşısında flaqştoklar

Bəzən bayrağın daha rahat qaldırılması üçün Flaqştok xüsusi mexanizm ilə təchiz edilir. O halda bayraq ipə birləşdirilir və həmin mexanizmi hərəkətə gətirməklə flaqştokun başına - ən hündür nöqtəsinə qaldırılır.

Rekord hündürlük

23 sentyabr 2014-cü il tarixindən dünyada ən hündür flaqştok Səudiyyə Ərəbistanında, Ciddə şəhərində olan bayraq dirəyi sayılır . Bu dirəyin hündürlüyü 171 m-dir (561 fut). Həmin flaqştok Ginnes rekordlar kitabına qeyd edilib..

Hündürlüyünə görə 2-ci yer - Tacikistanın Düşənbə şəhərində qurulmuş, hündürlüyü 165 м (və ya 541 fut) olan flaqştoka məxsusdur . Həmin flaqştokun inşası 2010-cu ildə Tacikistan milli bayraq gününü qeyd etdiyi gün - 24 noyabrda başlayıb, rəsmi açılışı 2011-ci ildə 30 avqustda olub və Tacikistan Respublikasının müstəqilliyinin 20-illiyinə (9 sentyabrda qeyd olunan) həsr olunub.

Bakı şəhərində olan flaqştok, Azərbaycan

Həmin tarixə qədər dünyanın rekordçu flaqştoku Azərbaycanda Bakı şəhərində olan flaqştok sayılıb . Hazırda öz hündürlüyünə (162 м, və ya 532 fut) görə dünyada 3-cü yeri tutan bu flaqştok 2010-cu ildə tikilib hazır olmuşdur . 1 sentyabr 2010-cu ildə Bakı buxtasının cənub-şərqində Bayraq meydanının açılışı oldu. Meydan üçün seçilmiş yer Dövlət bayrağını şəhərin hər yerindən görməyə imkan verir.

Londonda Kew Gardens botanika bağında flaqştok (1959-2007-ci illər)

Azərbaycanın Dövlət bayrağı hələ 9 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası - ADR hökuməti (1918-1920-ci illər) tərəfindən qəbul edilmişdi (1991-ci ildən yenidən müstəqil Azərbaycanın dövlət bayrağıdır), həmin tarixi hadisədən 90 il sonra ölkədə 9 noyabr - Dövlət Bayrağı günü elan edildi.

2010-cu ilə qədər isə dünyanın ən hündür flaqştoku Türkmənistanın Baş Bayrağı olub (hündürlüyü 133 m)..

Hazırda öz hündürlüyünə gğrə dünyada 4-cü yeri Şimali Koreyada Kicn-don kəndində olan flaqştok (hündürlüyü 160 m, 520 fut) tutur. Bu flaqştok əslində başəna bayraq taxılmış radioqüllədir. Rusiyada Bir neçə Flaqştok vardır ki, onlardan ən yüksəyi Ostankino teleqülləsidir.

Birləşmiş Krallıqda olan ən yüksək bayraq dirəyi 1959-cu ildən 2013-cü ilədək en:Kew Gardensdə olub, həmin bayraq dirəyi Kanadanın Douglas-fir ağacından hazırlanmış və hündürlüyü 68.5 m (225 fut) olmuşdur . Hazırda Amerika Birləşmiş Ştatlarında ən yüksəkdə olan bayraq 400 fut (120 m) hündürlüyə malik flaqştokun başında yellənir. Bu flaqştok 2014-cü ildə hazırlanıb, Viskonsiya ştatında Şeboyqan şəhərində yerləşir. Bu flaqştok yüngül küləkli havada 220 funt ağırlığında, güclü külək şəraitində isə 350 funt ağırlığında bayrağı yellədə bilir .

Dünyanın ən hündür-rekordçu flaqştokları Trident Support (ABŞ) kompaniyası tərəfindən quraşdırılıb. Düşənbə (Tacikistan) şəhərində qurulmuş 541 fut hündürlüyündə flaqştok, Bakı (Azərbaycan) şəhərində olan flaqştok - hündürlüyü 532 fut; Aşqabad (Türkmənistan) - 436 fut; Aqaba (İordaniya) - 433 fut; Amman (İordaniya) - 417 fut; və Əbu-Dabi (BƏƏ) - 404 fut flaqştokları Trident Support kompaniyasının məhsuludur . Afrikada (Anqola və Cənubi Afrika) və Hindistanda olan ən yüksək bayraq dirəkləri də Trident şirkəti tərəfindən quraşdırılıb.

Adı / YeriŞəhərÖlkəHündürlük (m)İlBayrağın sahəsi (m²)Bayrağın eni (m)Bayrağın uzunluğu (m)Bayrağın çəkisi (kq)Şəkli
İki ibadətgahın keşikçisi MeydanıCiddəSəudiyyə Ərabistanı170 20141633,53349,5570
Dövlət Bayraq MeydanıDüşənbəTacikistan165 201118003060420
Dövlət Bayraq MeydanıBakıAzərbaycan162201024503570350
Kicn-donKoreya Xalq-Demokratik Respublikası1601980-е270
Türkmənistanın əsas bayrağıAşqabadTürkmənistan13320081837,53552,5420
Aqaba FlaqştokuAqabaİordaniya130200418003060
PahadanƏmmanİordaniya126,8200318003060
Əbu-DabiBƏƏ12220018002040
Dövlət Simvolları MeydanıAstanaQazaxıstan11120094501530
Türkmənistanın Dövlət Bayrağı AvazaTürkmənistan10020136002030
Daeseong-dongCənubi Koreya98,41980-е130
MərdəkaKuala-LumpurMalayziya951989
Qırğızıstanın Dğvlət Bayrağı Boz-Boltok dağıQırğızıstan752012337,51522,550
Dövlət Bayraq Meydanı Belarus MinskBelarus7020139871425
Pardauqava Damba Latviya RiqaLatviya602017~128~8~16
Volqoqrad Mərkəzi Sahil Volqoqrad Rusiya 50 2017
Oktyabrın 60 illiyi meydanında Park, Bolşaya Qluşisa kəndi, Samara Bolşaya Qluşisa kəndi, Samara vilayəti Rusiya 35 2017 30 3 10

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bayraq dirəyi haqqında məlumat. Bayraq dirəyi nədir? Bayraq dirəyi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Qırmızı qurdeşənəyi

  • Fevral 24, 2026

    Cəbrayıl rayonu

  • Fevral 27, 2026

    Polad Bülbüloğlu

  • Fevral 27, 2026

    Breslau

  • Fevral 28, 2026

    Osman qılıncı

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst