Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qasımağalı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun İsalı kənd inzibati ərazi dairəsində kənd. 24 iyun 2005-ci il tarixli 954-IIQ saylı Azərbaycan Respubl

Qasımağalı

  • Ana Səhifə
  • Vikipediya
  • Qasımağalı

Qasımağalı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun İsalı kənd inzibati ərazi dairəsində kənd. 24 iyun 2005-ci il tarixli 954-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Gədəbəy rayonunun Qasımağalı kəndi Şəkərbəy kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Əmiraslanlı kəndi mərkəz olmaqla, Əmiraslanlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Qasımağalı
40°38′ şm. e. 45°26′ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 118 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ2128, Az 2128
Nəqliyyat kodu 21
Xəritəni göstər/gizlə
Qasımağalı xəritədə
Qasımağalı
Qasımağalı

Mündəricat

Toponimikası

Qasımağalı oykonimi Qasım ağaya məxsus mənasındadır.

Tarixi

SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra kənd əsasında 1993-cü ildə İsalı inzibati ərazi dairəsinin tərkibində Qasımağalı kəndi yaradılmışdır.

1992-ci ilin 6 avqust tarixində Ermənistan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Şınıx bölgəsinin Qasımağalı kəndi işğal olunaraq yandırıldı. Lakin Azərbaycanın Milli ordusunun mərd və mübariz əsgərləri 8 avqust 1992-ci il tarixdə erməni quldurlarını Qasımağalı kəndindən və Şınıx bölgəsinin işğal olunmuş hissəsindən təmizlədilər və kəndi yenidən bərpa etdilər

İlkin tarixi

Qasımağalı kəndinin dəqiq salınma tarixi məlum deyil. Kəndin ağsaqqallarının ata-babalarından eşitdiklərinə görə kəndin adı 19-cu əsrin əvvəllərində bu yerlərdə yaşamış Qasım Ağa ilə bağlıdır. Qasım ağa bu yerlərdə varlı və nüfuzlu bir şəxs olub. Bir məlumata görə Qasım ağa Qazağın Çaylı kəndindən, digər məlumata görə Tovuzun Əlibəyli kəndindən gəlib və bu kəndinin əsasını qoyub, Kəndin sonrakı törəmələri Qasım ağanın oğlu Kərimin və Kərimin oğlu Eyyubun nəslindən davam edərək artmışdır. Kənddə ki, məhlələrdən biri "Qasım ağanın yurdu adlanır. Hal-hazırda kənddə iki nəslin nümayənələri yaşayır ki, bunları da qohumluq əlaqələri birləşdirir. Belə ki, Kalveyi Məmməd adlı ağa Eyyub bəyin qızı ilə evlənib və bu kənddə yerləşib, onun nəsli Sadıxlılar adlanır. Eyyub bəyin oğlanları Əliş bəy (1937-ci ildə Nargində güllələnib), Bağır bəy, Süleyman bəy və onların uşaqları bu kəndin əsas sakinləridi. Kəndin sakinlərindən biri söyləyir ki, Qazaxın Çaylı kəndinə toya getmişdim, buradakı uşaqların adları bizim adlarımızla eyni idi, bir yaşlı qadın mənim Qasımağalıdan olduğumu biləndə, bu uşaqlarla siz eyni kökdənsiniz, dedi... onların da soyadları Eyyubov idi.[mənbə göstərilməlidir]

Coğrafiyası və iqlimi

Kəndin ətrafındakı yer adları əhalinin maldarlıqla məşğul olduğunu təsdiqləyir: Cöngə dağı, Camışölən, Qancıquçan və s.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Əhalisi

Tanınmış şəxsləri

  • Osman Fərmanoğlu — Şair, pedoqoq.
  • Oruc İsgəndərov (1965–2017) — Fizika üzrə fəlsəfə doktoru.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qasımağalı sözünün mənası, qasımağalı haqqında məlumat. qasımağalı nədir? qasımağalı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mehrişah Sultan

  • Fevral 27, 2026

    Porfirius

  • Fevral 27, 2026

    Şəfəq vaxtı

  • Fevral 27, 2026

    Gülrux Xatun

  • Mart 06, 2026

    Ligularia achyrotricha

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst