Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gülağa Qulam oğlu Aslanlı və ya Gülağa Qulam oğlu Aslanov (24 fevral 1952, Mollaoba, Masallı rayonu) — Müsavat Partiyası başqanının müavini, Müsavat Partiyasını

Gülağa Aslanlı

  • Ana Səhifə
  • Vikipediya
  • Gülağa Aslanlı

Gülağa Qulam oğlu Aslanlı və ya Gülağa Qulam oğlu Aslanov (24 fevral 1952, Mollaoba, Masallı rayonu) — Müsavat Partiyası başqanının müavini, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sabiq sədri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü.

Gülağa Aslanlı
Müsavat Partiyası başqanının müavini
Vəzifədədir
18 may 2024-cü ildən
    Başqanİsa Qəmbər
    ƏvvəlkiOsman Kazımov
    28 fevral 2011 – 30 dekabr 2014
    Başqanİsa Qəmbər
    Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri
    30 dekabr 2014 – 18 may 2024
    ƏvvəlkiArif Hacılı
    Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
    8 oktyabr 2010 – ?
    Təmsil etdiyiMüsavat Partiyası
    ƏvvəlkiYoxdur.
    Şəxsi məlumatlar
    Doğum tarixi 24 fevral 1952(1952-02-24) (74 yaş)
    Doğum yeri
    • Mollaoba, Masallı rayonu, Azərbaycan
    Partiya
    • Müsavat Partiyası
    Fəaliyyəti siyasətçi

    Mündəricat

    Həyatı

    Gülağa Qulam oğlu Aslanlı 24 fevral 1952-ci ildə Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. Fizika elmləri üzrə fəlsəfə doktorudur. Rus dilini və Osmanlı Türkcəsini bilir. Ailəlidir.

    Siyasi fəaliyyəti

    Gülağa Aslanlı 20 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən imzalanmış 331 nömrəli fərmanla Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin "Biyan" Birliyi bazasında yaradılmış Azərbaycan Respublikasının "Biyan" İstehsalat Birliyinin baş direktoru təyin olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı 1036 nömrəli sərəncam ilə "Biyan" İstehsalat Birliyi ləğv edildiyi üçün Gülağa Aslanlı 2001-ci il martın ayının 22-dən "Biyan" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad olunmuş hesab edilmişdir.

    Mərkəzi Seçki Komissiyasında

    Gülağa Aslanlı 8 oktyabr 2010-cu ildə Müsavat Partiyasının namizədi olmuş, parlamentdə təqdimatı Müsavat Partiyasının millət vəkili İkram İsrafil tərəfindən icra edilmişdir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Mikayıl Rəhimov və bitərəflərin namizədi Arifə Muxtarova ilə birlikdə Müsavat Partiyasının və Azərbaycan Xalq Partiyasınln namizədi Gülağa Aslanlının namizədliyi səsverməyə qoyulmuş və keçirilən səsvermədə iştirak edən 95 deputatdan 93-nün lehinə, 1-nin əleyhinə səs verməsi ilə onlar Mərkəzi Seçki Komissiyasının əsas üzvü seçilmişdirlər.

    Seçkilərdə

    Gülağa Aslanlı 2003-cü il prezident seçkilərində Müsavat Partiyasının, 2009-cu il konstitusiya referendumunda "Respublika" referendum üzrə təşəbbüs qrupunun, 2009-cu il bələdiyyə seçkilərində Müsavat Partiyasının, 2013-cü il prezident seçkilərində Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənlinin, 2015-ci il və 2020-ci il parlament seçkilərində isə Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi olmuşdur.

    Gülağa Aslanlı 2005-ci il parlament seçkilərində ilkin seçki ilə Azadlıq Blokunun 71 saylı Masallı kənd seçki dairəsi üzrə deputatlığa namizədi seçilmişdir. Həmin dairədən Elmira Axundova deputat seçilmişdir.

    Gülağa Aslanlı 2015-ci il parlament seçkilərində Müsavat Partiyası sıralarından 10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd olmuşdur. O, seçkiləri 487 səs (2.4%) toplayaraq bitərəf namizəd Madər Musayev və hakim Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Samirə Həsənovanın ardından 3-cü sırada tamamlamışdır.

    Gülağa Aslanlı 2020-ci il parlament seçkilərində Müsavat Partiyası sıralarından yenidən 10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd olmuşdur. O, 531 səs (3,19%) toplayaraq seçkiləri bitərəf namizəd Madər Musayev, Aydınlar Partiyasından deputatlığa namizəd Qorxmaz İbrahimli, Müasir Müsavat Partiyasından deputatlığa namizəd Könül İsmayılova, bitərəf namizəd Rəbiyyə Məmmədova və bitərəf namizəd Kəramət Zeynalovun ardından 6-cı sırada tamamlamışdır.

    Partiya fəaliyyəti

    Gülağa Aslanlı 2010-cu ildə bitərəf olmuşdur, hal-hazırda isə Müsavat Partiyasının üzvüdür. O, Müsavat Partiyasının VIII Qurultayında başqanlığa namizəd Arif Hacılını dəstəkləmişdir. Arif Hacılı sədr seçildikdən sonra, 30 dekabr 2014-cü ildə sərəncam imzalamış və Gülağa Aslanlını partiyanın Mərkəzi İcra Aparatı rəhbəri vəzifəsinə təyin etmişdir. O, bu təyinatadək Müsavat Partiyasının Seçki Departamentinin rəhbəri vəzifəsini daşıyırdı.

    Gülağa Aslanlı Müsavat Partiyasının IX qurultayında Partiya Məclisinin üzvü seçilmişdir. Məclisin 4 noyabr 2019-cu il tarixli ilk iclasında isə Partiya Divanının üzvü seçilmişdir. Müsavat Partiyasının 4 may 2024-cü il tarixli XI Qurultayından sonra yeni tərkibdə seçilmiş Məclisin təsdiqi ilə Gülağa Aslanlı Müsavat Partiyasının başqan müavini vəzifəsinə təyin olunmuşdur.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, gülağa aslanlı sözünün mənası, gülağa aslanlı haqqında məlumat. gülağa aslanlı nədir? gülağa aslanlı nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Georgi Marqvelaşvili

    • Fevral 27, 2026

      Fotoaparat

    • Fevral 27, 2026

      Dmitri Medvedyev

    • Mart 03, 2026

      Aegilops neglecta

    • Fevral 28, 2026

      Lepilemurlar

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    • Mart 04, 2026

      Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

    • Fevral 25, 2026

      Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst