Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İli çayı (qaz. Іле, uyğ. Или, çin. 伊犁河) — Çay başlanğıcını Çin ərazisindən götürərək (Sintszyan-Uyğur Muxtar Rayonunun İli-Qazax Muxtar dairəsi) Qazaxıstanın Al

İli çayı

  • Ana Səhifə
  • Vikipediya
  • İli çayı

İli çayı (qaz. Іле, uyğ. Или, çin. 伊犁河) — Çay başlanğıcını Çin ərazisindən götürərək (Sintszyan-Uyğur Muxtar Rayonunun İli-Qazax Muxtar dairəsi) Qazaxıstanın Almatı vilayəti ərazisindən keçərək Balxaş gölünə tökülür. Vilayətin və ölkənin iri çaylarındandır.

İle çayı
qaz. Іле, uyğ. Или, çin. 伊犁河
Xəritə
Ölkələr
  •  ÇXR
  •  Qazaxıstan
Mənsəbi Balxaş
 • Yüksəkliyi 340 m
Uzunluğu 1439 km
Su sərfi 480 m³/san
Hövzəsinin sahəsi 140000 km²
İli çayı (Qazaxıstan)
Nöqtə
mənbəyi
Nöqtə
mənsəbi
İli çayı Qazaxıstannın fiziki xəritəsində:

43°00′00″ şm. e. 82°00′00″ ş. u.HGYO

46°00′00″ şm. e. 90°00′00″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiyası

Çay başlanğıcını Çində Tyan-Şan dağlarından 3 540 m yüksəklikdən götürür. İlenin uzunluğu 1439 km təşkil edir. Bunun 815 km (56,6%) Qazaxıstan ərazisindən axır. Ölkənin iri çaylarından hesab edilir. Çay qərbə istiqamətlənərək Balxaş gölünə tökülür. Çay gölün hidrologiyasına böyük təsir göstərir. Belə ki, gölə İle çayının töküldüyü hissə şirin sulu olduğu halda qərb hissənin suyu şordur. İlenin axdığı dərənin yaxınlığında Çin ərazisində hündürlüyü 6350 m olan dağ vardır.

Deltası

Çay Balxaş gölünə töküldüyü yerdə iri delta əmələ gətirir. Deltada çay kiçik qollara ayrılır. Qollar arasında ən irisi Janatasdır. Deltada Kuyqan yaşayış məntəqəsi yerləşitşir. Balxaş gölü kimi delata düzənlik ərazisindədir.

Qolları

İlenin nisbətən iri qolları: Qurtı, Qaskelen, Talğar, Türgen, Şelek, Şarın, Qorğas, Qaş, Kyunes, Köksu, Aqiaz, Muzart, Bayanköl. Çay və bulaqların böyük əksəriyyəti Cunqar Alatausundan başlanğıcını götürür.

Yaşayış məntəqələri

Sahillərində Baqanas, Qapşağay, Qulca, Qukyore, Tamukun, Salakun, Dadou, Kalatuox, Kuolakun, Aşağı Tekes, Tuobi Erkun, Yuxarı Tekes və Dubin kimi yaşayış məntəqələri vardır.

Tarixi

Çay XX əsrin əvvələrinə qədər Çinə gedən karvanlar üçün əhəmiyyətli yol hesab edilirdi. Səhra və quru çöllərin ortası ilə axan çay insanlar üçün böyük əhəmiyyətə malik olmusdur və bu gündə aktuallığını itirmir. Hazırda isə çay ətrafına gələnlərin böyük əhsəriyyəti turistərdir ki, onlarda İledən Balxaşa təşkil oluna turistik maşrutlar üzrə tərəkət edirlər. Cənub hissədən İleyə Çarım çayı tölülür. Çarım özünün kanyonu ilə məşhurdur. Çarımın İle töküldüyü yerdən bir qədər aralıda məşhur Oxuyan barxan və çay üzərində yerləşən Qapşağay səddi yerləşir. İlenin çay sahilində Altın-Emel milli parkı vardır. Parkda Qulan və Prjevalski atı yayılmışdır. Mahmud Kaşğari 1072–74-cü illərdə yazdığı Divani Lüğət əl-Türk əsərində çay haqqında məlumat verərək onun türk məşəlli olmasını bildirmişdir

İle çayında 1729-cu ildə kazaxlarla cunqarlarla döyüş baş vermişdir.

İqtisadi əhəmiyyəti

Çayın əsasən dərin dərələrlə axması onun suyunun əkinçiliyinə cəlb olunmasına imkan vermir. Çayın suyundan istifadə etmək məqsədi ilə 1965–1970-ci illərdə İle şəhəri yaxınlığında, Almatı Taldıqorğan avtomagistralı boyunca Qapşağay SES inşa edilmişdir (Almatıda 70 km aralıda). Burada Qapşağay şəhərçiyi salınır. 2004-cü ildə Qapşağay SES yaxınlığında Köçəri filmi çəkilmişdir.

Hazırda Çin ərazisində İle çayından Tarim çökəkliyinin qərbinə su kanalının tikintisi planlaşdırılır].

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇li çayı sözünün mənası, i̇li çayı haqqında məlumat. i̇li çayı nədir? i̇li çayı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Bordo FK

  • Mart 06, 2026

    Semiçi adaları

  • Mart 01, 2026

    Avstriyalı İzabella

  • Fevral 27, 2026

    Diribaba türbəsi

  • Fevral 27, 2026

    Təlxək

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst